Kütləvi məzarlıqlar və beynəlxalq təşkilatların kor olan gözü...
Siyasət 21 İyn 2023 09:05:00 370 0
Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında insan qalıqları aşkar olunub.
Bu xəbəri də oxu: Prezident tapşırıq verdi, dövlət rəsmiləri Qazaxıstana getdi
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, fiziki antropoloq Vüsal Həsənov Trend-ə bildirib ki, məlumat əsasında ərazidə 50 kvadratmetr sahədə dərinləşdirmə işləri aparılıb.
"Mövcud yer səviyyəsindən təxminən 40-50 santımetr dərinlikdə üç fərqli nöqtədə insan qalıqları aşkar olundu. Bir nöqtədə ən azı iki, digər nöqtələrdə də hər birində bir nəfər olmaqla ən azı dörd insan qalığı aşkara çıxardıq. Tam olaraq dəqiq say, insan qalıqlarının sümüklərindəki travma və digər əlamətlər, burada aşkar olunan insanların cinsiyyəti ilə bağlı dəqiq məlumatlar kameral-laborator şəraitdə ekspertlər tərəfindən müəyyən ediləcək.
Hazırkı vəziyyətdən belə qənaətə gəlmək olur ki, burada dəfn əlamətləri yoxdur, insanlar öldürüldükdən sonra yol kənarına atılıb, anatomik ardıcıllıq tamamilə pozulub. İnsan qalıqları tamamilə fərqli hissələrdə yerləşir, natamamdır, bəzi hissələr isə aşkar olunmadı", - deyə o əlavə edib.
Qeyd edək ki, Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Meyitləri tapılan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırılması ehtimal olunur. Məlumat üçün qeyd edək ki, bundan bir neçə gün əvvəl növbəti kütləvi məzarlıq Şuşa türməsinin ərazisində aşkar olunub. İlkin məlumata görə, qalıqların ən azı 4 nəfərə aid olduğu ehtimal edilir. Kütləvi məzarlığın Şuşa həbsxanası ərazisində aşkarlanması onu göstərir ki, qanunsuz olaraq həmin yerdə saxlanmış azərbaycanlılar dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalıb.
Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır.
İşğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqların sayının artması onu deməyə əsas verir ki, ermənilər azərbaycanlılara qarşı yüzlərlə soyqırımı həyata keçiriblər.
Aşkarlanan məzarlıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, öldürülmüş hərbçilərə, mülki şəxslərə aid olduğu qeyd edilir. 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir. Minaların basdırılmasına görə hər yerdə qazıntı işləri aparmaq hələlik mümkün deyil. Lakin minalardan təmizlənmiş ərazilərdə qazıntılar nəticəsində belə məzarlıqlar aşkarlanır.
Kütləvi məzarlıqlar bir daha Azərbaycanın necə azğın düşmənlə üz-üzə qaldığını, Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının necə kobud şəkildə pozulduğunu aydın göstərir. İnsanlıq əleyhinə törədilmiş bu cinayətlər erməni xislətini bir daha ortaya qoyur. Ancaq beynəlxalq təşkilatlar saxta soyqırım iddiası ilə dünyanı yalana inandırmış erməni cinayətlərini hələ də görməzdən gəlir.
