Qarabağda rus generallar dəyişir: rusiyalı sülhməramlılar nəyə hazırlaşır?


Siyasət 28 Avq 2023 12:35:00 237 0

Qarabağda rus generallar dəyişir: rusiyalı sülhməramlılar nəyə hazırlaşır?

Elçin Alıoğlu TREND  

RSK-nın yeni komandanı general-mayor Kulakovun fəaliyyəti necə və hansı istiqamətdə olacaq?

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) komandanı general-polkovnik Aleksandr Lentsov Qarabağı tərk edib. Onun yerinə generl-mayor Kiril Kulakov təyinat alıb.

RSK-nın Xocalıdakı baş qərargahı dəyişikliklə bağlı heç bir şərh verməyib.

Rusiyanın Müdafiə Nazirliyi də olayla bağlı açıqlama yaymayıb.

Təbii situasiyadır: hərbçilər kadr təyinatlarını və xüsusilə də yerdəyişmələri şərh etməyi sevmirlər.

RSK-nın fəaliyyəti isə ciddi şəkildə nəzərdən keçirilməlidir. Regiondakı vəziyyəti, ələlxüsus da rusiyalı sülhməramlıların son aylardakı proseslərdə iştirak səviyyəsini və tam əksinə, bəzi proseslərdəki aktiv apatiyasını nəzərə alsaq, Kulakovu qarşıda ağır işlər gözləyir.

Təbii ki, həmin işləri görmək istərsə və bu işlərin görülməsi ilə bağlı Rusiya Federasiyasının Müdafiə Nazirliyinin müvafiq təlimatı olarsa.

İlk baxışdan rutin prosedurdur və şübhə yoxdur ki, rəsmi Moskva baş verənləri adi, planlaşdırılmış yerdəyişmə kimi qələmə verməyə çalışacaq.

Amma belə deyil.

Əvvəla, Rusiya Quru Qoşunlarının komandan müavini, daha sonra Rusiya Hava-Desant Qoşunlarının komandan müavini və Rusiyanın müdafiə nazirinin müşaviri olmuş general-polkovnikin Kazan Ali Ümumhərbi Komanda Məktəbininin komandiri, general-mayorla əvəzlənməsi rutin prosedur deyil.

Vəzifə ilə yanaşı, rütbə fərqləri də böyükdür.

General-polkovnik Lentsovun geri çağırılmasının əsas səbəbi RSK-nın fəaliyyəti və ya rusiyalı sülhməramlıların "işlərindəki nöqsanlar" deyil.

Tam əksinə, rəsmi Moskva general-polkovnik Lentsovun işini təqdir etməsə də, yarıtmaz da hesab etmir.

Ehtimal edə bilərik ki, Ukraynada aparılan hərbi əməliyyatlardakı mövcud vəziyyət, xüsusilə də son həftədə həmin arealdakı Rusiya qoşunlarının komandanlığından 16 generalın kənarlaşdırılması ciddi kadr problemləri yaradıb.

A.Lentsovun Ukraynaya, birbaşa hərbi əməliyyatlar bölgəsinə göndərilməsi, yaxud da ona Ukraynadakı əməliyyatların idarə olunduğu Rostovdakı qərargahda yüksək postlardan birinin tapşırılması istisna deyil.

Onun yerinə Xocalıya general-mayor Kiril Kulakovun təyinatı Rusiya Müdafiə Nazirliyinin RSK-nın mövqelərini zəiflətməmək istəyi ilə bağlıdır.

Kulakov əmrlərə tam riayət edən, alınan təlimatları şərh və ya tənqid etmək niyyətindən çox uzaq hərbçi kimi tanınır.

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu üçün Cənubi Qafqaz prioritet bölgə deyil: onun indi əsas məqsədi və prinsipial hədəfi Ukraynadakı hərbi əməliyyatlarda dönüşün yaranması, Rusiya hərbçilərinin əks-hücuma keçmələrini şərtləndirəcək vəziyyətin formalaşmasıdır.

Bu səbəbdən də döyüş əməliyyatlarının geniş teatrında operativ idarəetməni həyata keçirə biləcək, situasiyanı dəyişə biləcək generallara cijdi zərurət var.

Amma bəhs olunan məqamlar rəsmi Moskvanın RSK-nın ikinci dərəcəli kontingent hesab etməsi və ya onun zəifləməsi ilə razılaşması anlamamına gəlməməlidir.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş prosesin indiki vəziyyəti ilə yanaşı, mümkün perspektivləri, region ölkələri olmayan dövlətlərin Ermənistana "hamilik" edərək proseslərə geosiyasi təsir imkanları əldə etməyə çalışmaları və habelə, rəsmi İrəvanın problematikanı BMT müstəvisinə daşıması Rusiyanı narahat edir.

