Azərbaycan qadınını kim bu günə saldı? FOTOlar


Digərləri 16 Yan 2025 11:10:00 49 0

Azərbaycan qadınını kim bu günə saldı?  FOTOlar

Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir.

Reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü, ya da çarəsiz formada bu trendə qoşulurlar. Nəticədə isə həmin paylaşımlara çoxlu şərhlər yazılır, baxış sayı artır, sahibkarlar məqsədinə çatır, təhqir edilən isə qadınlar olur...

Həmin reklamlar əsasən kiçik ticarət obyektlərinin məhsullarının satışı məqsədilə həyata keçirilsə də, nədənsə bir qayda olaraq kortəbii estetik əməliyyatlar etdirmiş, vulqar geyimli qadınların təqdimatı ilə aparılır. Paytaxtla yanaşı bir çox rayonlarımızın da bu tendensiyaya qoşulması artıq adi hal alıb. Həddindən artıq böyüdülmüş ombalar, şişirdilmiş dodaqlar, qeyri-təbii üz ifadələrini üzərində daşıyan həmin qadınlara, demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Bəzi işbazlar bu həvəsdən ilhamlanaraq sadaladığımız "keyfiyyətləri" özündə daşıyan qadınların maskotlarını da hazırlayıb onları el məclislərinə, uşaq ad günlərinə göndərirlər.

Müşahidələr göstərir ki, bir çox ticarətçilər satıcı və kassirləri xanımlar arasından seçməyə üstünlük verir. Sonradan həmin obyektləri, məhsullarını reklam edən qadınların bədən dili və danışıq tərzi, eləcə də etdirdikləri estetik əməliyyatların keyfiyyəti insanlarda narahatlıq və ikrah doğurur.

Bəzi hallarda insan alverinin predmeti ola biləcək bu kimi hallarla necə mübarizə aparılmalıdır? Cəmiyyət və dövlət qurumlarının üzərinə hansı vəzifələr düşür?

Görünən odur ki, proses nəzarətsizliyin və qeyri-ciddiliyin nəticəsində baş verir. Çoxumuzun bu kimi insanlara xoş münasibəti olmasa da, həmin səhifələrdə baxış sayının kəskin artmasına gətirib çıxaran da bizik. Sözügedən şəxslərin üzərində eqolarını, natamamlıq komplekslərini sağaltmağa çalışanlar da var...

Bu yolla onminlərlə izləyicisinin olduğunu görən həmin obyektlər və "reklam simaları" daha da həvəslənir və irəli gedir. Beləliklə, yersiz cəsarət artır, vulqarlıq ürəkbulanma səviyyəsinə yüksəlir.

Apardığımız kiçik araşdırma da dövlət qurumlarının sosial şəbəkələrdəki, xüsusilə TikTok-dakı bu reklamların tənzimlənmədiyini, qadınların imicini zədələyən bu hallara qarşı heç bir sosial-ictimai tədbirlərin görülmədiyini göstərir. Aradabir ciddi sosial şəbəkə səhifələrində, xüsusilə feysbukda səsləndirilən tənqidi fikirlər isə dəstək toplaya bilmir və ya təsir gücünə malik olmur.

Bildiyimiz kimi, Azərbaycan Dövlət Reklam Agentliyi sosial şəbəkələrdəki reklamlara qarışmır. Qanunvericilik buna imkan vermir. Agentlikdən bildirildi ki, onlar yalnız açıq məkandakı reklamlara nəzarət edirlər, sosial şəbəkələrdəki reklamlara nəzarət səlahiyyətləri yoxdur. 

Agentlikdən mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən maraqlanmağı məsləhət bildilər.

Məlum olur ki, əslində xeyli faydalı məzmun təklif edən TikTok-un Azərbaycan seqmentində özbaşınalığa münbit şərait yaranıb. Bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyinin bu sosial şəbəkə vasitəsilə əxlaqsızlığı təbliğ edən tiktokerlərə qarşı həyata keçirdiyi əməliyyatlar sırf cinayət tərkibli əməllərlə bağlıdır. Polis harada olmasından asılı olmayaraq, cinayət və inzibati xəta tərkibli bütün əməllərə müdaxilə edir və lazımi tədbirlər görür.

Bəs Azərbaycan qadınını vulqar görkəmdə nümayiş etdirən, mənəviyyatdan kənar reklam çarxlarına qarşı kim mübarizə aparmalıdır? Bunlara da polis reaksiya verməlidir?

