İrandan 20 ölkəyə ittiham Siyahıda kimlər var?
Dünya 21 İyn 2023 08:24:00 318 0
İran hərbi kəşfiyyat rəhbəri Məhəmməd Kazemi 20 ölkəni Məhsa Əmininin ölümü ilə bağlı ölkəsində kütləvi etirazları qızışdırmaqda ittiham edib.
Bu xəbəri də oxu: Son 10 ildə dünyada baş vermiş ən böyük aviaqəzalar STATİSTİKA
Son.az bildirir ki, bu sırada İranın əlaqələri normallaşdırmağa çalışdığı ölkələr də yer alıb.
"İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətlərinin apardığı araşdırmalar göstərir ki, iğtişaşlarda 20-yə yaxın ölkə iştirak edib", - Kazemi deyib.
Kəşfiyyat rəhbəri bu sırada ABŞ, Böyük Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Albaniya, Avstraliya, İslandiya, İtaliya, Kosovo, Norveç, Bəhreyn, Yeni Zelandiya və İsrailin adını çəkib. Kəşfiyyat rəhbəri 18 ölkənin adını hallandırsa da, digər iki ölkənin isimlərini dilə gətirməyib.
Onun sözlərinə görə, İranın bu yaxınlarda diplomatik əlaqələri bərpa etdiyi Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ də anti-İran kampaniyasında iştirak edir.
Kazemi həmçinin iddia edib ki, İsrail və BƏƏ-nin kəşfiyyat qurumları İrandakı etirazlara necə dəstək veriləcəyini müzakirə etmək üçün bir ərəb ölkəsində vaxtaşırı görüşüblər. Bundan əlavə, o, Səudiyyə Ərəbistanı və Bəhreyni "düşmən ölkələr" adlandırıb.
Eyni zamanda, Kazemi kəşfiyyat orqanlarının iğtişaşlarla bağlı məlumat və dəlillər toplamaq üçün Avropa, eləcə də qeyri-Avropa vətəndaşlarını, o cümlədən əfqan, pakistanlı və iraqlıları işə cəlb etdiyini iddia edərək, bununla bağlı qonşu ölkələrdən birinin və avropalıların 40 vətəndaşının həbs edildiyini bildirib. /teleqraf.com
Portuqaliya Ukrayna üçün yeni hərbi yardım paketi elan edib.
Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz fal�
Slovakiya Milli Şurası (parlament) Ukraynada 1932-1933-cü illərdə baş verm
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşl
Bakının Nizami rayonunda 1990-cı il təvəllüdlü İsgəndər on altı yaş�
ABŞ prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı "qəribə şək
Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, ölkən
İyunun 20-nə keçən gecə Sabirabad şəhərində 17 yaşlı qızın həşər
Kipr Ukraynaya silah vermək fikrində deyil, çünki əks halda o, müdafiəsiz
ABŞ prezidenti Co Bayden Moskva rəhbərliyinin Belarusda yerləşdirdiyi nüv�
Ukraynanın cənubunda bir neçə istiqamətdə müəyyən irəliləyiş var, la
Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübari
Terapevt Aleksey Jito hipotenziyası olan insanlar üçün əsas qidalanma qayda