Çingiz Qənizadə: "Əsir və itkin düşmüş vətəndaşlarımızın taleyinə beynəlxalq ictimaiyyət hələ də biganədir"
Bu barədə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə "Yeni Müsavat"a bildirdi ki, Ağdamın Sarıcalı kəndi ərazisində tapılan kütləvi məzarlıqlar bir daha erməni faşizminin sübutudur. Ermənilər Azərbaycan ərazilərini işğal etdikləri dövrdə əsir və girov götürdükləri azərbaycanlılara, dinc mülki insanlara qarşı əsl faşist, əsl vandallıq nümayiş etdiriblər. Əsir və girovları işgəncə ilə qətlə yetiriblər, maşınlara bağlayıb parça-parça eləyiblər və kütləvi şəkildə harada gəldi xəndəklər qazıb basdırıblar: "Azərbaycanın işğal edilmiş bütün ərazilərində ermənilər bu cür cinayətləri həyata keçiriblər. Ona görə də hələ bundan sonra da kütləvi məzarlıqların aşkara çıxdığını çox görəcəyik. Əsir və itkin düşmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının üzvü olmuşam. Bu müddətdə də mən tam dəqiqliyi ilə öyrəndim ki, itkin hesab edilən 4 min azərbaycanlının böyük hissəsini ermənilər işgəncə ilə qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar. Kütləvi məzarlıqların yerini isə ermənilər bu günədək açıqlamır. İşğaldan azad etdiyimiz ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlardan başqa, Ermənistan ərazisində də azərbaycanlıların kütləvi məzarlıqları var. Ermənistan beynəlxalq konvensiyaları pozaraq onların yerini açıqlamır. Bir insanın ölümünə görə bəzən dünya dövlətləri, beynəlxalq təşkilatlar hansısa dövlətlərə iradlar bildirirlər, hüquqi addımlar atırlar. Hazırda bizim 3890 nəfər əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşımızın taleyinə beynəlxalq ictimaiyyət təəssüf ki, hələ də biganədir. İkili standartlar mövcuddur. Beynəlxalq konvensiyalar və qanunlar bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatları üçün yalnız özlərinə sərf edəndə işə salınır. Özlərinə sərf etməyən məsələlərdə isə kağız parçası hesab edilir. Digər tərəfdən, ermənilərin, erməni lobbisinin dünyada uzun illərdir apardığı təbliğat, reallıqların təhrifi azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı faktlara dünyanın susqun yanaşmasında rol oynayır. Daha bir səbəb isə xristian təəssübkeşliyi amilidir. Xristian erməniləri müsəlman türklərin kütləvi qətlində ittiham edib cəzalandırmaq istəmirlər. Hesab edirlər ki, bununla Türkiyənin, Azərbaycanın əlini gücləndirmiş olarlar. Bunu isə istəmirlər. Ona görə də həqiqətlərə göz yummaq yolunu tuturlar. Necə ki, 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalda saxlanmasına, talan edilməsinə göz yumurdular, Ermənistana buna görə heç bir təzyiq etmirdilər, indi də kütləvi məzarlıqlar məsələsinə - Ermənistanın aşkara çıxan bu cinayətlərinə göz yumurlar, reaksiya vermirlər".
Ekspert qeyd etdi ki, Azərbaycan dövləti kütləvi məzarlıqlar məsələsi ilə bağlı hüquqi addımlar atır, təbliğat aparır, məsələni dünya birliyinin gündəminə çıxarmaq istiqamətində işlər görür: "Ancaq çox təəssüf ki, Ermənistana bu məsələdə dünya birliyi tərəfindən gərəkən tələb və təzyiqlər edilmir. Buna baxmayaraq, ruhdan düşmək lazım deyil. Artıq zaman bizim xeyrimizə işləyir, erməni yalanlarına artıq dünya ictimaiyyəti inanmamağa başlayıb, haqq-ədalət gec-tez qalib gəlir və gələcək. Azərbaycan özünün beynəlxalq hüquqa söykənən tələblərinin yerinə yetirilməsi istiqamətində atdığı addımlarda istədiyi nəticəni əldə edəcək".
Dəniz mövsümü artıq başlayıb. İnsanlar istirahət üçün paytaxt ərazi
Dünyada neft kəşfiyyatı və hasilatına ən böyük investisiya yatırımı
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə
Hindistan önümüzdəki illərdə ABŞ üçün kritik strateji tərəfdaş olac
Dünya şöhrətli astrofizik Stiven Hokinqin 1974-cü ildə gündəmə gətirdi
Türkiyənin məşhur "Sezercik" obrazını canlandıran aktyor Sezer
Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının təklifi ilə Ukraynaya 50 milya
Zaporojye vilayətinin zəbt olunmuş ərazisindəki yaşayış məntəqələrin
İran hərbi kəşfiyyat rəhbəri Məhəmməd Kazemi 20 ölkəni Məhsa Əminin
Portuqaliya Ukrayna üçün yeni hərbi yardım paketi elan edib.
Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz fal�
Slovakiya Milli Şurası (parlament) Ukraynada 1932-1933-cü illərdə baş verm
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşl
Bakının Nizami rayonunda 1990-cı il təvəllüdlü İsgəndər on altı yaş�
ABŞ prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı "qəribə şək