Əlbəttə, bu məsələdə cəmiyyətin bütün kəsimlərinin üzərinə məsuliyyət düşür. Ziyalısından tutmuş adi vətəndaşadək hər kəs xanımlarımızı bu iyrənc girdaba salan reklamları qınamalıdır. Amma o da bilinir ki, məhz belə yüngül videolar Azərbaycanda da bütün dünyada olduğu kimi çox izlənir. Son vaxtlar artan keyfiyyətsiz estetik əməliyyatlar da, qeyri-təbii formada yaradılmış gözəllik meyarları da haradasa bunun məhsuludur. Nəticədə qadınlar öz təbii ifadəsini və imicini itirməklə daha çox itirir.

QAFQAZİNFO

Damarına basan peşman olur  Ən əsəbi insanlar bu qan qrupundan çıxır like
  • 16 Yan 11:00  
Digərləri Damarına basan peşman olur Ən əsəbi insanlar bu qan qrupundan çıxır

Qan qruplarının sağlamlıqla yanaşı, davranışlar və xasiyyət üzərind�

arrow Ətraflı
Çimnazın evindən like
  • 16 Yan 10:56  
Şou-biznes Çimnazın evindən

Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanova bu gün Əmircanda dəfn olu

arrow Ətraflı
Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir like
  • 16 Yan 10:30  
Digərləri Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir

Bakıda Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərləri

arrow Ətraflı
Suriyadan Türkiyəyə qarşı ŞOK QƏRAR like
  • 16 Yan 10:24  
Digərləri Suriyadan Türkiyəyə qarşı ŞOK QƏRAR

2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriy

arrow Ətraflı
Atasının evinə qonaq gedən kişi itkin düşdü  FOTO like
  • 16 Yan 10:23  
Digərləri Atasının evinə qonaq gedən kişi itkin düşdü FOTO

İsmayıllıya qonaq gedən kişi itkin düşüb.

arrow Ətraflı
Məşhur alman avtomobil şirkəti ÇÖKÜR like
  • 16 Yan 09:58  
Digərləri Məşhur alman avtomobil şirkəti ÇÖKÜR

Elektrikli avtomobillərə keçid xərcləri, çip böhranı, yüksək inflyasiy

arrow Ətraflı
Bu ərazilərdə su olmayacaq like
  • 16 Yan 09:56  
Digərləri Bu ərazilərdə su olmayacaq

Bakının bu ərazilərində su olmayacaq.

arrow Ətraflı
Bağırsaq xərçəngi nədir, necə yaranır?  Əgər bu əlamətlər varsa... like
  • 16 Yan 09:50  
Digərləri Bağırsaq xərçəngi nədir, necə yaranır? Əgər bu əlamətlər varsa...

Bağırsaq xərçəngi bağırsağın daxili qatında yerləşən hüceyrələri

arrow Ətraflı
Supermarketdən alınan bulkanın içindən GÜLLƏ çıxdı: Şəhər meri şokdadır  FOTO like
  • 16 Yan 09:49  
Dünya Supermarketdən alınan bulkanın içindən GÜLLƏ çıxdı: Şəhər meri şokdadır FOTO

Ukraynanın qərbindəki İvano-Frankovsk şəhərində supermarketdən alınan

arrow Ətraflı
"WhatsApp"a yeni funksiyalar və təkmilləşmələr like
  • 16 Yan 09:24  
Digərləri "WhatsApp"a yeni funksiyalar və təkmilləşmələr

"WhatsApp" mesajlaşma tətbiqinin tərtibatçıları proqrama bir sı

arrow Ətraflı
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ like
  • 16 Yan 09:13  
Digərləri Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) 16 yanvar tarixindən etibarən valyuta məz�

arrow Ətraflı
Banu Alkanın beyninə qan sızdı  FOTO like
  • 16 Yan 09:08  
Şou-biznes Banu Alkanın beyninə qan sızdı FOTO

Türkiyəli müğənni və aktrisa Banu Alkanın səhhətində ciddi problem y

arrow Ətraflı
Portağal qabığının gözlənilməz faydalı xüsusiyyəti like
  • 16 Yan 08:59  
Digərləri Portağal qabığının gözlənilməz faydalı xüsusiyyəti

Nigeriyalı tədqiqatçılar aşkar ediblər ki, portağal qabığı həzm prose

arrow Ətraflı
Almaniyada hovuzda onlarla şəxs xlordan zəhərləndi like
  • 16 Yan 08:52  
Dünya Almaniyada hovuzda onlarla şəxs xlordan zəhərləndi

Almaniyanın Ştrausberq şəhərində üzgüçülük hovuzlarından birində ar

arrow Ətraflı
Emil Şahzadə qayıdır like
  • 16 Yan 08:45  
Şou-biznes Emil Şahzadə qayıdır

Aparıcı Emil Şahzadə uzun fasilədən sonra efirə qayıdır. 

arrow Ətraflı