Paşinyan Qarabağı Zəngəzurla DƏYİŞMƏK İSTƏYİR


Siyasət 21 İyn 2023 09:47:00 374 0

Paşinyan Qarabağı Zəngəzurla DƏYİŞMƏK İSTƏYİR

Ermənistan dayanmadan Azərbaycanla vəziyyəti gərginləşdirmək üçün bütün "imkanlarından" istifadə etmək qərarına gəlib. Aşkar şəkildə görünür ki, rəsmi İrəvan üçüncü tərəfləri bölgədəki proseslərə qoşmaq, Azərbaycan ilə Ermənistan arasındakı yaratdıqları süni gərginliyə müdaxilə etmələri üçün var gücü ilə çalışır.

Ermənistanın Arazdəyəndə inşa etdiyi metallurgiya zavodunda ötən gün ABŞ və Ermənistan bayraqlarının birgə qaldırılması məhz bu məqsədə xidmət edir. Görünür İrəvanda hesab edirlər ki, Kərkinin azad olunması perspektivinin qarşısını ABŞ bayrağı ilə almaq mümkündür. Lakin Ermənistan hərbi-siyasi rəhbərliyi daha düşünmür ki, şantajor addım - ABŞ bayrağından "xoxan" yaratmaq niyyəti Azərbaycanı öz əraziləri üzərində suveren hüquqlarını bərpa etmək kimi beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli, haqlı mövqeyindən çəkindirə bilməz.

Ermənistanla Azərbaycan sərhədində vəziyyətin 44 günlük müharibədən bu yana ən gərgin dönəmdə olduğunu deyə bilərik. Hazırda istənilən an bölgədə eskalasiyanın baş verməsi riski çox yüksəkdir. Nəzərə alsaq ki, iki ölkə arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyənləşməyib, Zəngəzur dəhlizi açılmayıb, hadisələrə real yanaşsaq, demək ki, bunun baş verməməsi üçün də ciddi bir əsaslar mövcud deyil.

Həqiqətdir ki, bu vəziyyət ən çox Ermənistanın hamilərinin işinə yarıya bilər. Rəsmi İrəvan isə bu məsələdə yenə də qurban seçilən tərəfdir. Əslində, Ermənistan hökumətinin hansı məntiqlə sərhəddən təxminən 500 metr məsafədə olan ərazidə böyük metallurgiya zavodu inşa etməyə qərar verməsinə anlam qazandırmağın çətin olduğunu düşünmürəm.

Belə qənaətə gəlmək olar ki, Ermənistan tərəfi Zəngəzur dəhlizindən keçəcək dəmiryolu xəttinin bir hissəsinin məhz düşdüyü Arazdəyəndə belə bir zavodu inşa etməsi Azərbaycanla gərginliyə başqa dövlətləri də qatmaq məqsədi daşıyır. Zavodun tikintisində hindlilərin çalışdırılmasından tutmuş, bu zavodun investorlarının ABŞ-dan olması və həmin ərazidə Amerika bayrağının qaldırılmasına kimi bütün bu detallar ondan xəbər verir.

Təəssüflər olsun ki, bu məsələdə məhz kənar qüvvələr də maraqlıdırlar. Görürük ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindəki detallar razılaşdırma mərhələsinə yaxınlaşdıqca kənar aktorların geosiyasi ambisiyaları da artmaqdadır.

Bunu Azərbaycan-Ermənistan sərhədi boyunca baş verən insidentlərdən də aydın sezmək mümkündür. Bu insidentlərdə İran və Fransa daha çox Ermənistanın hərbiləşdirilməsi prizmasından ön plana çıxırsa, ABŞ və Rusiya arasında hazırda daha çox bölgədə taktiki savaş apararaq mövqe uğrunda üstünlük əldə etməyə çalışırlar. ABŞ Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində metallurgiya zavodu tikir, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizi ilə bağlı açıq qalan məsələlərin razılaşdırıldığını ehtiva edən kompleks sənədin tərtib edildiyini bildirib.

Nəzərə alsaq ki, rəsmi İrəvan son açıqlamalarında açıq şəkildə Overçukun Zəngzəur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında əldə edilən müsbəti irəliləyişləri təkzib etməklə məşğuldur, bu o deməkdir ki, Arazdəyəndə ABŞ bayrağı qaldıran Ermənistan tərəfi bu məsələdə Kremlə növbəti zərbəni endirdi.