İrəvanın uzunmüddətli planlarında rusiyalı sülhməramlıların Qarabağda beynəlxalq sülhməramlı kontingentlə əvəzlənməsi və prosedurlarda Fransanın moderator dövlət qismində aktiv iştiraka hazırlaşması Moskvanı ən çox qayğılandıran məsələlər arasındadır.

Rusiyalı sülhməramlılar 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcəklər. Bunu sadəcə Azərbaycan yox, Türkiyə, Britaniya, Pakistan və bir neçə başqa dövlət də istəyir. Rəsmi Moskva öz hərbçilərini Azərbaycan ərazisindən 2025-ci ildən tez çıxarmaq istəmədiyindən Ermənistan-Fransa tandeminin onun üçün hansı geostrateji problem kəsb etdiyini görür, Hindistanın da hadisələrə qatılaraq bölgədə möhkəmlənmək istədiyini sezir.

Belə şəraitdə təbii ki, Rusiya bir tərəfdən situativ müttəfiqlərinin mövqelərini yenidən təftiş edərək bölgəni sülhməramlı kontingent qismində tərk etsə də, geosiyasi təzyiq vasitələrini itirmək istəmədiyni bariz aşkar edir.

Digər tərəfdən, Ukraynadakı hərbi əməliyyatlarla bağlı siyasi, iqtisadi, hərbi və diplomatik çətinliklərlə qarşılaşmış Rusiya hazırda RSK-nın yerləşdiyi arealda qarabağlı ermənilərin də kollektiv Qərbin ssenariləri üzrə hərəkət edərək ona qarşı çıxış etməyə başladığını görür.

Moskvanın seçim imkanları geniş olmadığından o, yaranmış problemləri dərhal həl etmək potensialında olmadığını üzə vurmadan tədrici hərəkətini sürətləndirmək niyyətindədir.

A.Lentsovun RSK komandanı qismində fəaliyyəti Azərbaycanda ciddi qıcıq yaradıbsa, Ermənistanda antipatik şərhlərə, qarabağlı ermənilər arasında isə nifrətə səbəb olub.

Ermənilər hesab edirlər ki, rusiyalı sülhməramlılar səlahiyyətlərini icra etmirlər, azərbaycanlıları dəstəkləyirlər, Laçın yolunun açılmasını təmin etmirlər və ümumiyyətlə, heç bir işlə məşğul olmurlar.

Rəsmi Bakı isə faktlarla, özü də dəfələrlə sübut edib ki, rusiyalı sülhməramlılar nəzarət arealındakı təqribən 10 min nəfərlik silahlı erməni dəstələrini qoruyur, onlara hamilik edirlər. Separatçı erməni dəstələrinin mövqelərə silah-sursat, yanacaq və amunisiya daşıyarkən rusiyalı sülhməramlılar tərəfindən müşayiət edilməsi, həmçinin uzunmüddətli müdafiə istehkamları və fortifikasiya qurğuları inşa etməyə çalışarkən onları məhz rusiyalı hərbçilərin qoruduqları ilə bağlı onlarla, bəlkə yüzlərlə videoçəkiliş mövcuddur.

Lakin Bakıdan fərqli olaraq, ermənilərin narazılığı və tələbləri qanunsuz, həyasız istəklər və beynəlxalq hüquqa zidd olan tələblərdir.

Ermənistanın, xarici ölkələrdəki erməni diaspor təşkilatlarının və qarabağlı ermənilərin RSK ilə bağlı tələblərinin məcmusu sadədir: rusiyalı sərhədçilər Laçın yolunu açmalı, Laçın rayonundakı sərhəd nəzarət-buraxılış postumuzun ləğvinə nail olmalı, Ermənistandan Xankəndinə və əks istiqamətdə sərbət, nəzarətsiz hərəkətə nail olmalıdır.

Yəni rusiyalı hərbçilər faktiki olaraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qəsd etməli, Ermənistanla olan şərti dövlət sərhədimizi Laçın rayonunda dəlməli və erməni separatizmini dəstəkləyərək terrorçuların silahlanmasına şərait yaratmalıdır.

Paradoksal situasiyadır: rusiyalı sülhməramlıların fəaliyyəti tərəflərin hər ikisini narazı salıb. Ancaq narazılıqlar, bəhs etdiyimiz kimi, fərqlidir: rəsmi Bakı beynəlxalq hüququn prinsiplərinə və Rusiyanın imzaladığı sənədlərə riayəti tələb edirsə, ermənilər separatizmə dəstək istəyir, siyasi problemləri humanitar müstəviyə çıxararaq dezinformasiyaya yaymağa, humanitar problem adlandırlıqları yalanları və feykləri isə siyasiləşdirməyə çalışırlar.

