Polşa təyyarə qəzasının səbəblərinin araşdırılmasında dəstəyin göstərilməsinə hazırdır XİN
Siyasət 05 Yan 2025 21:07:00 72 0
5 yanvar 2025-ci il tarixində Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu xəbəri də oxu: Bu, Azərbaycan xalqına nifrətin izharıdır Mixaylov
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Polşa xarici işlər naziri "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.
Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcək perspektivləri ətraflı müzakirə olunub.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Son.az
Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhif
Suriyanın yeni hakimiyyət orqanlarının Dəməşq görüşündən sonra dərc
Məşhur görücü Vanqa nənənin 2025-ci il üçün bürclər üzrə kəhanət
Avstraliyanın NSW Mid North Coast bölgəsində yüngül təyyarə qəzaya uğr
"Azərin ürəyi çox təmiz idi, heç kimə pislik etməzdi".
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Qırmızı kartof qabığı qırmızı olan, nişastası az, vitamin və mineral
İtaliya hər növ turist üçün mükəmməl istirahət təklif edə bilən bir
Məşhur amerikalı müğənni Madonna yeni fotolarında möhtəşəm bir üzüy
Hindistanın Sahil Mühafizəsi Xidmətinə məxsus "Dhruv2" helikopte