Ombudsman Ballıqaya qətliamının 31ci ildönümü ilə əlaqədar paylaşım edib
Digərləri 28 Avq 2023 13:46:00 358 0
Ermənistanın ölkəmizə qarşı soyqırımı siyasətinin bariz nümunələrindən biri olan Ballıqaya qətliamı nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub.
Bu xəbəri də oxu: Təhsil müəssisələrində yoxlama 70 nəfər işdən çıxarıldı
Son.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin- Ombudsman Ballıqaya faciəsi ilə bağlı Facebook hesabındakı paylaşımında bildirilib.
"1992-ci il avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlılara qarşı qətliam törədilib. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarından biri olan Ballıqaya faciəsi zamanı bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar hədəfə alınmış, 6-sı azyaşlı olmaqla, 24 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib. Ermənistanın ölkəmizə qarşı soyqırımı siyasətinin bariz nümunələrindən biri olan bu cinayət əməli nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub", - deyə qeyd edilib.
Xatırladaq ki, 1992-ci ilin avqust ayında Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayət - Ballıqaya qətliamı törədilib.
Qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.
Türkmənistan və Özbəkistan Türkmənistan təbii qazının Özbəkistana t�
Ucar rayonunda ata və oğlunun sürdüyü avtomobillərin toqquşması ilə nə
"Ukrayna ordusu cəbhənin cənub istiqamətində Rusiyanın ən güclü m�
Ölkə ərazisində avqustun 29-na gözlənilən hava şəraiti haqqında proqn
Bu gün Türkiyənin Ədalət və İnkişaf partiyasının (AK Parti) Mərkəzi
Dinin həssas mövzu olduğu aydın məsələdir. Dinlə bağlı ilkin anlayış
Türkiyəli müğənni Hadisə ötən gecə Bakıda konsert verib.
"Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzində rəsmi
Ötən gecə Xankəndidə qondarma rejimin inzibati binasına silahlı hücum ed
Paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saat
Bakcell şirkəti "NaviMax" tətbiqi ilə yeni xidmətini istifadəyə
Elçin Alıoğlu TREND