Rəsmi Bakıdan Makrona


Siyasət 28 Avq 2023 17:16:00 360 0

Rəsmi Bakıdan Makrona

Bu gün Fransa Prezidenti Emanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində deyilir.

Qeyd edilib ki, Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək, fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir:

"Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil.

Fransa Prezidentinin leksikonunda "Laçın humanitar dəhlizi" kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.

Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün "Ağdam-Xankəndi" və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir".

Vurğulanıb ki, Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin tanınması təşəbbüsünün müəllifliyinin Fransa tərəfinin olduğunu bildirən Fransa tərəfinin, nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı:

"Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq".

Aynişandan haqqındakı eşq şayiələrinə REAKSİYA – like
  • 28 Avq 17:12  
Şou-biznes Aynişandan haqqındakı eşq şayiələrinə REAKSİYA –

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva şəxsi

arrow Ətraflı
İnformasiya təhlükəsizliyi sahəsində ölçmə meyarları və indikatorları müəyyənləşdiriləcək like
  • 28 Avq 17:04  
Siyasət İnformasiya təhlükəsizliyi sahəsində ölçmə meyarları və indikatorları müəyyənləşdiriləcək

İnformasiya təhlükəsizliyi hadisələrinin monitorinqi üçün insidentləri

arrow Ətraflı
Kolizey siçovulların hücumuna məruz qalıb like
  • 28 Avq 16:12  
Digərləri Kolizey siçovulların hücumuna məruz qalıb

Roma şəhərinin rəhbərliyi tarixi Kolizeydə siçovulların sürətlə çoxa

arrow Ətraflı
Sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizmi müəyyən ediləcək like
  • 28 Avq 16:11  
Digərləri Sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizmi müəyyən ediləcək

Sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizmi m

arrow Ətraflı
120 uşağın himayədar ailəyə verilməsi nəzərdə tutulur like
  • 28 Avq 16:07  
Digərləri 120 uşağın himayədar ailəyə verilməsi nəzərdə tutulur

2023-2026-cı illər ərzində azı 120 uşağın himayədar ailəyə verilməsi

arrow Ətraflı
Bodrum sahillərində 42 miqrant xilas edilib like
  • 28 Avq 16:00  
Digərləri Bodrum sahillərində 42 miqrant xilas edilib

Bodrum sahillərində Yunanıstan tərəfindən rezin qayıqlarla yenidən Türk

arrow Ətraflı
Türkiyəli aktyorun toyundan yeni like
  • 28 Avq 15:49  
Şou-biznes Türkiyəli aktyorun toyundan yeni

Türkiyəli aktyor Uğur Bilgin evlənib.

arrow Ətraflı
Vaqif Mustafayev 2ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib like
  • 28 Avq 15:47  
Siyasət Vaqif Mustafayev 2ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyy�

arrow Ətraflı
Zaur Kamal yeni mövsümdə bu kanalda çalışacaq like
  • 28 Avq 15:39  
Şou-biznes Zaur Kamal yeni mövsümdə bu kanalda çalışacaq

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamal yeni televiziya mövsümündə yen

arrow Ətraflı
Zəlzələ zamanı qaz xəttinin hansı hissəsi bağlanmalıdır? like
  • 28 Avq 15:38  
Digərləri Zəlzələ zamanı qaz xəttinin hansı hissəsi bağlanmalıdır?

Zəlzələ baş verən anda qaz xəttinin hansı hissəsi bağlanmalıdır ki, p

arrow Ətraflı
Güclü külək əsəcək, yağış yağacaq like
  • 28 Avq 15:28  
Digərləri Güclü külək əsəcək, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək

arrow Ətraflı
Ərdoğan ABŞyə səfər edəcək like
  • 28 Avq 15:27  
Digərləri Ərdoğan ABŞyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci s

arrow Ətraflı
Balıq bazarı ilə bağlı bazar araşdırması aparılıb like
  • 28 Avq 15:19  
Digərləri Balıq bazarı ilə bağlı bazar araşdırması aparılıb

Müvafiq sahədə biznesə başlamaq və fəaliyyətini genişləndirmək istəy

arrow Ətraflı
Telefonla danışdığına görə işdən çıxarıldığı deyilən xanım maşinist: like
  • 28 Avq 15:16  
Digərləri Telefonla danışdığına görə işdən çıxarıldığı deyilən xanım maşinist:

Məlum olduğu kimi, "Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinis

arrow Ətraflı