XİN rəhbəri: USAİDin Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur
Siyasət 16 Yan 2025 19:09:00 50 0
De-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur.
Bu xəbəri də oxu: "Ermənistanın mənfi reaksiyası çaşqınlıq yaradır" Zaxarova Zəngəzur dəhlizindən danışdı
Son.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
XİN rəhbərinin sözlərinə görə, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan öz ərazisində 1 günlük antiterror əməliyyatı keçirdi və bununla da tam olaraq beynəlxalq hüquq uyğun formada öz suverenliyini bərpa etdi: "Bundan qısa müddət sonra biz ABŞ-dan, demokratlar administrasiyasından tamamilə əsassız, beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan ölkəmizə qarşı hücumun şahidi olduq. Bəyanatlar, ittihamlar...
Eyni zamanda, Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş adlı sanksiya sənədinin 20 il ərzində Azərbaycana qarşı olan hissəsi müvəqqəti dayandırılmışdı. Məhz Azərbaycanı cəzalandırmaq üçün 2023-cü ilin payız aylarında həmin o cəza mexanizmi tətbiq olunmağa başladı. Buna səbəb isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi idi. Biz o zaman bir təftiş apardıq. Baxdıq ki, ABŞ-nin Azərbaycana hansı yardım mexanizmləri var. Son illər ərzində Azərbaycana edilən yardımların ABŞ-ın ölkəmizdə gündəliyinin həyata keçirilməsinə xidmət etdiyini gördük və ABŞ-a bu yardımların dayandırılması ilə bağlı müraciət etdik. Bundan sonra Azərbaycana yüksək səviyyəli rəsmilər tərəfindən müraciətlər oldu və Amerika yardımları israrlı şəkildə davam etmək niyyətində olduğunu deyirdi. Bu zaman biz buna yaxşı dedik. Madam ki, ABŞ Azərbaycana yardımlar etməkdə bu qədər maraqlıdırsa, bu zaman bunun şərtlərini danışaq. Azərbaycan tərəfi bu danışıqları konstruktiv qaydada aparmaqda maraqlı idi. Bu zaman Saziş qüvvədən düşməsin deyə danışıqlar müddətində fevral-iyun aylarında Sazişin müddətini 1 neçə aylıq uzatdıq. Bizə aydın oldu ki, bu yardımlarda bizim legitim maraqlarımız nəzərə alınmır".
Nazir qeyd edib ki, USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur: "Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".
Bəzi yanacaq doldurma mərkəzlərində "Aİ-95" premium markalı ben
Qida mədəniyyətini araşdıran "TasteAtlas" 2024-cü ilin ən yaxş
Son zamanlar boşanma halları ifrat dərəcədə artıb. Statistik göstəricil
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfd
Ötən il Astara rayonunun kəndlərindən birində törədilmiş qətl hadisəs
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətlə
Təhsil müəssisələrində yanvarın 17-18-də 20 Yanvar faciəsinin 35-ci ild
2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikas
Saat 17:00-a olan məlumata əsasən Pirallahı, Çilov adası, Neft Daşları,
Hər zaman bir-birindən maraqlı layihələri ilə teatrsevərlərin marağına
Uzun illər ərzində torpaqlarımızın işğal altında olmasına, xalqımıza
Azərbaycan və Gürcüstan arasında hər zaman dostluq münasibəti, qarşıl�
Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquş
Quba rayon Mərkəzi Xəstəxanasının ərazisində xəsarətlə nəticələnə
"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asossas