Google xəritələrində Qarabağ və Şərqi Zəngəzurda qondarma adlar silindi
Digərləri 16 Yan 2025 20:39:00 69 0
"Azərbaycanda son illərdə ciddi mübarizə aparılan bir məsələyə həll tapılıb. Artıq xarici ölkələrdən Azərbaycan xəritəsini açan zaman əvvəllər Qarabağ və Şərqi Zəngəzurda olan coğrafi adlar iki dildə (erməni və azərbaycan) göstərilmir. Bu dəyişikliyin arxasında uzun müddət davam edən mübarizə dayanır".
Bu xəbəri də oxu: 10 yaş cavanlaşdıran qidalar bahası da var, ucuzu da...
Son.az xəbər verir ki, bu barədə texno-bloqer Fərid Pərdəşünas danışıb.
O bildirib ki, 2020-ci ildən bəri bu qondarma adların xəritələrdən silinməsi üçün ciddi səylər göstərilib. Türkiyə və Avropada keçirilən görüşlərdə "Google" qarşısında hüquqi öhdəliklər qoyulmuş dəfələrlə mail üzərindən danışıqlar aparılmışdı. Məsələ Azərbaycanda ən yüksək səviyyədə qabardılıb, dövlət qurumları, ölkə rəhbərliyi və media bu məsələyə diqqət yetirilməsinə çalışıb. Lakin, Google əvvəlki mövqeyindən geri çəkilməyərək hüquqi əsası olmayan mövqe sərgiləyib və müraciətlərə cavab verməyi dayandırmışdı.
"Amma son anti-terror əməliyyatlarından sonra xəritədə ciddi dəyişikliklər baş verib. Həm de-fakto, həm də de-yure həmin ərazilər Azərbaycanın nəzarətində olduğunu göstərən düzəlişlər aparılıb. Əhalisinin böyük hissəsinin azərbaycanlılardan ibarət olduğu bu ərazilərdə "Open Street Map" kimi açıq mənbə platformasında da müvafiq dəyişikliklər baş verib. Dövlət qurumları da ərazi və küçə adlarının düzəlişinə dəstək verərək bu prosesə qatılıb".
Bu mübarizənin nəticəsi olaraq artıq xaricdən daxil olduqda da xəritələrdə qondarma adlar göstərilmir. Bu böyük rəqəmsal mübarizə uğurla başa çatıb.
Asya Son.az
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kən
"Noyabr ayında texniki xəta səbəbindən müştərilərin "BakıKar
Əgər 1990-cu ilədək ölkə ərazisində 1 ha otlaq ərazisinə 7-8 baş heyv
Lənkəran rayonunun Siyavar kəndi istiqamətində, dənizdə itkin düşmüş
Luan Pop 2003-cü ildə yaşadığı şiddətli bir miqren hücumundan sonra hə
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəq
Sosial media fenomeni Bella qeyri- adi pəhriz formasından danışıb.
Bakıda yeni metro stansiyalarının inşası ilə bağlı qərar verildikdən s
Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa e
Türkiyəli aktrisa Aslı Bekiroğlu yeni eşqə yelkən açıb.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə g�
Çində elektromobil sahiblərinə maşından çıxmadan nəqliyyat vasitələri
Sabah İmişli şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.
Diyarbakırın Tavşantəpə kəndində 8 yaşında qətlə yetirilən Narin Gü