Separatçılar Qarabağı belə tərk edirlər
Siyasət 21 Avq 2023 11:42:00 327 0
"Laçın" sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməni əsilli vətəndaşlar Xankəndindən gəlib Gorus istiqamətinə keçib.
Bu xəbəri də oxu: Prezident Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Son.az Trend-ə istinadən bildirir ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana keçib. Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Ermənilərin sərbəst keçidini xarici KİV nümayəndələri də izləyib. Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistan istiqamətində gedənlər, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Görünür həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etməyin ən doğru seçim olduğu qənaətinə gəiblər.
44 günlük müharibədən sonra rəsmi Bakı bu zamana kimi ən müxtəlif səviyyələrdə müxtəlif platformalarda bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, buranı tərk edib istədikləri yerdə yaşaya bilərlər.
Könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı istisna edilmir.
Son.az
İranın tanınmış sünni din xadimi Mövləvi Əbdülhəmid saxlanılıb.
Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya
NATO-nun Baş katibinin ofisinin rəisi Stian Yensenin Ukraynanın ərazi güzə
Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala və Kipi gömrük-keçid
Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni miqyas qazanı
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhəri Corat qəsəbəsində 198
Türkiyə və Macarıstan arasında ticarət həcmini qısa zamanda 6 milyard do
Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğur
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İzmit şəhərində yerləş�
Bu gün Türkiyə hökumətinin iclası olacaq.
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb