Azərbaycanda 32 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
Kriminal 21 Avq 2023 15:48:00 355 0
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar həyata keçirilib.
Son.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Azər Bədəlov, Əmrah Əlizadə, Nurlan Bayramov, Elmin Məmmədov, tanışı Qüdrət Həsənov və Samirə Novruzəliyeva saxlanılıblar. Onlardan 20 kiloqram heroin, 29 kiloqram marixuana, 10 kiloqram tiryək və 8 kiloqram metamfetamin olmaqla ümumilikdə 67 kq narkotik vasitə və psixotrop maddə aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.
Qeyd edilən dövrdə Baş İdarə tərəfindən keçirilən əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 66 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən "qara" bazarda dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, metamfetamin, eləcə də 7300 ədəd metadon həbi çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza olduqca mənfi təsir göstərən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyi tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Son.az
"Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) üç il əvvəl Qara
Qəbələnin Vəndam qəsəbəsində insanlar internet pulu ödəsələr də int
Müğənnilər Sevil və Sevinc Səfərovalar 11 il öncəyə aid arxiv görünt
"Kloun" Araik Arutyunyanı parodiya edən Xankəndi sakini polis tərəfindən d
Danimarka və Niderland tərəfindən Kiyevə veriləcək F-16 təyyarələri ə
Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistana gedəcək.
Bakının Xətai rayonunda yaşayış kompleksinin həyətində ilan peyda olub.
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Karabiga limanı 6 milyon 441
Müğənni Nadir Qafarzadə paylaşımı ilə diqqət çəkib.
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Balıkesir şəhərində yerl�
Əks-hücum başlayandan sonra Ukrayna taktikasını dəyişdi və indi əsas di
İşıqforun qırmızı işğından keçən sürücüyə elektron protokol tərt