Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı


Digərləri 16 Yan 2025 22:46:00 77 0

Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.

Son.az bildirir ki, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.

Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı "TikTok" platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, bədənşəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edirlər. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova münasibət bildirib.

"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilərsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədənşəkilləndirmə əməliyyatı bugünkü gündə diqqətçəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".

"Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq", - deyə cərrah əlavə edib.

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib:

"Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".

Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib. Son.az

100 illik saziş imzaladılar like
  • 16 Yan 22:36  
Dünya 100 illik saziş imzaladılar

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna lideri Volodimir Zelen

arrow Ətraflı
"Yenə mənim adımdan pul dilənir" like
  • 16 Yan 22:29  
Şou-biznes "Yenə mənim adımdan pul dilənir"

Dələduzlar növbəti dəfə aktrisa Pərvin Abıyevanı hədəf alıblar.

arrow Ətraflı
10 ən yaxşı aviaşirkətin adı açıqlandı like
  • 16 Yan 22:07  
Dünya 10 ən yaxşı aviaşirkətin adı açıqlandı

Dünyanın 10 ən yaxşı aviaşirkətinin adı açıqlanıb.

arrow Ətraflı
Bu ölkədə Tiktok qadağan edilir   Yanvarın 19dan... like
  • 16 Yan 21:56  
Digərləri Bu ölkədə Tiktok qadağan edilir Yanvarın 19dan...

Yanvarın 19-dan etibarən Çinin Tiktok videohostinqinin ABŞ-da fəaliyyəti t

arrow Ətraflı
Yaponiyada yeni sindrom yarandı  Türklər də təhlükədə... like
  • 16 Yan 21:45  
Digərləri Yaponiyada yeni sindrom yarandı Türklər də təhlükədə...

Yaponiyada başlayan və bütün dünyaya yayılan Hikikomori sindromu fərdlə

arrow Ətraflı
Türkiyəli fenomenlərin illik qazancı açıqlandı  Fantastik rəqəmlər... like
  • 16 Yan 21:36  
Şou-biznes Türkiyəli fenomenlərin illik qazancı açıqlandı Fantastik rəqəmlər...

Statistik saytın apardığı araşdırmaya görə, Türkiyədəki məşhur yutu

arrow Ətraflı
İlk rəsmi səfərini Azərbaycana edəcək like
  • 16 Yan 21:17  
Digərləri İlk rəsmi səfərini Azərbaycana edəcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk

arrow Ətraflı
Sumqayıtda ağır qəza  2 ölü, 3 yaralı like
  • 16 Yan 21:11  
Digərləri Sumqayıtda ağır qəza 2 ölü, 3 yaralı

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nətic

arrow Ətraflı
Şəmkirdə qoyunquzu oğurladılar like
  • 16 Yan 21:10  
Kriminal Şəmkirdə qoyunquzu oğurladılar

Şəmkirdə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

arrow Ətraflı
Ermənistanın indiki ərazisi tarix boyu azərbaycanlıların yaşadıqları dədəbaba torpaqları olub like
  • 16 Yan 21:00  
Siyasət Ermənistanın indiki ərazisi tarix boyu azərbaycanlıların yaşadıqları dədəbaba torpaqları olub

Ermənistanın indiki ərazisi tarix boyu azərbaycanlıların yaşadıqları d�

arrow Ətraflı
Meteohəssas insanlar üçün sabahın PROQNOZU like
  • 16 Yan 20:55  
Digərləri Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Yanvarın 17-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Türk aktrisa Fransada mükafatlandırılacaq like
  • 16 Yan 20:52  
Şou-biznes Türk aktrisa Fransada mükafatlandırılacaq

Nuri Bilge Ceylanın "Kuru otlar üstünde" filmindəki performansı i

arrow Ətraflı
"Atəşkəs sizindir, yoxsa Trampın?" like
  • 16 Yan 20:45  
Dünya "Atəşkəs sizindir, yoxsa Trampın?"

ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs və məhbus mübadiləsi razıla

arrow Ətraflı
Google xəritələrində Qarabağ və Şərqi Zəngəzurda qondarma adlar silindi like
  • 16 Yan 20:39  
Digərləri Google xəritələrində Qarabağ və Şərqi Zəngəzurda qondarma adlar silindi

"Azərbaycanda son illərdə ciddi mübarizə aparılan bir məsələyə h�

arrow Ətraflı