Prezident və birinci xanım Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər


Siyasət 25 Avq 2023 18:36:00 319 0

Prezident və birinci xanım Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

"AzərEnerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya stansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşən "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyası "AzərEnerji" tərəfindən tamamilə yenidən qurulub. Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib. İşğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əsasən "AzərEnerji" tərəfindən su elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zamanda, optik kabel xətti ilə də əlaqələndirilib. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb.

Dövlətimizin başçısı "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyasını işə saldı.

Qeyd edildi ki, "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Son.az 

Məşhur rəssamın kiçik oğlu da like
  • 25 Avq 18:32  
Dünya Məşhur rəssamın kiçik oğlu da

Məşhur rəssam Pablo Pikassonun kiçik oğlu Klod Ruiz Pikasso 76 yaşında İ

arrow Ətraflı
Rusiya Aya yenidən missiya göndərə bilər like
  • 25 Avq 18:24  
Dünya Rusiya Aya yenidən missiya göndərə bilər

"Luna-25" avtomatik stansiyasının qəzaya uğramasından sonra Rusiy

arrow Ətraflı
Priqojinin sensasiyalı ölümü: like
  • 25 Avq 18:13  
Digərləri Priqojinin sensasiyalı ölümü:

Avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçarkən "Vaqner" rəhbər

arrow Ətraflı
"Kardeşlerim"də iki yeni sima like
  • 25 Avq 18:02  
Şou-biznes "Kardeşlerim"də iki yeni sima

Türkiyənin "Atv" kanalında yayımlanan "Kardeşlerim" ser

arrow Ətraflı
Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır like
  • 25 Avq 17:58  
Digərləri Fransanın məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır

Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özün�

arrow Ətraflı
Danimarka Quranın yandırılmasını like
  • 25 Avq 17:51  
Dünya Danimarka Quranın yandırılmasını

Danimarka Quran, Tövrat və İncil kimi müqəddəs kitablarla "uyğun olm

arrow Ətraflı
Oğlunun qatili üçün yemək süfrəsi açdı like
  • 25 Avq 17:41  
Kriminal Oğlunun qatili üçün yemək süfrəsi açdı

Bakıda bacı-qardaşı qətlə yetirib anasını yaralamaqda təqsirli bilinən

arrow Ətraflı
Sərhədçilərimiz erməni maşınının üstündəki emblemi sökdürdü like
  • 25 Avq 17:30  
Digərləri Sərhədçilərimiz erməni maşınının üstündəki emblemi sökdürdü

Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsində növbəti dəfə təx

arrow Ətraflı
Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini like
  • 25 Avq 17:29  
Dünya Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini

Pivə istehsalçısı olan "Heineken" şirkəti Rusiyadakı aktivləri

arrow Ətraflı
Bakıda qəza  "Prius" aşdı like
  • 25 Avq 17:20  
Digərləri Bakıda qəza "Prius" aşdı

Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində

arrow Ətraflı
Həftəsonu milli parklarda hava necə olacaq? like
  • 25 Avq 17:18  
Digərləri Həftəsonu milli parklarda hava necə olacaq?

İstirahət günlərində (avqustun 26-27-də) milli parklarda gözlənilən hav

arrow Ətraflı
Filipp Kirkorov 43 minlik saatını nümayiş etdirdi like
  • 25 Avq 17:07  
Şou-biznes Filipp Kirkorov 43 minlik saatını nümayiş etdirdi

İstirahətə yollanan Rusiyanın Xalq artisti Filipp Kirkorov bu dəfə saatı

arrow Ətraflı
TürkiyəYunanıstan sərhədində like
  • 25 Avq 17:03  
Digərləri TürkiyəYunanıstan sərhədində

Türkiyə-Yunanıstan sərhəddini qanunsuz keçmək istəyən 17 nəfər saxlan

arrow Ətraflı
ROG Zephyrus M16: güc, zəriflik, mobillik və keyfiyyətin like
  • 25 Avq 16:55  
Digərləri ROG Zephyrus M16: güc, zəriflik, mobillik və keyfiyyətin

ASUS bir çoxlarının oyun notbuku deyəcəyi yeni noutbuk modelini təqdim etd

arrow Ətraflı