Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin


Digərləri 21 İyn 2023 00:01:00 346 0

Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısı nisbətən uğurlu və əlverişli olacaq. Başladığınız işləri bitirin. Danışıqlar müsbət nəticə verəcək. Alış-veriş və sövdələşmələr, anlaşmalar üçün münasib zamandır.

Lakin saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Əhvalınız pisləşməsin. Qıcıqlı və hirsli olmayın, səbrsizlik etməyin. Kəmhövsələlik edərək təxribatlara uymayın. Ən adi zarafatdan inciməyin. Münaqişə və mübahisələr riski böyükdür.

Buğa - müsbət dəyişikliklər vəd edən əlverişli gündür. Bir zamanlar yardım etdiyiniz insanları indi işlərinizə cəlb etsəniz, əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz.

Yeni münasibətlər xoş hisslər bəxş edəcək.

Emosional fon pis deyil. Əhvalınız yaxşı olacaq. Yaranan suallara cavabları sürətlə tapın. Yaşam təcrübəniz və intuisiya sizə yardımçı olacaq. Maliyyə məsələlərinin həlli, anlaşmalar və sövdələşmələr, ev üçün zəruri nəsnələrin alınması üçün münasib zamandır.

Əkizlər - tələskənliyə yol verməyin. Mənfi təmayüllərin təsiri artır. Bu səbəbdən də planlaşdırılan işləri vaxtında başa vurmaq, işlə bağlı danışıq və müzakirələrdə arzuolunan nəticəyə çatmaq çətindir. Maliyyə çətinlikləri istisna deyil. Ödəniş və gəlirlərdə gecikmələr ola bilər.

Günün ikinci yarısında uğurlar, şəxsi münasibətlərdə dəyişikliklər olacaq. Səfər pis olmayacaq. Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq.

Səhhətinizdə problemlər yaranmayacaq.

Xərçəng - təbəddülatlı, qarışıq gündür. Çətinliklər olacaq, amma onların öhdəsindən gələcəksiniz. Qətiyyətli olun, iradəli davranın. Zəiflik və nöqsanlarınızın əsiri olmayaraq səylə çalışın, qüvvənizi əsirgəməyin. Gözlənilməz işgüzar təkliflər ala bilərsiniz. Yeni tərəfdaşlarla əməkdaşlıq asan olmasa da, yaxşı nəticələr verəcək.

Şəxsi həyatınızdakı dəyişikliklər yalnız sizin təşəbbüsünüzdən sonra yaşana bilər. Fəaliyyətə başlamazdan əvvəl nə istədiyinizi müəyyənləşdirin. Hədəf və məqsədlərin dəqiqləşdirilməsi sizi izafi əməkdən, çətinliklərdən xilas edər.

Şir - uğursuz gündür. Heç nə istədiyiniz kimi alınmır. Əsla gözləmədiyiniz yerdə və zamanda belə, problemlər yaranır. İşdə həmkarlar və rəhbərliklə mübahisələr istisna deyil. Ən əlverişsiz vaxtda problemlər, münaqişəli situasiyalar yaranır. Mühüm və aktual saydığınız işlə məşğul ola bilmirsiniz.

Yaxınlarınızla dil tapmaq da asan deyil. Onlar nöqsan və zəifliklərinizlə barışmaq istəmirlər. Bu adamların tənqidlərinin yalnız bir qismi konstruktivdir. Nəzərdə tutulmamış xərclər ola bilər. Alış-verişdə bədxərclik etməyin.

Qız - planlar böyük, genişmiqyaslıdır. Lakin onların hamısını nəzərdə tutulan formada və intensivlikdə həyata keçirmək mümkün deyil. Etibar etdiyiniz isanların məsləhətlərinə, təcrübəli dostların dediklərinə qulaq asın. Başqalarının yaşam təcrübəsindən bəhrələnməkdən vaz keçməyin. Böyük məbləğdə xərc və ya sərmayə tələb edən işləri təxirə salın.

Yalan danışmayın, sizə inanan insanları aldatmayın. Həqiqət az sonra faş olacaq və özünüzü çox naqolay hiss edəcəksiniz.

Sizə də yalan danışılanda bunu hiss edin. Bədxahlar və ya rəqiblərin toruna düşməyin.

Tərəzi - səhər saatlarında ehtiyatlı olun. Müşkül, xoşagəlməz situasiyaya düşə bilərsiniz. Yaxşı tanımadığınız insanlara sirlərinizi etibar etməyin. Situasiyanı anlamağa çalışanda bütün nüansları nəzərə alın. Ünsiyyət çevrənizi bir qədər məhdudlaşdırın.

Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. Xoş sürprizlər, hədiyyələr istisna deyil. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.  

Əqrəb - maliyyə çətinlikləri istisna deyil. İşdə mürəkkəb situasiya yaransa da, nüfuzlu insanlar sizin tərəfinizi tutacaq, ən çətin məsələlərin öhdəsindən gəlməyinizə yardım edəcəklər. İşgüzar səfərlər uğursuz alına bilər. Onları təxirə salmaq çətindirsə, yanınızda etibar etdiyiniz insanı, müttəfiqi aparın.

Şəxsi münasibətlərdə hər şey yaxşıdır. Yaxınlarınızla dil tapın. Yeni tanışlarınızda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Təmir, interyerin yenilənməsi, köç və ya köçə hazırlıq üçün əlverişli zamandır.

Oxatan - heç bir ciddi səbəb olmadan sinirlənməyin, təlaşa qapılmayın. İlk baxışdan işlər normaldır. Çalışın, bütün diqqəti həll olunması gərəkən problemlərə yönəldin. Hiss və həyəcanlar arxa plana keçməlidir.

