Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni miqyas qazanır
Digərləri 21 Avq 2023 11:13:00 325 0
Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni miqyas qazanır.
Bu xəbəri də oxu: Ət yeməyənlər üçün proteinlə zəngin 5 qida: Əzələ qurmağa kömək edir
Son.az Trend-ə istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O, Azərbaycandan Macarıstana qaz tədarükünün 1 milyard kubmetrə çatdırılması üçün siyasi iradənin olduğunu vurğulayıb.
"Biz Azərbaycanla artıq on ildən çoxdur ki, tərəfdaşlıq əlaqələri saxlayırıq. Hazırkı razılaşmamıza əsasən, bu ilin dördüncü rübündə Azərbaycandan 100 milyon kubmetr qaz almağı planlaşdırırıq", - deyə Siyarto qeyd edib.
Bundan əvvəl nazir Azərbaycandan qaz tədarükünün hazırda Avropadakı enerji böhranının ən səmərəli həlli olduğunu qeyd edib.
Xatırladaq ki, Macarıstanın təbii qazın ən böyük topdan satıcısı olan "MVM CEEnergy" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 100 milyon kubmetr qaz satışı üzrə müqavilə imzalayıb. Qazın tədarükü 2023-cü ilin dördüncü rübündə başlayacaq. SOCAR artıq ilk 50 milyon kubmetrin Macarıstandakı anbara vurulmasına başlayıb.
Son.az
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhəri Corat qəsəbəsində 198
Türkiyə və Macarıstan arasında ticarət həcmini qısa zamanda 6 milyard do
Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğur
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İzmit şəhərində yerləş�
Bu gün Türkiyə hökumətinin iclası olacaq.
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
2023-cü ilin yanvar-iyul aylarında Rusiya Federasiyasından Türkiyə limanlar
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Türkmənistana polad məhsullar�
Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq təd
Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahl�
"Ruslanın ailəsi Nicatdan şikayətçi deyil".