MNin maliyyə xidmət rəisinə hökm oxundu
Digərləri 16 Yan 2025 19:36:00 64 0
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Polis nisyə dəftərindəki borcları BAĞLADI VİDEO
Son.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub.
Dövlət ittihamçısı ona 11 il həbs cəzası verilməsini istəmişdi.
Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
Qeyd edək ki, Cəbrayıl Orucov 2024-cü ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub./APA
Çində elektromobil sahiblərinə maşından çıxmadan nəqliyyat vasitələri
Sabah İmişli şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.
Diyarbakırın Tavşantəpə kəndində 8 yaşında qətlə yetirilən Narin Gü
De-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnki
Bəzi yanacaq doldurma mərkəzlərində "Aİ-95" premium markalı ben
Qida mədəniyyətini araşdıran "TasteAtlas" 2024-cü ilin ən yaxş
Son zamanlar boşanma halları ifrat dərəcədə artıb. Statistik göstəricil
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfd
Ötən il Astara rayonunun kəndlərindən birində törədilmiş qətl hadisəs
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətlə
Təhsil müəssisələrində yanvarın 17-18-də 20 Yanvar faciəsinin 35-ci ild
2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikas
Saat 17:00-a olan məlumata əsasən Pirallahı, Çilov adası, Neft Daşları,
Hər zaman bir-birindən maraqlı layihələri ilə teatrsevərlərin marağına
Uzun illər ərzində torpaqlarımızın işğal altında olmasına, xalqımıza