Qarabağda “çevriliş planı”:


Siyasət 20 Avq 2023 18:11:00 286 0

Qarabağda “çevriliş planı”:

Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Dünyanın tanınmış televiziya kanalları və aparacıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər. Çox keçmədən bu "populyarlıq" onu Qarabağın "dövlət naziri" vəzifəsinə gətirdi. Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutyunyanla əvəzləyib Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o, Qarabağa yad ünsürdür. Ruben Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı.

Son.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

Təhlildə vurğulanıb ki, Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Araik Arutyunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı "istefaya" göndərdi:

"Vardanyanın "populyarlığı" həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı. Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O, son video-müraciətində separatçıların lideri Araik Arutyunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutyunyanın adını çəkmədən yerli "idarəetməni" yumşaq formada tənqid edirdi, bu dəfə isə o, separatçıların liderini ağır sözlərlə ittiham edib. Vardanyan Qarabağ ermənilərinin kənar çağırışlarla yanaşı daxildə də ciddi problemləri olduğunu bu sözlərlə izah edib: "Mən 6 ay əvvəl "vəzifəmi" tərk edəndə belə demişdim: Əgər "prezident" düşmənlə mübarizəyə hazırdırsa, mən qarışıq hamımız onu dəstəkləməliyik. Ancaq biz nə lider, nə də baş komandan gördük. Cəmiyyəti aldatmaq düzgün deyil. Araik, siz vədinizi yerinə yetirmədiniz. Siz istefa verəcəyinizi vəd etmişdiniz, həmin söhbətdə 8 nəfər şahid olub. İstefa vermək əvəzinə sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqli-fərqli sözlər deyirsiniz. Siz bizim müqavimət gücümüzü zəiflədirsiniz. Siz bütün qırmızı çizgiləri aşmısınız. Qarabağ erməniləri sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm".

Ruben Vardanyan faktiki olaraq Araik Arutyunyana ultimatum verib. "İstefa verməsən, biz səni buna məcbur edəcəyik" demək istəyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Vardanyanın çıxışında "istefa vermək əvəzinə sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz" cümləsi diqqət çəkib. Araik Arutyunyana "istefa verməmək üçün" Ermənistanın Baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edən güclər təzyiq edib? Paşinyan üçün Qarabağ ermənilərini kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o, bu yükdən qurtulmaq istəyir. Moskva üçün isə Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin 2 ildən sonra bölgəni tərk edib-etməyəcəyi məsələsi aktualdır".

Analizdə bildirilib ki, bütün hallarda Araik Arutyunyan "istefa" vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq:

"Birincisi, Bakı onunla dialoqa getməyəcək, ikincisi, yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur".

Son.az 

Düşmən Laçın istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib like
  • 20 Avq 18:03  
Siyasət Düşmən Laçın istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqq

arrow Ətraflı
Kişi qardaşı qızına dəfələrlə əxlaqsız hərəkətlər etdi, qız isə səsini yazdı like
  • 20 Avq 18:00  
Kriminal Kişi qardaşı qızına dəfələrlə əxlaqsız hərəkətlər etdi, qız isə səsini yazdı

Lənkəranda 1972-ci il təvəllüdlü Sahil qardaşı qızı, yetkinlik yaşın

arrow Ətraflı
İlkin daha bir yoldan şikayət etdi like
  • 20 Avq 17:51  
Şou-biznes İlkin daha bir yoldan şikayət etdi

Aparıcı İlkin Həsəni sosial şəbəkə velosiped və skuterlər üçün sal

arrow Ətraflı
Evdə rahat və dəbli olmağın like
  • 20 Avq 17:40  
Digərləri Evdə rahat və dəbli olmağın

Çölə çıxarkən yaxşı geyinmək insanı yaxşı hiss etdirir və özünə

arrow Ətraflı
Türkiyə tərəfi ilə danışıqlar aparılmır like
  • 20 Avq 17:31  
Dünya Türkiyə tərəfi ilə danışıqlar aparılmır

Ermənistan-Türkiyə sərhədindəki Ani körpüsünün bərpası layihəsi fak

arrow Ətraflı
Yatmazdan əvvəl bu maskanı edin like
  • 20 Avq 17:20  
Digərləri Yatmazdan əvvəl bu maskanı edin

Hər mövsüm yeyilən alma bədəndəki zərərli maddələri xaric etməklə y

arrow Ətraflı
"Bu halımla mükəmmələm" like
  • 20 Avq 17:11  
Şou-biznes "Bu halımla mükəmmələm"

Türkiyənin zəngin xanımlarından olan Süreyya Yalçın son vaxtlar kəskin

arrow Ətraflı
Sağlam qalmaq istəyirsinizsə, like
  • 20 Avq 16:20  
Digərləri Sağlam qalmaq istəyirsinizsə,

Bəzi qidalar bədənimizə xeyirdən çox zərər vurur.

arrow Ətraflı
Rusiya nüvə silahı olan iqtisadi cırtdandır like
  • 20 Avq 16:11  
Dünya Rusiya nüvə silahı olan iqtisadi cırtdandır

Rusiya Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək və dünyada �

arrow Ətraflı
Valideynləri sürgün olundu, dostları ona xəyanət etdi, ölümündən bir ay sonra dəfn olundu like
  • 20 Avq 16:00  
Kriminal Valideynləri sürgün olundu, dostları ona xəyanət etdi, ölümündən bir ay sonra dəfn olundu

Son.az Kulis.az-a istinadən Xalq rəssamı, dünya şöhrətli sənətkar Toğr

arrow Ətraflı
Tayvan: Adanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb like
  • 20 Avq 15:51  
Dünya Tayvan: Adanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb

Tayvanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb.

arrow Ətraflı
2023cü ilin trend olan like
  • 20 Avq 15:40  
Digərləri 2023cü ilin trend olan

Artıq havalar tam isinib. Yay paltarları demək olar ki, qarderoblara yerləş

arrow Ətraflı
Mətbəxdəki 3 vasitə ilə gözəlləşin like
  • 20 Avq 15:20  
Digərləri Mətbəxdəki 3 vasitə ilə gözəlləşin

Mütəxəssislər ər zaman xanımlara baxım üçün asan vasitələr təqdim e

arrow Ətraflı
Həbsdən çıxan kişi arvadının xəyanət etməsindən şübhələndi, etiraf edəndə isə... like
  • 20 Avq 15:00  
Kriminal Həbsdən çıxan kişi arvadının xəyanət etməsindən şübhələndi, etiraf edəndə isə...

Salyan rayonunda 1982-ci il təvəllüdlü Namid Əliyev qısqanclıq zəminind�

arrow Ətraflı