"31 ildən artıqdır mən hələ bu gecə yatdığım kimi yatmamışdım"
Siyasət 21 İyn 2023 10:45:00 355 0
1992-ci il mayın 18-də Laçını erməni işğalı zamanı tərk etmək məcburiyyətində qalan sakinlər 31 il sonra öz doğma yurduna dönüblər. Növbəti 13 ailə 31 illik həsrətlə gözlədiyi səhəri öz doğma evlərində açıb.
31 ildir laçın sakinlərinin gözlədikləri dan yeri yenidən işıqlandı. Hazırda bizdə ötən gün Laçına köç edərək öz mənzillərində gecələyən ailələrin birinin evinə qonaq gəlmişik. Vətən, torpaq, yurd havası bu ailəyə necə təsir edib, onlar hazırda hansı təəsuratları yaşayır, gəlin elə onların özlərinin dilindən eşidək.
Son.az Trend-ə istinadən bildirir ki, Laçın sakini Azad Nəsibovun sözlərinə görə, o, Laçından çıxanda 27 yaşım var idi.
"İndi 58 yaşım var. İyul ayınln 1-də 58 yaşım tamam olur. Həqiqətən çox bəxtəvər kişiyəm ki, o 58 yaşımı ata yurdumda, atamın tikdiyi bu evdə qeyd eliyəcəm. Laçın məni çox gözəl qarşıladı. Mən Laçından utandım, xəcalət çəkdim. hardasa 2 km mən piyada gəldim ki, qonşularımla görüşüm. Yer oldu ki mən ordan keçə bilmədim. çox böyük sevinc hissləri yaşadım. Onunla belə kədərlərdə oldu. Sevindim ona görə ki, 31 ildən sonra ata baba yurduma doğulduğum elimə obama qovuşdum. Kədərləndim ona görə ki, uzun ayrılıqdan sonra bu yerlərə qayıtdım
Kimisi gəncliyini, kimisi də uşaqlıq illərini qoyub çıxmışdı Laçından. İndi doğma yurduna qayıdan hər kəs özünü gənc kimi hiss edirdi", - deyə o, əlavə edib.
A.Nəsibovun sözlərinə görə, bütün gecəni yata bilməyib.
"Səhərə qədər uşaqlıq xatirələrim gözümün qabağında canlandı. Qonşularım bir-bir gözümün qarşısından keçdi. Stık: Həm çox gözəl, sevincli, həm də kədərli. Sevincli ona görə ki, 31 ildən sonra vətənə qovuşduq", - deyə o, əlavə edib.
Müsahiblərimiz isə Laçınla öz doğma evi ilə görüşünü fərqli şəkildə vəsf edir. Deyirlər ki, burda dövlətimiz tərəfinən görülən işlər Laçını daha da gözəlləşdirib.
Laçın sakini Xumar Fərəhova qeyd edir ki, keçirdiyi hislərin ölçüyə gəlməyən hüdudu var. Sözlə ifadə etmək mümkün deyil.
"Sevinc hissi elə bil ki, ürəyimizdə bir dincəlmə oldu. Doğma el-obada buranın havasın udmaq dağlara baxmaq gözəlliklərə baxmaq bizə nəsib oldu çox şükür. Laçın şəhəri sanki sevinc içindəydi. Öz sakinləri qayıtdıqca elə bil daş da sevinir, torpaq da sevinir, çiçək də, gül də, ağaclar da sevinir.
Laçın Sakini Qardaşxan Dostuyev əlavə edib ki, çox pis günlərdə Laçından çıxıblar.
"Şükür Allahın bu gününə indi qayıdıb gəlmişik. 31 ildən artıqdı mən hələ bu gecə yatdığım kimi yatmamışdım. Şəkər xəsdəliyim var. Gecə 3-4 dəfə oyanıram su içməkdən ötəri. Axşamdan yatdım, gecə 1 stəkan su içməmişəm. Elə bil ki, təzədən doğuldum mən. Ona görə ki, öz doğulduğum şəhərimə gəlmişəm".
Qeyd edək ki, yaxın günlərdə Laçın şəhərinə 4-cü qayıdış köç karvanı gələcək. Hazırda isə Laçında məskunlaşan sakinlərin sayı 213 nəfər, ailələrin sayı isə 55-ə çatıb.
Son.az
Avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq təqdim edilib.
İyunun 20-dən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti &q
Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaş
Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən i
Türkiyədə milyonlarla istifadəçisi olan sosial media platforması "Tik
Ermənistan dayanmadan Azərbaycanla vəziyyəti gərginləşdirmək üçün bü
Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb.
2023-ci ilin yanvar-may aylarında Ukrayna vətəndaşları Türkiyədə 770 da�
Şəmkir Rayon Polis Şöbəsinin Təşkilati-İnspektor qrupunun baş inspektor
Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında in
Dəniz mövsümü artıq başlayıb. İnsanlar istirahət üçün paytaxt ərazi
Dünyada neft kəşfiyyatı və hasilatına ən böyük investisiya yatırımı
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə