İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri...
Dünya 19 İyn 2023 20:19:00 336 0
İran mülki şirkətlərinin Ukraynada və digər ölkələrdə istifadə edilən kamikadze dronlarının hazırlanmasında iştirakı mümkündür.
Bu xəbəri də oxu: Miqrasiya 2024: sərtlik və inteqrasiya arasında
APA xəbər verir ki, bu barədə İsrailin "ALMA" araşdırma və təhsil mərkəzinin məlumatında bildirilib.
Qeyd olunub ki, İran dronları hazırda Ukrayna və Afrika ilə yanaşı, Mərkəzi Amerikada (Venesuela) da istifadə edilir ki, bu da onlara ABŞ ərazisində əməliyyat imkanları yaradır.
Vurğulanıb ki, İranın mülki şirkətlərinin "Şahed 136" dronunun hissələrinin istehsal edilməsində və inkişaf etdirilməsində iştirakı mümkündür. Belə ki, bu şirkətlərdən biri "Chekad Sanat Faraz Asia" kimi də tanınan "Shakad Sanat Asmari" şirkətidir. 2013-cü ildə qeydiyyatdan keçmiş şirkətin SEPAH tərəfindən idarə edildiyi, müxtəlif aviasiya komponentləri istehsalı üzrə ixtisaslaşdığı bildirilib.
Məlumata görə, şirkətin əsas müştərisi İranın aviasiya sənayesidir. Əlavə olunub ki, şirkət həm İranda, həm də ölkə xaricində əcnəbilər vasitəsilə tikinti, xidmət, kommersiya və s. sahələrdə də fəaliyyət göstərir. Şirkətin hazırkı CEO-sunun Hadi Zahoriyan, onun müavininin isə Mohammad Şahab Xaniyan olduğu bildirilib. Əvvəlki CEO isə Ehsan Rahat Varnosfadrani olub və o, hazırda şirkətin baş elmi işçisidir.
Varnosfadraninin 2022-ci ildə dərc edilmiş məqaləsi pilota yüngül aviasiya vasitəsini idarə etməyə yardım edən sistemlə bağlıdır.
Kamikadze dronlarının hazırlanmasında iştirakı mümkün olan daha bir İran şirkəti isə "Daria Fanawar Burhan Sharif" şirkətidir. Qeyd olunub ki, şirkətin CEO-su Ehsan İmaninecaddır. Məlumata görə, SEPAH ilə əlaqələri olan şirkət elektron sxemlərin, optik sistemlərin, kommunikasiya sistemlərinin hazırlanması sahəsində ixtisaslaşıb. 2016-cı ildə Tehranda təsis edilmiş şirkətin direktorlarından birinin Saba Hassanpur olduğu, daha iki idarə heyəti üzvlərinin isə Mohammad Hossein Suleiman Biki və Seyyed Mahdi Alua olduğu müəyyən edilib. "ALMNA"nın məlumatında sözügedən şirkətlərə sanksiya tətbiq edilib-edilməməsi ilə bağlı məlumat olmadığı qeyd olunub. Vurğulanıb ki, sözügedən şirkətlərlə bağlı məlumatların toplanması zamanı onların tez-tez öz adlarını dəyişdirdikləri müəyyən edilib.
"Bu, SEPAH ilə əlaqəli digər şirkətlərin praktikasıdır", - məlumatda bildirilib.
Ayaq ucu ilə yerimək sağlamlığa müsbət təsir edir, qan dövranını yax�
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova ağır itk
Paytaxtda qeyi-yaşayış obyektlərinin qiymətləri qalxacaq.
Kanada İran rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.
Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır.
"Sərxan adını mən dəbə gətirmişəm. Bu adı çox nadir hallarda uş
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
Xızıda köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib.
Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın iştirakı ilə 44 günl