Rusiya dəhliz üzrə nəzarət mexanizmi yaratmaqda, nəqliyyat-kommunikasiya yolu boyunca öz qoşun birləşmələrini yerləşdirməkdə maraqlı tərəf kimi görünsə də Ermənistan ABŞ-ın maraqları çərçivəsində hərəkət etməyi daha məqsədəuyğun hesab edir.

Sərhəddə Ermənistan ordusu hazırlıq vəziyyətinə gətirilib, vaxtaşırı təxribatlara əl atır, Xankəndidə Vardanyan Moskvadan aldığı göstərişlə 10 min nəfərlik peşəkar "ordu" yaradır, Rusiya müdafiə nazirliyi separatçıları Çin istehsalı dronlarla təchiz edir, İran separatçıları və Ermənistanı PUA-larla təchiz edir, Azərbaycan isə müharibə ritorikasının əksinə olaraq Qarabağdakı erməni icmasını danışıqlara məcbur etməyə can atır. Qarşı tərəfin daha çox keçmiş ritorikasına qayıtması, bölgədə hər an qığılcım çıxa, münaqişə, hətta müharibə ola biləcək ehtimallarını durmadan artırır.

Lakin Moskvadan İrəvanın bu "qaçışını" qəbul etməyi gözləmək sadəlöhvlükdən başqa bir şey olmaz. Rusiya Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyəti üçün zəminlərin aradan qalxdığını gördükcə və onların mandatının bitməsinə üç ildən daha az bir vaxt qaldığını hiss etdikcə, regional iştirak səviyyəsini fərqli fazaya keçirməyə cəhd edəcək.

Ancaq burada Azərbaycan üçün ən müsbət məqam ondan ibarətdir ki, Rusiya Ukrayna ilə müharibədə çətin günlər yaşadığından qaynaqlanaraq Cənubi Qafqazdakı mövqe savaşını qorumaq üçün daha çox prosesləri Zəngəzur dəhlizi üzərindən planlar qurur. Məhz Zəngəzur dəhlizinə Rusiyanın nəzarət edəcəyi ilə bağlı üçtərəfli bəyanatla razılaşdırılmış müddəalar da imkan verir ki, Moskva güc tətbiqi etmədən Ermənistanı ayağına möhkəm bağlasın. Çünkü Kreml də yaxşı başa düşür ki, Qarabağdan əkini artıq tamamilə üzən Nikol Paşinyan hakimiyyəti, cinahı Zəngəzurla əvəz edir.

Lakin Qarabağ kimi Zəngəzur məsələsində də İrəvanın planlarıının baş tutmayacağını indidən demək olar. İrəvanı indiki halda yalnız Bakı ilə konstruktivlik çərçivəsində müzakirələr xilas edə bilər. Ermənistanla Azərbaycan arasında qeyri-sabit bu vəziyyətin normala dönməsi üçün isə rəsmi İrəvanın boş-boş vədləri kifayət deyil. Gərəkdir ki, Ermənistan siyasi rəhbərliyi, başda Nikol Paşinyan olmaqla rəsmi Bakı ilə sülh dialoqunu məntiqi sonluğa çatdırmaq üçün artıq praktiki addımlar barədə düşünsün.

Çünkü Ermənistan tərəfi konkret addımlar atmayacağı təqdirdə görürük ki, Azərbaycanla Ermənistan razılaşmalara yaxınlaşdıqca sərhəddəki sabitliyin pozulma ehtimalı da artır. Yaxşı olar ki, Nikol Paşinyan ordusunun bu məsələdəki həsasslığını da mütləq şəkildə nəzərə alsın. Çünkü növbəti irimiqyaslı eskalasiya Ermənistanda hərb nöqteyi nəzərdən bütün infrastrukturun tamamilə məhvinə səbəb ola bilər.

Təhməz Əsədov TREND

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb like
  • 21 İyn 09:42  
Digərləri Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb.

arrow Ətraflı
Türkiyədən mənzil alan Ukrayna vətəndaşlarının statistikası açıqlanıb like
  • 21 İyn 09:34  
Digərləri Türkiyədən mənzil alan Ukrayna vətəndaşlarının statistikası açıqlanıb

2023-ci ilin yanvar-may aylarında Ukrayna vətəndaşları Türkiyədə 770 da�

arrow Ətraflı
Bakıda 11 yaşlı uşaq bıçaqlanıb like
  • 21 İyn 09:20  
Digərləri Bakıda 11 yaşlı uşaq bıçaqlanıb

Bakıda 11 yaşlı uşaq bıçaqlanıb.

arrow Ətraflı
Moskvada növbəti PUA hücumu like
  • 21 İyn 09:14  
Dünya Moskvada növbəti PUA hücumu

Moskva vilayətinə dron hücumu olub.

arrow Ətraflı
Vilayət Eyvazov mayoru işdən çıxardı like
  • 21 İyn 09:09  
Digərləri Vilayət Eyvazov mayoru işdən çıxardı

Şəmkir Rayon Polis Şöbəsinin Təşkilati-İnspektor qrupunun baş inspektor

arrow Ətraflı
Kütləvi məzarlıqlar və beynəlxalq təşkilatların kor olan gözü... like
  • 21 İyn 09:05  
Siyasət Kütləvi məzarlıqlar və beynəlxalq təşkilatların kor olan gözü...

Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında in

arrow Ətraflı
Bakının ən məşhur çimərlikləri  Qiymətlər like
  • 21 İyn 08:59  
Digərləri Bakının ən məşhur çimərlikləri Qiymətlər

Dəniz mövsümü artıq başlayıb. İnsanlar istirahət üçün paytaxt ərazi

arrow Ətraflı
Dünyada neftə yatırımlar azalır: nə baş verəcək? like
  • 21 İyn 08:55  
Digərləri Dünyada neftə yatırımlar azalır: nə baş verəcək?

Dünyada neft kəşfiyyatı və hasilatına ən böyük investisiya yatırımı

arrow Ətraflı
İtən sualtı qayıqda kimlər var?  FOTO like
  • 21 İyn 08:51  
Dünya İtən sualtı qayıqda kimlər var? FOTO

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə

arrow Ətraflı
ABŞ Ukrayna məsələsinə bu ölkəni də cəlb edir like
  • 21 İyn 08:47  
Dünya ABŞ Ukrayna məsələsinə bu ölkəni də cəlb edir

Hindistan önümüzdəki illərdə ABŞ üçün kritik strateji tərəfdaş olac

arrow Ətraflı
QORXUNC həqiqət üzə çıxdı  Kainatdakı hər şey... like
  • 21 İyn 08:43  
Digərləri QORXUNC həqiqət üzə çıxdı Kainatdakı hər şey...

Dünya şöhrətli astrofizik Stiven Hokinqin 1974-cü ildə gündəmə gətirdi

arrow Ətraflı
“Sezercik” anasına görə həbs olundu  Ağır cəza like
  • 21 İyn 08:39  
Digərləri “Sezercik” anasına görə həbs olundu Ağır cəza

Türkiyənin məşhur "Sezercik" obrazını canlandıran aktyor Sezer

arrow Ətraflı
Aİ Ukraynaya ŞƏRT QOYDU  Bu halda maliyyə yardımı ediləcək like
  • 21 İyn 08:34  
Dünya Aİ Ukraynaya ŞƏRT QOYDU Bu halda maliyyə yardımı ediləcək

Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının təklifi ilə Ukraynaya 50 milya

arrow Ətraflı
Donetskdə mülki şəxslərdən barmaq izləri götürülür like
  • 21 İyn 08:29  
Dünya Donetskdə mülki şəxslərdən barmaq izləri götürülür

Zaporojye vilayətinin zəbt olunmuş ərazisindəki yaşayış məntəqələrin

arrow Ətraflı
İrandan 20 ölkəyə ittiham  Siyahıda kimlər var? like
  • 21 İyn 08:24  
Dünya İrandan 20 ölkəyə ittiham Siyahıda kimlər var?

İran hərbi kəşfiyyat rəhbəri Məhəmməd Kazemi 20 ölkəni Məhsa Əminin

arrow Ətraflı