Valideynləri sürgün olundu, dostları ona xəyanət etdi, ölümündən bir ay sonra dəfn olundu


Kriminal 20 Avq 2023 16:00:00 407 0

Valideynləri sürgün olundu, dostları ona xəyanət etdi, ölümündən bir ay sonra dəfn olundu

Son.az Kulis.az-a istinadən Xalq rəssamı, dünya şöhrətli sənətkar Toğrul Nərimanbəyov haqqında maraqlı faktları təqdim edir.

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. Onun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator kimi fəaliyyət göstərib.

***

Azərbaycan Xalq Cümnuriyyəti ölkənin gələcəyi naminə istedadlı gəncləri xaricə oxumağa göndərirdi. Əmirbəyin oğlu Fərman (Toğrulun atası) Nərimanbəyov da həmin layihə çərçivəsində Avropaya təhsil almağa gedən qırx nəfərdən biri olub.

***

O, Tuluza Universitetinin mühəndis - elektrik ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə fransız dilini öyrənib. Fərman Nərimanbəyov İrma Lya Rude alı dərzi-modelyer xanımla ailə həyatı qurub. Gənc ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun böyük qardaşı Vidadi elə Avropada dünyaya gəlib. Sonra onlar Tuluzadan Paris şəhərinə köçüblər. 1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır və tələbə yoldaşı elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir. Toğrul Nərimanbəyov həmin ərəfədə dünyaya gəlir. Babası Əmirbəy kişi isə dünyasını dəyişir.

***

Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.

1941-ci ildə Toğrulun anası Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilir. İrma xanımı Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilə qədər sürgündə yaşayır.

***

Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşür.

***

Onun müxtəlif orqanlara etdiyi müraciətləri və gərgin mübarizəsi sayəsində anasına bəraət verirlər və o, Bakıya qayıtmağa müvəffəq olur. Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıda bilir. Uşaqlıqdan çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər Toğrulun əzmkarlığını daha artırır və o, yaradıcılıq yolunda həmkarlarından fərqlənərək daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30 yaşında əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülür.

***

Rəssamın anası İrma Lya Rude və qardaşı Vidadi Nərimanbəyov dünyasını dəyişəndən sonra Bakıda, Yasamal qəbiristanlığında dəfn olunurlar.

***

Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci arvadı 1922-ci il doğumlu heykəltəraş Elmira Hüseynova olub. Bu evlilikdən Toğrul Nərimanbəyovun Əsmər adlı bir qızı dünyaya gəlib. Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib. Görkəmli rəssam sonradan ikinci dəfə musiqiçi Sevil Nəcəfzadə ilə ailə həyatır qurur. Bu evlilikdən rəssamın bir oğlu doğulub: Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirərək rəssamlıqla məşğul olur.

***

Toğrul Nərimanbəyov təkcə rəssam deyildi, həm də opera ifaçısı idi. Onun gözəl bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi. Elə həyat yoldaşı Sevil Nəcəfzadə T. Nərimanbəyovun konsertlərinin əsas təşkilatçısı olub. Bununla yanaşı, Sevil xanım həm də ərinin sərgilərini təşkil edib.

***

Rəssamın tələbəsi Fikrət Məmmədov xatırlayır: "Yoldaşı çox qısqanc idi. Bir-birilərini çox sevirdilər. Hərdən elə olurdu ki, mən belə zəng edəndə, görüşməyə icazə vermirdi. İstəyirdi ki, daha çox onunla vaxt keçirsin. Bəzən onu yaradıcılığına belə qısqanardı. Çünki o, daim yaradıcılıqla məşğul olurdu, hətta son günlərinə qədər. Səttar Bəhlulzadə ilə Toğrul çox yaxın idilər. O vaxt onlar filarmoniya ilə üzbəüz binada qalırdılar. Tez-tez görüşürdük, dərdləşirdik. Səttar Bəhlulzadə Toğrulun əsərlərinə olan heyrətini heç vaxt gizlətmirdi. O deyirdi ki, Toğrulun əsərləri bərəkətli süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir..." 2001-ci ildə Parisdəki qalereya ilə bağladığı müqaviləyə görə, o, ilin yarısını burada, yarısını orada çalışır. Sonra isə birdəfəlik Parisə köçür.

*** Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, muğam dinləyəndə ağlayıram..."

***

Toğrul Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş "Moskva" mehmanxanasının foyelərini misilsiz sənət inciləri ilə bəzəyib.

2000-ci ilin avqustunda "İstiqlal" ordeni, 2010-cu ilin avqustunda isə "Şərəf" ordeni ilə təltif edilib.

***

Rəssamın ürəyində ciddi problem olub. Üstəlik, ömrünün son illərində dostlarından ağır zərbələr alıb. Duz-çörək kəsdiyi, dostluq etdiyi sənətkarlar əsərləri haqqında, özü haqqında şayiələr yayıblar.

İki ay qabaq ürəyindən əməliyyat olunsa da, görkəmli rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat edir...

