Ermənistanı ifşa edən rəqəmsal xəritə hazırlanır


Siyasət 16 Yan 2025 19:55:00 81 0

Ermənistanı ifşa edən rəqəmsal xəritə hazırlanır

Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır.

Son.az xəbər verir ki, Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən "Environmental Protection First" Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi "Ermənistan Respublikasının mineral xammal resursları" adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir.

Bu barədə Koalisiyaya üzv "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

Onun sözlərinə görə, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapacaq: "Xəritə "WGS-84" koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik".

M.Bayramov Ermənistandan törətdiyi ekoloji cinayətlərə görə cavab istəyib: "Koalisiya üzvlərimiz fəal işləyir, bir gün də olsun, dayanmamışıq. Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində "Ermənistan Respublikasının mineral xammal resursları" adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal "satqın", "Azərbaycana işləyənlər" damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin".

Xatırladaq ki, "Environmental Protection First" Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb edir. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyana müraciətlər edilsə də, Paşinyan Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə hələ də cavab verməkdən yayınır./APA 

Bakıda evdən meyit tapıldı like
  • 16 Yan 19:50  
Digərləri Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapılıb.

arrow Ətraflı
Qala gecəsidə iki məşhurun sirri üzə çıxdı like
  • 16 Yan 19:42  
Şou-biznes Qala gecəsidə iki məşhurun sirri üzə çıxdı

Türkiyəli aktrisa Aslı Bekiroğlu yeni eşqə yelkən açıb.

arrow Ətraflı
MNin maliyyə xidmət rəisinə hökm oxundu like
  • 16 Yan 19:36  
Digərləri MNin maliyyə xidmət rəisinə hökm oxundu

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə g�

arrow Ətraflı
Elektromobil sahiblərinə daha bir mühüm xəbər like
  • 16 Yan 19:29  
Digərləri Elektromobil sahiblərinə daha bir mühüm xəbər

Çində elektromobil sahiblərinə maşından çıxmadan nəqliyyat vasitələri

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 16 Yan 19:25  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah İmişli şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.

arrow Ətraflı
Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı like
  • 16 Yan 19:13  
Digərləri Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Diyarbakırın Tavşantəpə kəndində 8 yaşında qətlə yetirilən Narin Gü

arrow Ətraflı
XİN rəhbəri: USAİDin Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur like
  • 16 Yan 19:09  
Siyasət XİN rəhbəri: USAİDin Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur

De-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnki

arrow Ətraflı
"Aİ95" benzinin qiyməti artacaq?  AÇIQLAMA like
  • 16 Yan 19:05  
Digərləri "Aİ95" benzinin qiyməti artacaq? AÇIQLAMA

Bəzi yanacaq doldurma mərkəzlərində "Aİ-95" premium markalı ben

arrow Ətraflı
Dünyanın ən yaxşı 100 yeməyi açıqlandı  İlk onluqda... like
  • 16 Yan 18:56  
Digərləri Dünyanın ən yaxşı 100 yeməyi açıqlandı İlk onluqda...

Qida mədəniyyətini araşdıran "TasteAtlas" 2024-cü ilin ən yaxş

arrow Ətraflı
Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin like
  • 16 Yan 18:44  
Digərləri Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

Son zamanlar boşanma halları ifrat dərəcədə artıb. Statistik göstəricil

arrow Ətraflı
"Azərbaycana təşəkkür edirəm ki, bizi müxtəlif formatlarda dəstəkləyir"  Boçorişvili like
  • 16 Yan 18:25  
Siyasət "Azərbaycana təşəkkür edirəm ki, bizi müxtəlif formatlarda dəstəkləyir" Boçorişvili

Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfd

arrow Ətraflı
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu: İfadə verə bilmədi like
  • 16 Yan 18:16  
Digərləri Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu: İfadə verə bilmədi

Ötən il Astara rayonunun kəndlərindən birində törədilmiş qətl hadisəs

arrow Ətraflı
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib like
  • 16 Yan 18:08  
Siyasət Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətlə

arrow Ətraflı
20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək like
  • 16 Yan 18:06  
Digərləri 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Təhsil müəssisələrində yanvarın 17-18-də 20 Yanvar faciəsinin 35-ci ild

arrow Ətraflı