Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin
Digərləri 16 Yan 2025 18:44:00 67 0
Son zamanlar boşanma halları ifrat dərəcədə artıb. Statistik göstəricilərə əsasən, hər 2 cütlükdən biri evliliklərinin 1-3-cü ilində ayrılıq qərarı verir. Boşanmaların kökündə müxtəlif səbəblər olsa da, proses zamanı tərəflər arasında bir sıra anlaşılmazlıqlar özünü göstərir. Bunların başında isə mülklərin bölünməsi və aliment məsələsi dayanır.
Bu xəbəri də oxu: Azərbaycanda ailə FACİƏsi: 2 qardaş eyni gündə ÖLDÜ
Ölkəmizdə nikah müqaviləsi ilə bağlı praktika olmadığından tərəflər boşanan zaman əmlak bölgüsündə ciddi problem yaşayırlar.
Son.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, nikah müqaviləsi təkcə əmlakla bağlı deyil, evlilik sonrası tərəflərin üzərinə götürdüyü məsuliyyətləri də özündə ehtiva edir:
"Ümumiyyətlə, nikah müqavilələri mülki hüquqi müqavilə sayılır və ərlə arvadın həm nikahdan öncə, həm nikah dövründə, həm də nikahdan sonrakı əmlak vəziyyətini tənzimləyir. Burada tərəflərin hər ikisinin fərdi gəlirləri nəticəsində əldə olunan əmlakların nikah pozulduqdan sonra və yaxud davam etdiyi müddətdə kimin mülkiyyətində necə qalacağı müəyyən edilir. Təkcə əmlak münasibətləri deyil, eyni zamanda, nikahdan sonra tərəflərin üzərinə götürdüyü davranışlar qaydası da müəyyən olunur".
Hüquqşünas qeyd edib ki, indiki şəraitdə nikah müqaviləsinin imzalanması mütləqdir:
"Əmlak dedikdə isə burada həm daşınan, həm də daşınmaz əmlak, o cümlədən, qızıl-zinət əşyaları, fərdi əşyalar və vərəsəlik qaydasında keçən əmlakla bağlı da tərəflər öz üzərlərinə öhdəlik götürə və ya hüquqlar müəyyən edə bilərlər. Ona görə də nikah müqavilələrinin təşviqi lazımdır. Vətəndaşlar mütləq şəkildə nikaha girən zaman bu müqavilələri bağlamalıdır".
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfd
Ötən il Astara rayonunun kəndlərindən birində törədilmiş qətl hadisəs
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətlə
Təhsil müəssisələrində yanvarın 17-18-də 20 Yanvar faciəsinin 35-ci ild
2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikas
Saat 17:00-a olan məlumata əsasən Pirallahı, Çilov adası, Neft Daşları,
Hər zaman bir-birindən maraqlı layihələri ilə teatrsevərlərin marağına
Uzun illər ərzində torpaqlarımızın işğal altında olmasına, xalqımıza
Azərbaycan və Gürcüstan arasında hər zaman dostluq münasibəti, qarşıl�
Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquş
Quba rayon Mərkəzi Xəstəxanasının ərazisində xəsarətlə nəticələnə
"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asossas
"Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində m
Çiy kartof yemək mümkündür, lakin bəzi vacib məqamları nəzərə almaq l
Suriya hökuməti İran və İsrail vətəndaşlarının Dəməşqə uçuşuna q