***

Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nəcəfzadə ilə qızı Əsmər Nərimanbəyova arasındakı dəfn qalmaqalı məhkəməyə qədər gedib çıxır. Beləcə sənətkarın meyiti 20 gün morqda qalır. Rəssamın qızı atasının Bakıda dəfn edilməyini arzulasa da, xanımı onun Parisdə dəfn olunmasını tələb edir. Nəhayət, Fransa məhkəməsi Sevil Nəcəfzadənin leyinə qərar çıxarır. ***

Qərardan narazı qalan Əsmər Nərimanbəyova mətbuata açıqlamasında: "Atamın həyat yoldaşının arzusuna əsasən, Toğrul Nərimanbəyovun meyiti yandırılacaq və külü torpağa tapşırılacaq. O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır. Lakin bu həqiqət deyil, mənim atam müsəlmandır." - deyib.

Beləliklə iyunun 2-də Fransada vəfat edən Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov ölümündən 31 gün sonra, 3 iyul 2013-cü il axşam saat 18.00-da Parisin Passi məzarlığında dəfn edilir.

Son.az 

Tayvan: Adanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb like
  • 20 Avq 15:51  
Dünya Tayvan: Adanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb

Tayvanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb.

arrow Ətraflı
2023cü ilin trend olan like
  • 20 Avq 15:40  
Digərləri 2023cü ilin trend olan

Artıq havalar tam isinib. Yay paltarları demək olar ki, qarderoblara yerləş

arrow Ətraflı
Mətbəxdəki 3 vasitə ilə gözəlləşin like
  • 20 Avq 15:20  
Digərləri Mətbəxdəki 3 vasitə ilə gözəlləşin

Mütəxəssislər ər zaman xanımlara baxım üçün asan vasitələr təqdim e

arrow Ətraflı
Həbsdən çıxan kişi arvadının xəyanət etməsindən şübhələndi, etiraf edəndə isə... like
  • 20 Avq 15:00  
Kriminal Həbsdən çıxan kişi arvadının xəyanət etməsindən şübhələndi, etiraf edəndə isə...

Salyan rayonunda 1982-ci il təvəllüdlü Namid Əliyev qısqanclıq zəminind�

arrow Ətraflı
Elnur plastik əməliyyat etdirdi like
  • 20 Avq 14:51  
Şou-biznes Elnur plastik əməliyyat etdirdi

Müğənni Elnur Məmmədov plastik əməliyyat etdirib.

arrow Ətraflı
Düşməni qorxudan dostluq: like
  • 20 Avq 14:44  
Siyasət Düşməni qorxudan dostluq:

Azərbaycan özünün qonşusu olan (30 illik işğal faktoruna görə Ermənist

arrow Ətraflı
Çimərlik paltarı alanda bunlara mütləq diqqət edin, yoxsa... like
  • 20 Avq 14:40  
Digərləri Çimərlik paltarı alanda bunlara mütləq diqqət edin, yoxsa...

Artıq dəniz sezonu başlayıb. Dənizə gedərkən qadınların yaşadığı �

arrow Ətraflı
Şəkər xəstələri necə qidalanmalıdır? like
  • 20 Avq 14:20  
Digərləri Şəkər xəstələri necə qidalanmalıdır?

Şəkər xəstələrə hər zaman qidalanmalarına, sağlamlıqlarına fikir ver

arrow Ətraflı
Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi like
  • 20 Avq 14:00  
Kriminal Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi

Son.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında maraqlı faktl

arrow Ətraflı
"Qadınların azadlığı kişiləri də xilas edir" like
  • 20 Avq 13:51  
Şou-biznes "Qadınların azadlığı kişiləri də xilas edir"

58 yaşlı məşhur aktrisa Monika Belluççi bu dəfə "Harper's Bazaa

arrow Ətraflı
Bu yağlar sizi 10 yaş cavanlaşdıracaq – like
  • 20 Avq 13:40  
Digərləri Bu yağlar sizi 10 yaş cavanlaşdıracaq –

Yaşlandıqca vücudunuzun kollagen istehsalı azalmağa başlayır. Kollagen is

arrow Ətraflı
Mal ətinin qiyməti BAHALAŞIB... like
  • 20 Avq 13:31  
Digərləri Mal ətinin qiyməti BAHALAŞIB...

Mal ətinin qiyməti yenidən bahalaşıb.  Hazırda mal ətinin kilosu 14-16 m

arrow Ətraflı
Narla sızanaq izlərinə son like
  • 20 Avq 13:20  
Digərləri Narla sızanaq izlərinə son

Mövsümlə əlaqədar üz maskalarında istifadə etdiyiniz tərkiblərdə dəy

arrow Ətraflı
İranda polis əməkdaşı öldürülüb like
  • 20 Avq 13:11  
Digərləri İranda polis əməkdaşı öldürülüb

İranda polis əməkdaşı öldürülüb.

arrow Ətraflı
Xırdalanda kişidən qadınlara əxlaqsız təklif: “Otеlə gеtməyə görə...” like
  • 20 Avq 13:00  
Kriminal Xırdalanda kişidən qadınlara əxlaqsız təklif: “Otеlə gеtməyə görə...”

Abşeron rayonunda 2005-ci il təvəllüdlü Elmar bacısına qarşı əxlaqsız

arrow Ətraflı