10 yaş cavanlaşdıran qidalar bahası da var, ucuzu da...
Digərləri 16 Yan 2025 07:01:00 93 0
"The American Journal of Clinical Nutrition"da dərc olunmuş 2023-cü ildə aparılan araşdırmaya görə, son araşdırmalar göstərir ki, pəhrizinizi dəyişdirmək uzunömürlülüyün açarıdır. Hətta sadə dəyişikliklərin ömrümüzü on ilədək uzada biləcəyini göstərir.
Bu xəbəri də oxu: Unibank 2024cü ilin maliyyə nəticələrini açıqlayıb
Son.az xəbər verir ki, pendirlər, qəhvə, şalğam, nar, yer fıstığı, avokado, şokolad və siyah kimyon toxumu kimi qidalar, uzun ömrü dəstəkləyən və müxtəlif sağlamlıq faydaları təmin edən təbii məhsullardır.
Pendir xüsusilə çedar və parmesan kimi sərt növləri, spermidin adlı bir proteinlə zəngindir. Bu maddə hüceyrə bərpası və təmizlik mexanizmi olan otofajini tənzimləyərək yaşlanma prosesini yavaşladır.
Qəhvə içindəki klorojenik asidlə qan şəkərinin tənzimlənməsinə kömək edir və şəkərli qidaların yaratdığı qan şəkəri artışlarını önləyir. Həmçinin, müntəzəm qəhvə istehlakı, daha uzun yaşama ilə əlaqələndirilir.
Şalgam brokoli və qara lahana kimi güclü turpgillərdən biridir və bir çox sağlamlıq faydası təqdim edir. Nar isə güclü antioksidantlarla zəngin olaraq, metabolizmanı yaxşılaşdırır, qan təzyiqini aşağı salır və xərçəngə qarşı qoruyur. Eyni zamanda, yaşlanmaya qarşı mübarizə apararaq cildin gənc qalmasına kömək edir.
Yer fıstığı və fıstıq əzməsi ürək sağlamlığını yaxşılaşdıran və metabolizmə faydalı olan fitosterollarla zəngindir. Həmçinin, avokadoların tərkibindəki oleik asid, ürək-damar sağlamlığını dəstəkləyir.
Şokolad xüsusən də yüksək kakao tərkibli olan bitter şokolad, ürək-damar xəstəliklərini azaldır və beyin funksiyalarını gücləndirir. Siyah kimyon toxumu isə, antiinflamatuar və antioksidant xüsusiyyətləri ilə müxtəlif sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərir.
Bu qidaların düzgün miqdarda istehlakı, uzun ömür və ümumi sağlamlıq üçün faydalıdır.
Fidan Son.az
İmişlidə balıq tutan 58 yaşlı kişi Araz çayında boğulub
Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş Prezidenti Dona
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
Türkiyənin Samsun rayonunda maraqlı hadisə baş verib.
Müasir elm təbiətin təqdim etdiyi adi görünən bir bitkinin köklükdən �
Müğənni Bahar Lətifova Yeni il üçün 10 minlik şam ağacı alması xəbə
İordaniyada arxeoloqlar İncilin Yaradılış kitabında xatırlanan Mahanaim a
Yanvarın 1-də 124 yaşı tamam olan çinli Qiu Çayşinin uzunömürlülüyün
Saxta kosmetik məhsullar çox vaxt məşhur və etibarlı brendlərin adların�
"İlhamə Quliyeva bu gün sağ olsaydı, əvvəlki hökmü olmayacaqdı. S
Amerikalı alimlər müəyyən ediblər ki, yuxu həbləri yatan zamanı baş ve
Yanvarın 23-dən sonra Rusiyanın mərkəzində, o cümlədən Moskvada 20 dər
Xəbər verdiyimiz kimi, Qəzzada İsrail və HƏMAS arasında atəşkəs razıl