Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya 19 İyn 2023 19:36:00 384 0
Kanada İran rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.
Bu xəbəri də oxu: Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli açıqlayıb.
Nazir Kanadanın Xüsusi İqtisadi Tədbirlər Qaydalarına əsasən, İrana əlavə sanksiyalar tətbiq etdiyini deyib.
Onun sözlərinə görə, İran İnqilab Məhkəmələrinin hakimləri insan haqlarının pozulmasına görə sanksiyalara məruz qoyulub.
Ədalət sistemində, xüsusən də İran İnqilab Məhkəmələrində insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında rol oynadıqlarına görə, İran İslam Respublikasının 7 hakiminə sanksiya tətbiq edilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Kəşfiyyat Nazirliyi ilə sıx bağlı qurum olan İnqilab Məhkəmələrinin saxta məhkəmələrdən sonra, işgəncə altında toplanmış sübutlara əsaslanaraq ölüm hökmləri və ağır həbs cəzaları verməklə məşhur olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, bu, Kanadanın 2022-ci ilin oktyabr ayından İran rejiminə qarşı tətbiq etdiyi 12-ci sanksiya paketidir. Sanksiyalar Kanadanın Avropa İttifaqı, Böyük Britaniya və ABŞ tərəfindən elan edilmiş təyinatlara uyğunlaşma səylərinə əsaslanır.
Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır.
"Sərxan adını mən dəbə gətirmişəm. Bu adı çox nadir hallarda uş
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
Xızıda köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib.
Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın iştirakı ilə 44 günl�
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Ötən gün Milli Məclisdə qadınlarla kişilər arasında pensiya məbləğin
Ötən gün bir evdən 4 nəfərin meyitinin tapılması barədə məlumat vermi