Rusiya sülhməramlılarına bundan sonra kimin komandanlıq edəcəyinin rəsmi Bakı üçün önəmi yoxdur: bir generalı başqasının əvəzləməsi vəziyyətdə heç bir ciddi dəyişiklik yaradan deyil.

Moskvanın mövqelərini möhkəmləndirmək və maksimal dərəcədə ciddi, qətiyyətli, işgüzar təsir bağışlamaq istəyi anlaşılandır.

Di gəl, istəklə iş bitmir: fəaliyyət olmalıdır.

Sülhməramlı fəaliyətsə separatçılara hamilik edərək onlara dəstək vermək, aqressiv şovinizmi və diversiya istəklərini görməməzdən gəlmək, üçtərəfli bəyanatın şərtlərini vəi tələblərini unutmaq demək deyil.

Generallar dəyişirsə, şüur və qavram da dəyişməlidir.

Zelenski: like
  • 28 Avq 12:32  
Dünya Zelenski:

Ukrayna bir şərtlə uzun müddət döyüşə bilər. Əgər bu müharibə İsr

arrow Ətraflı
İlk xanım maşinist telefonla danışdı like
  • 28 Avq 12:21  
Digərləri İlk xanım maşinist telefonla danışdı

"Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinisti Günay Həbibli 

arrow Ətraflı
100 yaşlı erməni əsilli şəxs “Laçın” sərhədburaxılış məntəqəsindən maneəsiz keçib like
  • 28 Avq 12:10  
Digərləri 100 yaşlı erməni əsilli şəxs “Laçın” sərhədburaxılış məntəqəsindən maneəsiz keçib

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası

arrow Ətraflı
Bakıdan Zərdaba qonaq gedən yeniyetmə qızın meyiti tapılıb like
  • 28 Avq 11:49  
Digərləri Bakıdan Zərdaba qonaq gedən yeniyetmə qızın meyiti tapılıb

Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin

arrow Ətraflı
Özünü axtaladı: like
  • 28 Avq 11:38  
Şou-biznes Özünü axtaladı:

Türkiyəli məşhur müğənni Rafet El Roman şəxsi həyatı ilə bağlı sə

arrow Ətraflı
551ci gün: like
  • 28 Avq 11:27  
Digərləri 551ci gün:

Ukrayna müharibənin 551-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə

arrow Ətraflı
Koronavirusa yoluxma halları artır like
  • 28 Avq 11:07  
Digərləri Koronavirusa yoluxma halları artır

Bu ilin fevral ayında koronavirusun yüksək paylanma effektivliyi ilə EG.5 n�

arrow Ətraflı
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib like
  • 28 Avq 11:05  
Siyasət İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiy�

arrow Ətraflı
Ukrayna Krıma zərbələr endirib, like
  • 28 Avq 11:05  
Dünya Ukrayna Krıma zərbələr endirib,

Ukrayna xüsusi əməliyyat qüvvələri Krım yarımadasında Rusiya Silahlı Q

arrow Ətraflı
Xoşqədəmlə Doğuş Seda Sayanın qonağı oldu like
  • 28 Avq 10:54  
Şou-biznes Xoşqədəmlə Doğuş Seda Sayanın qonağı oldu

Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, türkiyəli müğənn

arrow Ətraflı
Valideynlərin nəzərinə: Bu məktəb ləvazimatlarının qiymətləri like
  • 28 Avq 10:49  
Digərləri Valideynlərin nəzərinə: Bu məktəb ləvazimatlarının qiymətləri

Məktəb ləvazimatlarının qiymətində əvvəlki il ilə müqayisədə 9.8 fa

arrow Ətraflı
Bu göl məqsədli şəkildə qurudulur like
  • 28 Avq 10:43  
Digərləri Bu göl məqsədli şəkildə qurudulur

Abşeron rayonu Məmmədli kəndində yerləşən göl qurudulur.

arrow Ətraflı
Neft həftəyə bu qiymətlə başladı like
  • 28 Avq 10:32  
Digərləri Neft həftəyə bu qiymətlə başladı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
MN: Ordumuz Ermənistanın mövqelərini atəşə tutmayıb like
  • 28 Avq 10:31  
Digərləri MN: Ordumuz Ermənistanın mövqelərini atəşə tutmayıb

Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən gu

arrow Ətraflı