Prezident və birinci xanım “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicəİstirahət Kompleksində görülən işlərlə tanış olublar


Siyasət 25 Avq 2023 18:45:00 273 0

Prezident və birinci xanım “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicəİstirahət Kompleksində görülən işlərlə tanış olublar

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda "İstisu" mineral sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Kəlbəcər "İstisu" mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək "İstisu" zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq.

"İstisu" Müalicə-İstirahət Kompleksinin layihəsi barədə məlumat verilərkən bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.

Bərpa ediləcək "İstisu" Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

Qeyd olundu ki, "Aşağı İstisu" mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluqlarının müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluqlarının, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.

Son.az 

Ən səbirli 6 bürc  Heç vaxt tələsmirlər like
  • 25 Avq 18:43  
Digərləri Ən səbirli 6 bürc Heç vaxt tələsmirlər

Astrologiyada çox səbirli olan bürclər də var. Son.az Bakupost.az-a isti

arrow Ətraflı
Məşhur rəssamın kiçik oğlu da like
  • 25 Avq 18:32  
Dünya Məşhur rəssamın kiçik oğlu da

Məşhur rəssam Pablo Pikassonun kiçik oğlu Klod Ruiz Pikasso 76 yaşında İ

arrow Ətraflı
Rusiya Aya yenidən missiya göndərə bilər like
  • 25 Avq 18:24  
Dünya Rusiya Aya yenidən missiya göndərə bilər

"Luna-25" avtomatik stansiyasının qəzaya uğramasından sonra Rusiy

arrow Ətraflı
Priqojinin sensasiyalı ölümü: like
  • 25 Avq 18:13  
Digərləri Priqojinin sensasiyalı ölümü:

Avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçarkən "Vaqner" rəhbər

arrow Ətraflı
"Kardeşlerim"də iki yeni sima like
  • 25 Avq 18:02  
Şou-biznes "Kardeşlerim"də iki yeni sima

Türkiyənin "Atv" kanalında yayımlanan "Kardeşlerim" ser

arrow Ətraflı
Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır like
  • 25 Avq 17:58  
Digərləri Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır

Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özün�

arrow Ətraflı
Danimarka Quranın yandırılmasını like
  • 25 Avq 17:51  
Dünya Danimarka Quranın yandırılmasını

Danimarka Quran, Tövrat və İncil kimi müqəddəs kitablarla "uyğun olm

arrow Ətraflı
Oğlunun qatili üçün yemək süfrəsi açdı like
  • 25 Avq 17:41  
Kriminal Oğlunun qatili üçün yemək süfrəsi açdı

Bakıda bacı-qardaşı qətlə yetirib anasını yaralamaqda təqsirli bilinən

arrow Ətraflı
Sərhədçilərimiz erməni maşınının üstündəki emblemi sökdürdü like
  • 25 Avq 17:30  
Digərləri Sərhədçilərimiz erməni maşınının üstündəki emblemi sökdürdü

Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsində növbəti dəfə təx

arrow Ətraflı
Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini like
  • 25 Avq 17:29  
Dünya Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini

Pivə istehsalçısı olan "Heineken" şirkəti Rusiyadakı aktivləri

arrow Ətraflı
Bakıda qəza  "Prius" aşdı like
  • 25 Avq 17:20  
Digərləri Bakıda qəza "Prius" aşdı

Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində

arrow Ətraflı
Həftəsonu milli parklarda hava necə olacaq? like
  • 25 Avq 17:18  
Digərləri Həftəsonu milli parklarda hava necə olacaq?

İstirahət günlərində (avqustun 26-27-də) milli parklarda gözlənilən hav

arrow Ətraflı
Filipp Kirkorov 43 minlik saatını nümayiş etdirdi like
  • 25 Avq 17:07  
Şou-biznes Filipp Kirkorov 43 minlik saatını nümayiş etdirdi

İstirahətə yollanan Rusiyanın Xalq artisti Filipp Kirkorov bu dəfə saatı

arrow Ətraflı