İlham Əliyev Cenni Consonu qəbul edib FOTO
Siyasət 16 Yan 2025 11:36:00 81 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "Franklin Templeton" şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.
Bu xəbəri də oxu: İqlim, yoxsa rahatlıq? Aİ balans axtarışında
Son.az xəbər verir ki, ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayan Cenni Conson Azərbaycanın dayanıqlı iqtisadi artıma yönəlmiş islahatlarını və beynəlxalq arenada artan nüfuzunu təqdirlə qarşıladığını bildirdi. Qonaq bu çərçivədə "Franklin Templeton" şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq yaratmaq məqsədilə ilkin addımların atıldığını və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının araşdırıldığını dedi. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təşkil olunan tədbirlərdə iştirakı zamanı da həmin məsələlərə dair müzakirələr aparıldığını xatırladan Cenni Conson bu işbirliyinin hər iki tərəfin regional və qlobal məqsədlərinə uyğun olaraq yeni strateji perspektivlər açacağına və uzunmüddətli, səmərəli nəticələr əldə etməyə imkan yaradacağına inamını ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıq təcrübəsinə toxunaraq, "Franklin Templeton" ilə tərəfdaşlığın strateji əhəmiyyətini qeyd etdi və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğunu bildirdi.
Qeyd edək ki, 1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsis edilmiş "Franklin Templeton" şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. "Franklin Templeton" şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir.
Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı mülki id
Qazaxıstanın Mangistau vilayətindən olan ekoloqlar Aktauda "Azerbaijan
Qəzzada İsrail və HƏMAS arasında razılaşdırılan atəşkəs xalq tərəf
Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın oktyabr ayında vəziyyə
Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədə
Qan qruplarının sağlamlıqla yanaşı, davranışlar və xasiyyət üzərind�
Bakıda Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərləri
2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriy
İsmayıllıya qonaq gedən kişi itkin düşüb.
Elektrikli avtomobillərə keçid xərcləri, çip böhranı, yüksək inflyasiy
Bağırsaq xərçəngi bağırsağın daxili qatında yerləşən hüceyrələri
Ukraynanın qərbindəki İvano-Frankovsk şəhərində supermarketdən alınan
"WhatsApp" mesajlaşma tətbiqinin tərtibatçıları proqrama bir sı