Əndişə yersizdir. Kiçik problemlər və cüzi çətinliklərin öhdəsindən gələ biləcəksiniz.

Dostlarla müttəfiqlər sizə yardım edəcəklər. Axşam saatları gözlənilməz görüş və yeni tanışlıqlar zamanıdır. Ünsiyyətdə olduğunuz insanlar sizdə xoş hisslər yaratsa da, onlara inanmağa tələsməyin. Yeni tanışların hamısı etimada layiq insanlar deyil.

Oğlaq - ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin. Adi günlərdən fərqli olaraq daha intensiv çalışın. İstirahət və əyləncəni təxirə salın. Ön planda iş olmalı, məqsəd və hədəflərə çatmalısınız. Ehtiyatlı, sərvaxt olun, yolunuzdan sapmayın.

Ciddi romantik münasibətlərə başlamaq üçün münasib zaman deyil. Axşam saatlarını bələd olduğunuz insanlarla keçirin.

Dolça - məhsuldar və maraqlı gündür. Vaxtınızı boş işlərə səf etməyin. Hər dəqiqədən maksimal dərəcədə effektiv istifadə etməyə çalışın. Belədə rəqiblərlə müqayisədə daha yaxşı nəticələrə nail ola bilərsiniz. Uğurlarınıza paxıllıq edən olacaq. Amma rəqiblər və bədxahlar sizə mane ola bilməyəcəklər.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Münaqişələr olmayacaq. Çoxdan bəri həllini gözləyən problemləri çözə bilərsiniz. Yeni tanışlıqlar və romantik münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insanla həssas, qayğıkeş olun.

Balıqlar - yaxın ətrafınızdakı insanlar sizə can atır. Köhnə dostlar özlərini xatırladacaqlar. Sınanmış işgüzar tərəfdaşlardan birinin təkliflərini müzakirə etmək mümkündür. İşlərinizdə süstlüyə və tənbəlliyə yol verməyin.

Günlə bağlı planlarınız olsa da, çoxsaylı görüşlər və danışıqlar onları poza bilər. Ona görə də nə qədər çətin olsa da, "yox" deməyi bacarın.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Lakin qida rasionunuza fikir verin. Kulinar eksperimentlər aparmayın, adi təamlarla kifayətlənin. Axşam saatlarındakı gəzinti yuxusuzluqdan qurtulmağa yardım edər.

Son.az

Xanımının ad gününü belə təbrik etdi like
  • 20 İyn 23:56  
Şou-biznes Xanımının ad gününü belə təbrik etdi

Xalq artisti Natiq Şirinovun özü kimi nağara ifaçısı olan oğlu Ümid Nat

arrow Ətraflı
Boşanma xəbərlərindən sonra səssizliyini pozdu like
  • 20 İyn 23:50  
Şou-biznes Boşanma xəbərlərindən sonra səssizliyini pozdu

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur cütlük aktrisa Ceyda Düvenci v�

arrow Ətraflı
BakıNaxçıvan təyyarəsi geri qayıtdı like
  • 20 İyn 23:46  
Digərləri BakıNaxçıvan təyyarəsi geri qayıtdı

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-265 nömrəli Bakı-Na

arrow Ətraflı
Mübariz Mənsimov atasının dəfnində iştirak etməyəcək? like
  • 20 İyn 23:30  
Digərləri Mübariz Mənsimov atasının dəfnində iştirak etməyəcək?

"Palmali Holdinq"in prezidenti Mübariz Mənsimov mərhum atasının s

arrow Ətraflı
Gənc intihar etmək istəyirdi  Məşhur aktyor onu fikrindən daşındırdı  FOTO like
  • 20 İyn 23:18  
Digərləri Gənc intihar etmək istəyirdi Məşhur aktyor onu fikrindən daşındırdı FOTO

"Yeşilçam" aktyoru Nuri Alço bu gün bir gəncin həyatını xilas

arrow Ətraflı
Bəhram Bağırzadədən toydakı hərəkəti ilə bağlı suala REAKSİYA  VİDEO like
  • 20 İyn 23:06  
Şou-biznes Bəhram Bağırzadədən toydakı hərəkəti ilə bağlı suala REAKSİYA VİDEO

Əməkdar artist Bəhram Bağırzadə iştirak etdiyi toy məclislərinin birind

arrow Ətraflı
Aleyna Tilkinin erotik FOTOları müzakirələrə səbəb oldu like
  • 20 İyn 23:00  
Şou-biznes Aleyna Tilkinin erotik FOTOları müzakirələrə səbəb oldu

Türkiyənin gənc ulduzlarından olan Aleyna Tilkinin son fotosessiyası müzak

arrow Ətraflı
Qızını 37 manata görə döydü, hamilə arvadını öldürdü  Cəzası like
  • 20 İyn 22:48  
Kriminal Qızını 37 manata görə döydü, hamilə arvadını öldürdü Cəzası

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öld�

arrow Ətraflı
Şərurra dolu düşdü, Bakıda külək gücləndi  FAKTİKİ HAVA like
  • 20 İyn 22:28  
Digərləri Şərurra dolu düşdü, Bakıda külək gücləndi FAKTİKİ HAVA

İyunun 20-i axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy

arrow Ətraflı
Tunar evliliyinin 5 illiyini keçirdi like
  • 20 İyn 22:24  
Şou-biznes Tunar evliliyinin 5 illiyini keçirdi

Müğənni Tunar Rəhman evliliyinin 5-ci ilini qeyd edir.

arrow Ətraflı