Müharibə daha DƏHŞƏTLİ hal alır "Bu ölkələr savaşa daxil olur"


Dünya 21 İyn 2023 07:40:00 245 0

Müharibə daha DƏHŞƏTLİ hal alır  "Bu ölkələr savaşa daxil olur"

Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, ölkənin şərqindən qərbinə qədər bir çox şəhərə hava hücumları təşkil edib. Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada Rusiya tərəfindən atılan İran istehsalı olan 30 "Shahed" pilotsuz təyyarəsindən 28-nin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu qeyd edilib.

Son.az musavat.com-a istinadən bildirir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun itirilmiş torpaqları geri almaq üçün başlatdığı əks-hücumlarla bağlı açıqlama verib.

Şoyqu hücumların Donetsk və Zaporojye bölgələrində mərkəzləşdiyini bildirib:

"Kiyev rejimi bu hücumlarda NATO mütəxəssisləri tərəfindən yetişdirilmiş kadrlardan və qərblilərin göndərdiyi silahlardan istifadə edir. Ukrayna 4 iyundan bəri Rusiya əsgərlərinin mövqelərinə 263 hücum həyata keçirib. Qoşunlarımızın fədakarlığı nəticəsində bütün hücumlar dəf edildi və düşmən öz məqsədinə nail ola bilmədi".

Nazir Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat da verib:

"Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiyanın hava fəaliyyətlərinin intensivliyi iki dəfə artıb. Bu günə qədər AN-124 və İL-76 təyyarələri 10 mindən çox uçuş edib, 300 min personal, 2 min 300 texnika və 160 mindən çox hərbi yük daşınıb".

Sergey Şoyqu Ukraynanın hücum planı ilə bağlı kəşfiyyat məlumatı aldıqlarını ifadə edib:

"Bizim kəşfiyyat məlumatlarımıza görə, Kiyev rejimi Krım da daxil olmaqla Rusiya Federasiyası ərazisinə HIMARS və "Storm Shadow" raketləri ilə hücum etməyi planlaşdırır".

HIMARS raketlərinin ABŞ-ın Ukraynaya, "Storm Shadows" raketlərinin isə Böyük Britaniya tərəfindən Ukraynaya verildiyini xatırladan Şoyqu qeyd edib ki, "bu raketlərin xüsusi hərbi əməliyyatlar zonasından kənarda istifadəsi Böyük Britaniya və ABŞ-ın münaqişədə birbaşa iştirakı demək olacaq və belə olan halda Ukrayna torpaqlarında qərar qəbuletmə mərkəzlərinə təcili hücum ediləcək".

Qeyd edək ki, Britaniya ötən ay Rusiyanın hücumlarından müdafiə üçün Ukraynaya 250 kilometr mənzilli "Storm Shadow" raketləri tədarük etdiyini açıqlamışdı. Britaniyanın müdafiə naziri Ben Uolles raketlərin sadəcə Ukrayna torpaqlarında istifadə olunacağını bəyan etmişdi.

Boşanan 17 yaşlı qız görün nəyə görə intihar edib  ŞOK TƏFƏRRÜAT like
  • 21 İyn 07:34  
Digərləri Boşanan 17 yaşlı qız görün nəyə görə intihar edib ŞOK TƏFƏRRÜAT

İyunun 20-nə keçən gecə Sabirabad şəhərində 17 yaşlı qızın həşər

arrow Ətraflı
"Ukraynaya silah versək, özümüz silahsız qalarıq" like
  • 21 İyn 07:27  
Dünya "Ukraynaya silah versək, özümüz silahsız qalarıq"

Kipr Ukraynaya silah vermək fikrində deyil, çünki əks halda o, müdafiəsiz

arrow Ətraflı
ŞOK XƏBƏRDARLIQ! Dünya nüvə müharibəsinin bir addımlığında like
  • 21 İyn 07:20  
Dünya ŞOK XƏBƏRDARLIQ! Dünya nüvə müharibəsinin bir addımlığında

ABŞ prezidenti Co Bayden Moskva rəhbərliyinin Belarusda yerləşdirdiyi nüv�

arrow Ətraflı
"Ukraynanın cənubunda irəliləyiş var" like
  • 21 İyn 07:14  
Dünya "Ukraynanın cənubunda irəliləyiş var"

Ukraynanın cənubunda bir neçə istiqamətdə müəyyən irəliləyiş var, la

arrow Ətraflı
Böyük Britaniya ilə Azərbaycan təhlükəsizlik məsələlərini müzakirə edirlər like
  • 21 İyn 07:00  
Siyasət Böyük Britaniya ilə Azərbaycan təhlükəsizlik məsələlərini müzakirə edirlər

Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübari

arrow Ətraflı
Təzyiqi aşağı olan insanlar necə qidalanmalıdır?  HƏKİM AÇIQLADI like
  • 21 İyn 06:06  
Digərləri Təzyiqi aşağı olan insanlar necə qidalanmalıdır? HƏKİM AÇIQLADI

Terapevt Aleksey Jito hipotenziyası olan insanlar üçün əsas qidalanma qayda

arrow Ətraflı
Ev almaq istəyənlərin nəzərinə  Ucuzlaşma olacaq... like
  • 21 İyn 03:03  
Digərləri Ev almaq istəyənlərin nəzərinə Ucuzlaşma olacaq...

Hazırda mənzillərin qiyməti bahalaşmaqda davam edir.

arrow Ətraflı
Rusiya Ukraynaya görə "Telegram"ı cərimələdi like
  • 21 İyn 00:36  
Dünya Rusiya Ukraynaya görə "Telegram"ı cərimələdi

Rusiyada məhkəmə bu ölkənin silahlı qüvvələrinin Ukraynanın döyüş b

arrow Ətraflı
2100cü ildə evdən işləyəcək insanların GÖRÜNÜŞÜ like
  • 21 İyn 00:18  
Digərləri 2100cü ildə evdən işləyəcək insanların GÖRÜNÜŞÜ

COVID-19 pandemiyasından bəri bir çox insan uzaqdan işləməyə keçib. Bunu

arrow Ətraflı
Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin like
  • 21 İyn 00:01  
Digərləri Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Xanımının ad gününü belə təbrik etdi like
  • 20 İyn 23:56  
Şou-biznes Xanımının ad gününü belə təbrik etdi

Xalq artisti Natiq Şirinovun özü kimi nağara ifaçısı olan oğlu Ümid Nat

arrow Ətraflı