Balıq bazarı ilə bağlı bazar araşdırması aparılıb
Digərləri 28 Avq 2023 15:19:00 331 0
Müvafiq sahədə biznesə başlamaq və fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri balıq bazarı ilə bağlı bazar araşdırmasından faydalana bilərlər.
Bu xəbəri də oxu: Qıtlıq, qısqanclıq, boşanmalar ili... 2025dən kimlər qazanclı çıxacaq?
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə balıq bazarı ilə bağlı daxili bazar araşdırması aparılıb. Bazar araşdırmasında Azərbaycanda balıq bazarının həcmi, bu sahənin son illərdəki inkişaf dinamikası, endemik və idxal olunan balıq növlərinin bazar payı, balığın idxal və ixracı, istehlakçıların seçiminə təsir edən amillər, eləcə də balıq istehsalı ilə əlaqədar sahibkarlıq subyektlərini və bu sahədə biznesə başlamaq istəyənləri maraqlandıran məsələlər öz əksini tapıb. Balıq bazarına dair bazar araşdırması ilə KOBİA-nın saytından tanış olmaq olar (https://bit.ly/3EirpGR).
Qeyd edək ki, KOBİA tərəfindən sahibkarlar arasında aparılan sorğular və daxil olmuş müraciətlər əsasında indiyədək Agentliyin təşəbbüsü ilə 26 daxili bazar araşdırması aparılıb. Qida və qeyri-qida sahələrini əhatə edən bu bazar araşdırmalarından sahibkarlar ödənişsiz olaraq faydalana bilərlər.
Eyni zamanda sahibkarlıq subyektləri onları maraqlandıran sahələr üzrə daxili bazar araşdırmasının aparılması üçün dövlət dəstəyi mexanizmindən faydalana bilərlər. Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırması hesabatı üzərində mülkiyyət hüququ yalnız həmin sahibkara məxsus olur və ictimaiyyətə açıqlanmır. Belə araşdırmaların aparılması üçün 20 min manata qədər dövlət dəstəyi nəzərdə tutulur. Müxtəlif sahələrdə biznesə başlamaq, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3sp277A
Məlum olduğu kimi, "Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinis
Türkiyənin ASELSAN şirkəti 35,6 milyon dollar dəyərində "TOLUN"
Qanuni parklanma ərazisinə yaxın yaşayan sakinlər avtomobillərini günün
Qazax rayonun Damcılı mağarasında yapon alimlər qədim daş dövrünə aid
Türkiyə Avropanın dördüncü ən böyük təbii qaz ixracatçısıdır.
ABŞ senatoru Bob Menendes və əslən erməni olan arvadı Nadin Arslanyana qar
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Azərbaycan bayrağını təhqir edən 3 erməni "Laçın" sərhəd-bu
Bu gün səhər İrəvandan Qafana uçan təyyarə reysi yerinə yetirilməyib.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmiz
Enerji sahəsində hədəfimiz artan tələbin təminat təhlükəsizliyini həy
2023-cü ilin birinci yarısında Bakı şəhərində 6631 yeni müəssisə və
Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intel
Sentyabr ayında Türkiyənin Van vilayətində yeni neft quyusunun qazılmasın