Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub
Siyasət 25 Avq 2023 19:18:00 357 0
Avqustun 25-də Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub.
Bu xəbəri də oxu: Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanla bağlı qərar
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.
Prezident İlham Əliyev Zar kəndinin təməlini qoydu.
Qeyd olundu ki, Zar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə olunacaq. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.
Sonra xatirə şəkilləri çəkdirildi.
Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" hərbi təşkilatın�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Kəlbəc
Sellülitsiz bədən hər bir xanımın arzusudur. Bunun üçün ciddi pəhriz s
"Ana ola bilərdim, amma olmadım. Buna şükür edirəm, 2 gün qalmış A
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və biri
Astrologiyada çox səbirli olan bürclər də var. Son.az Bakupost.az-a isti
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və biri
Məşhur rəssam Pablo Pikassonun kiçik oğlu Klod Ruiz Pikasso 76 yaşında İ
"Luna-25" avtomatik stansiyasının qəzaya uğramasından sonra Rusiy
Avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçarkən "Vaqner" rəhbər
Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özün�
Danimarka Quran, Tövrat və İncil kimi müqəddəs kitablarla "uyğun olm
Bakıda bacı-qardaşı qətlə yetirib anasını yaralamaqda təqsirli bilinən
"ABŞ-nin F-16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək"