İlham Əliyev və Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar FOTO


Siyasət 25 Avq 2023 20:07:00 327 0

İlham Əliyev və Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar  FOTO

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "AzVirt" MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin hamarlanması işləri davam etdirilir. Hazırda uçuş-enmə zolağının, yönəldici yolların, perronun tikiləcəyi ərazilərdə genişmiqyaslı torpaq işləri həyata keçirilir. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Terminal binasında bünövrənin beton işləri tam başa çatdırılıb, metal konstruksiyaların yığılması üzrə işlərin 95 faizi yerinə yetirilib. Terminalın dam örtüyü işlərinə başlanılıb. Hava limanının aeronaviqasiya qülləsi və köməkçi binalarında təməlqoyma işləri görülür.

Qeyd edildi ki, Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.

Laçın rayonunda “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilib  FOTO like
  • 25 Avq 19:56  
Siyasət Laçın rayonunda “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
Saatlarla komputer qarşısında oturmaq like
  • 25 Avq 19:22  
Digərləri Saatlarla komputer qarşısında oturmaq

Alimlər kompüterdə saatlarla işləməyin nəyə səbəb olduğunu aşkar e

arrow Ətraflı
Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub like
  • 25 Avq 19:18  
Siyasət Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub

Avqustun 25-də Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub.

arrow Ətraflı
Lukaşenko Priqojinin ölməsindən danışdı like
  • 25 Avq 19:11  
Dünya Lukaşenko Priqojinin ölməsindən danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" hərbi təşkilatın�

arrow Ətraflı
Kəlbəcər rayonunda “Çıraq1” və “Çıraq2” Kiçik Su Elektrik stansiyalarının açılışı olub like
  • 25 Avq 19:05  
Siyasət Kəlbəcər rayonunda “Çıraq1” və “Çıraq2” Kiçik Su Elektrik stansiyalarının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Kəlbəc

arrow Ətraflı
Bu pəhriz sellülitləri yox edəcək like
  • 25 Avq 19:02  
Digərləri Bu pəhriz sellülitləri yox edəcək

Sellülitsiz bədən hər bir xanımın arzusudur. Bunun üçün ciddi pəhriz s

arrow Ətraflı
"Kişi xəyanət edərsə, ayrılmayın" like
  • 25 Avq 18:54  
Şou-biznes "Kişi xəyanət edərsə, ayrılmayın"

"Ana ola bilərdim, amma olmadım. Buna şükür edirəm, 2 gün qalmış A

arrow Ətraflı
Ən səbirli 6 bürc  Heç vaxt tələsmirlər like
  • 25 Avq 18:43  
Digərləri Ən səbirli 6 bürc Heç vaxt tələsmirlər

Astrologiyada çox səbirli olan bürclər də var. Son.az Bakupost.az-a isti

arrow Ətraflı
Məşhur rəssamın kiçik oğlu da like
  • 25 Avq 18:32  
Dünya Məşhur rəssamın kiçik oğlu da

Məşhur rəssam Pablo Pikassonun kiçik oğlu Klod Ruiz Pikasso 76 yaşında İ

arrow Ətraflı
Rusiya Aya yenidən missiya göndərə bilər like
  • 25 Avq 18:24  
Dünya Rusiya Aya yenidən missiya göndərə bilər

"Luna-25" avtomatik stansiyasının qəzaya uğramasından sonra Rusiy

arrow Ətraflı
Priqojinin sensasiyalı ölümü: like
  • 25 Avq 18:13  
Digərləri Priqojinin sensasiyalı ölümü:

Avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçarkən "Vaqner" rəhbər

arrow Ətraflı
"Kardeşlerim"də iki yeni sima like
  • 25 Avq 18:02  
Şou-biznes "Kardeşlerim"də iki yeni sima

Türkiyənin "Atv" kanalında yayımlanan "Kardeşlerim" ser

arrow Ətraflı
Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır like
  • 25 Avq 17:58  
Digərləri Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır

Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özün�

arrow Ətraflı