Qadın gələcək əri ilə öz toyunda tanış oldu
Digərləri 20 İyn 2023 22:36:00 325 0
Bu xəbəri də oxu: Sabah sükut olacaq
Böyük Britaniyanın Telford şəhərinin sakini gələcək əri ilə öz toyunda tanış olub və daha sonra onun böyrək donorluğu edib.
Son.az lent.az-a istinadən bildirir ki, 2011-ci ilin iyununda 46 yaşlı Kerri Svinton evlənib. 110 qonağın dəvət olunduğu şənlik zamanı o, o vaxtkı ərinin dostu, hazırda 52 yaşlı Mark Teylorla tanış olub. Taylor hətta toy fotolarına da düşüb.
Bir müddət sonra britaniyalı qadının evliliyi pozulub və 2015-ci ilin yanvarında boşanmaq üçün ərizə verib. Dörd il sonra Kerri piano daşımaq üçün avtomobili olan sürücü axtarıb və təsadüfən sosial şəbəkələrdə Teylorun bu sahə ilə bağlı biznesinə rast gəlib. Onlar ünsiyyət qurmağa başlayıblar.
Onlar görüşdükdən bir həftə sonra Mark Kerriyə bir buket gül gətirib və onu görüşə dəvət edib. Tezliklə onlar cütlük olublar və 2020-ci ilin noyabrında bir araya gəliblər.
2021-ci ilin dekabrında Teylora polikistik böyrək xəstəliyi adlı genetik xəstəlik səbəbindən böyrək çatışmazlığı diaqnozu qoyulub. Kişinin sevgilisi onun donor orqan transplantasiyası üçün ideal olduğunu öyrənib. Əməliyyat uğurla başa çatıb. Hər iki xəstə evdə sağalıb və altı aydan sonra işə qayıdıb.
Cütlük indi nişanlıdır və 2024-cü ildə evlənməyi planlaşdırır.
İyunun 20-i axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy
Müğənni Tunar Rəhman evliliyinin 5-ci ilini qeyd edir.
Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup �
Avroviziya təmsilçimiz Safura Əlizadənin həyat yoldaşı Fərhad Əliyevin
Son zamanlarda ürək-damar xəstəlikləri və bu səbəbdən ölüm halları a
İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin
Daşkəsən rayonunda yaylaq ərazisinə ildırım düşüb.
Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadl
Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanun