Şavkat Mirziyoyevin Bakıya səfəri Azərbaycanla Özbəkistan arasında intensiv məntiqin davamı olacaq


Siyasət 21 Avq 2023 16:51:00 309 0

Şavkat Mirziyoyevin Bakıya səfəri Azərbaycanla Özbəkistan arasında intensiv məntiqin davamı olacaq

Prezident Şavkat Mirziyoyevin Bakıya səfəri Azərbaycanla Özbəkistan arasında intensiv dialoqun məntiqi davamı olacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.

"22-23 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər edəcək. Prezidentin səfəri respublikanın başçısı seçildikdən sonra ilk rəsmi səfəri olmaqla yanaşı, 9 iyul 2023-cü il tarixində keçirilən prezident seçkilərindən sonra xarici ölkəyə ilk rəsmi səfəri olacaq", - deyə o, bildirib.

Səfirin sözlərinə görə, səfər çərçivəsində iki ölkə liderlərinin Füzuli şəhərində 960 şagird üçün nəzərdə tutulmuş ümumtəhsil məktəbinin təntənəli açılış mərasimində iştirakı gözlənilir.

"Məktəbin tikintisinə təşəbbüs Prezident Şavkat Mirziyoyev tərəfindən Azərbaycan xalqına hədiyyə olaraq irəli sürülüb. İnanırıq ki, bu məktəb xalqlarımız arasında dostluq və qardaşlığın simvolu olacaq", - deyə səfir əlavə edib.

O, həmçinin, gözlənilən səfərin yüksək səviyyədə intensiv dialoqun məntiqi davamı olacağını vurğulayıb.

"Bu kontekstdə 21-22 iyun tarixlərində Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfər etdiyini xatırlatmaq yerinə düşər. Bu səfər ikitərəfli əlaqələrin tarixində əlamətdar hadisə oldu. Belə ki, səfər çərçivəsində iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın gücləndirilməsinə dair Bəyannamə qəbul olunub. Özbəkistan və Azərbaycan rəhbərləri, həmçinin, 2022-ci ilin sentyabrında Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüblər. Prezident İlham Əliyev iclasda sədrlik edən ölkənin fəxri qonağı qismində iştirak edib. Elə həmin ilin 10-11 noyabr tarixlərində Prezident İlham Əliyev xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Bu ilin mart ayında iki ölkənin prezidenti Bakıda Prezident Şavkat Mirziyoyevin Qoşulmama Hərəkatının (QH) Zirvə görüşündə iştirakı çərçivəsində görüşüblər", - deyə səfir qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında yeni sənədlər paketinin imzalanması gözlənilir.

"Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə və keyfiyyət baxımından yeni inkişaf səviyyəsinə çıxarılmasına yönəlmiş ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır", - deyə Əşrəfxanov qeyd edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 181,2 milyon dollar (2021-ci ilin göstəricisi ilə müqayisədə 52,4 faiz artım) olub. İki ölkənin iqtisadiyyatı yaxın illərdə qarşılıqlı ticarət göstəricilərinin 1 milyard dollara çatması üçün kifayət qədər potensiala malikdir.

2023-cü il 1 iyul tarixindəki məlumatlara görə, Özbəkistanda Azərbaycan kapitalına malik 204 müəssisə fəaliyyət göstərir (2017-ci ildə - 71 şirkət), bunlardan 67-si birgə, 137-si isə xarici şirkətdir. Bu ilin əvvəlindən 22 birgə müəssisə yaradılıb.

Son.az 

Azərbaycan XİN: “Erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik” like
  • 21 Avq 16:46  
Siyasət Azərbaycan XİN: “Erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Terror Qurbanlarının Xatirə

arrow Ətraflı
Ukrayna müharibənin taleyini dəyişir: like
  • 21 Avq 16:43  
Dünya Ukrayna müharibənin taleyini dəyişir:

Ukraynanın strateji hava üstünlüyünü təmin etmədən əks-hücuma başlam

arrow Ətraflı
Culfa və Ordubada yeni prokurorlar təyin edildi like
  • 21 Avq 16:33  
Siyasət Culfa və Ordubada yeni prokurorlar təyin edildi

Baş Prokurorluqda yeni təyinatlar olub.

arrow Ətraflı
İcra Hakimiyyəti şəhidin adına olan lövhəni yol kənarından götürdü... like
  • 21 Avq 16:32  
Digərləri İcra Hakimiyyəti şəhidin adına olan lövhəni yol kənarından götürdü...

Şəhid İntizam Alıyevin adına olan küçədə ünvan bildirən lövhə sök�

arrow Ətraflı
Nazilə Səfərli: “44 yaşım var, dəbdən düşməmişəm” like
  • 21 Avq 16:21  
Şou-biznes Nazilə Səfərli: “44 yaşım var, dəbdən düşməmişəm”

Şairə və qiraətçi Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə

arrow Ətraflı
Azərbaycanda 32 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb like
  • 21 Avq 15:48  
Kriminal Azərbaycanda 32 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda�

arrow Ətraflı
Bu da Ayazın "Mamacita"sı like
  • 21 Avq 15:37  
Şou-biznes Bu da Ayazın "Mamacita"sı

Müğənni Ayaz Babayev "Mamacita" klipini təqdim edib.

arrow Ətraflı
Türkiyənin Tuna1 quyusunda təbii qaz ehtiyatlarının kəşfindən 3 il ötür like
  • 21 Avq 15:26  
Digərləri Türkiyənin Tuna1 quyusunda təbii qaz ehtiyatlarının kəşfindən 3 il ötür

"Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) üç il əvvəl Qara

arrow Ətraflı
Vəndam kəndində insanlar hələ İNTERNET GÖRMƏYİB... like
  • 21 Avq 15:26  
Digərləri Vəndam kəndində insanlar hələ İNTERNET GÖRMƏYİB...

Qəbələnin Vəndam qəsəbəsində insanlar internet pulu ödəsələr də int

arrow Ətraflı
Fulya Öztürk "Xəzər Tv"də çalışacaq? like
  • 21 Avq 15:23  
Digərləri Fulya Öztürk "Xəzər Tv"də çalışacaq?

Tanınmış Türkiyəli jurnalist Fulya Öztürk Bakıdadır.

arrow Ətraflı
Arxiv görüntülərini yaydılar: like
  • 21 Avq 15:15  
Şou-biznes Arxiv görüntülərini yaydılar:

Müğənnilər Sevil və Sevinc Səfərovalar 11 il öncəyə aid arxiv görünt

arrow Ətraflı
Araik onu parodiya edən Xankəndi sakinini bu hala saldırdı like
  • 21 Avq 15:09  
Dünya Araik onu parodiya edən Xankəndi sakinini bu hala saldırdı

"Kloun" Araik Arutyunyanı parodiya edən Xankəndi sakini polis tərəfindən d

arrow Ətraflı