İcra Hakimiyyəti şəhidin adına olan lövhəni yol kənarından götürdü...
Digərləri 21 Avq 2023 16:32:00 396 0
Şəhid İntizam Alıyevin adına olan küçədə ünvan bildirən lövhə sökülüb.
Bu xəbəri də oxu: WiFi siqnalını gücləndirməyin SİRRİ
Son.az Xəzər TV-yə istinadən bildirir ki, lövhə uzun illərdir ki, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində Yanıqpəyə kəndinin girişində quraşdırılmışdı. Yolun yenidən inşası zamanı sökülən lövhə hələ də yerinə qoyulmayıb
Şəhidin qızı iddia edir ki, dəfələrlə Rayon İcra Hakimiyyətindən lövhənin yenidən quraşdırılması ilə bağlı vəd verilsə də, hələ ki bu istiqamətdə addım atılmayıb.
Şəhidin adını daşıyan başqa bir lövhə isə kəndin içərisində yerləşir. İntizam Alıyevin qızı iddia edir ki, o lövhə də düzgün quraşdırlmayıb, çünki istiqamətverici nişan meyvə bağını göstərir.
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən bildirildi ki, şəhid qızının müraciətindən xəbərdardırlar. Lakin, sözügedən lövhənin təkrar yerinə qoyulması yol hərəkəti haqqında qanunun müvafiq tələblərinə ziddir.
Yol hərəkət qaydaları üzrə ekspert Ərşad Hüseynov isə ''Xəzər Xəbər''ə açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilikdə hər hansı qadağanedici maddə mövcud deyil. Ailənin tələbi yeganə təsəlli mənbəyi olan məlumatverici lövhənin təkrar yerinə quraşdırılmasıdır.
Qeyd edək ki, İntizam Alıyev 1994-cü ildə Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində adsız yüksəklikərdə düşmən təxribatının qarşısını alarkən şəhadətə ucalıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Şairə və qiraətçi Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə
Magistral yolda sürücü avtobusu qapısı açıq idarə edir.
Bərdə rayonunda maraqlı hadisə baş verib.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda�
"Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) üç il əvvəl Qara
Qəbələnin Vəndam qəsəbəsində insanlar internet pulu ödəsələr də int
Müğənnilər Sevil və Sevinc Səfərovalar 11 il öncəyə aid arxiv görünt
"Kloun" Araik Arutyunyanı parodiya edən Xankəndi sakini polis tərəfindən d
Danimarka və Niderland tərəfindən Kiyevə veriləcək F-16 təyyarələri ə
Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistana gedəcək.
Bakının Xətai rayonunda yaşayış kompleksinin həyətində ilan peyda olub.
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Karabiga limanı 6 milyon 441