“Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa” VİDEO


Şou-biznes 19 İyn 2023 18:46:00 365 0

“Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa”  VİDEO

"Sərxan adını mən dəbə gətirmişəm. Bu adı çox nadir hallarda uşaqlara verirdilər. 1985-1988-ci illərdə doğulan uşaqlara daha çox Sərxan adını verməyə başladılar".

Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan qonaq olduğu "Şənbə axşamı" verilişində deyib.

70 yaşlı sənətkar Bakı şəhərindəki bəzi dəyişikliklərdən gileylənib:

"Bakı dəyişir, gözəlləşir. Amma bu dəyişimin mənfi tərəfləri də var. O tərəfləri isə mən içəridən görürəm. Onlar da zamanla düzələr. 1990-ci illər çətin illər idi. Şəhərin zirzəmilərini açdılar, yollar dar oldu. İndi isə yolla gedirsən görürsən ki, dardır. Niyə görə? Çünki əvvəllər zirzəmilərə giriş həyət tərəfdən idi. İndi isə girişi küçə tərəfdən ediblər. Adını da qoyublar obyekt. Bu obyektlərə görə isə məcbursan avtomobillərin yoluna çıxmağa. Avtomobil də səni vura bilər. Piyadalar üçün şərait yaradılsa, yaxşı olar. Mənfi tərəflər budur. Əsas məsələ isə qanundur. Qanunlara hamımız gərək tabe olaq. Qanun məni də, səni də qoruyur".

Sərxan doğulub, boya-başa çatdığı "İçərişəhər" metro stansiyası ərazisində yeni mənzil aldığını da açıqlayıb:

"Bakıda üç ən sevdiyim yerlərdən biri doğulduğum "İçərişəhər" metrosunun ətrafıdır. 34 nömrəli məktəbdə təhsil almışam. İki tin yuxarıda yaşayıram. İstiqlaliyyət küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəsişdiyi yerdə ev almışam. Hiss edirəm ki, doğma yerdəyəm. Məhləyə çıxıram hamını görürəm. Oradan ləzzət alıram. Bizim gözəl bulvarı, parkları və Xəzər dənizini, həmçinin Bakı ətrafını, Mərdəkan, Bigəh və Nardaranı çox sevirəm".

Xalq artisti gənclik illərində həm aşpaz, həm də dənizçi olmaq istədiyini bildirib:

"Gənclik illərində aşpaz olmaz istəyirdim. Çünki, ailədə dörd uşaq idik. Yeməkləri hər zaman nənəm bişirirdi. Mən isə yaxşı yeyən insan idim. Gəlirdim qazanın qapağını açmağa, nənəm deyirdi ki, ona əl vurma, atan üçün bişirmişəm. Digər yeməyi yemək istəyəndə deyirdi ki, bu soğansız yeməkdir, bacın üçün hazırlamışam. O, soğan xoşlamır. Ona da əl vurma. Digər yeməyə yaxınlaşanda deyirdi ki, bunu da qardaşın üçün bişirmişəm. Onun qaraciyəri xəstədir, bu yemək onun üçündür. Sual verirdim ki, mənə nə bişirmisən? Cavab verir ki, get sonra gələrsən. Beləcə qalırdım ac.

Atam nənəmə zarafatca deyirdi ki, o qədər uşağı ac saxladın ki, qaçdı getdi Moskvaya. Sonra dənizçi olmaq istədim. Bakıda da dənizçi məktəbi var. İstəyirdim ölkələri dəniz gəmisi ilə səyahət edim. Arzum yerinə yetdi, İttifaq dağılandan sonra məni beynəlxalq kruizlərə dəvət edirdilər.

Aralıq dənizi, okeanlar və sairə. Orada qoyulan şərt isə kruiz müddətində bir solo konsert vermək lazım idi. 26 gün isə birinci siniflə gəzintiyə çıxırdın. Əlavə isə ailə üzvlərindən kimi istəyirsən götürə bilirdin. Mən özümlə çox sevdiyim qızımı götürürdüm. Hər yerdə olmuşam, Braziliya, Argentina, Avropa və Afrika ölkələrini gəmi ilə səyahət emişəm. Beləcə arzularım çin olub".

Xızıda sel basan ərazidə 22 nəfər təxliyə edilib  VİDEO  FOTO like
  • 19 İyn 18:22  
Digərləri Xızıda sel basan ərazidə 22 nəfər təxliyə edilib VİDEO FOTO

Xızıda köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib.

arrow Ətraflı
Müxalifət Paşinyandan "qaçdı" like
  • 19 İyn 18:00  
Digərləri Müxalifət Paşinyandan "qaçdı"

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın iştirakı ilə 44 günl�

arrow Ətraflı
Mərdəkanda 1 nəfər dənizdə batdı like
  • 19 İyn 17:56  
Digərləri Mərdəkanda 1 nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Qadınların pensiya məbləği artırıla bilər  Azərbaycan like
  • 19 İyn 17:22  
Digərləri Qadınların pensiya məbləği artırıla bilər Azərbaycan

Ötən gün Milli Məclisdə qadınlarla kişilər arasında pensiya məbləğin

arrow Ətraflı
Ana və qızlarının meyitlərini parçalayan qatil qəssablardan like
  • 19 İyn 17:10  
Digərləri Ana və qızlarının meyitlərini parçalayan qatil qəssablardan

Ötən gün bir evdən 4 nəfərin meyitinin tapılması barədə məlumat vermi

arrow Ətraflı
Bu şəxslərə 500 manat veriləcəyi ilə bağlı mesajlar barədə rəsmi açıqlama like
  • 19 İyn 17:08  
Digərləri Bu şəxslərə 500 manat veriləcəyi ilə bağlı mesajlar barədə rəsmi açıqlama

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet informasiya ehtiyatına

arrow Ətraflı
MAXE özünü öldürdü like
  • 19 İyn 17:06  
Digərləri MAXE özünü öldürdü

Azərbaycan Ordusunun əsgəri odlu silahdan atəş açaraq özünü öldürüb.

arrow Ətraflı
"Instagram"da tanış olduğu şəxs narkotik satdırdı  VİDEO like
  • 19 İyn 16:58  
Kriminal "Instagram"da tanış olduğu şəxs narkotik satdırdı VİDEO

Binəqədi rayonunda "Instagram" sosial şəbəkəsində tanış oldu�

arrow Ətraflı
Düşmən atəş açarkən biz silahsız idik  Laçın postunda yaralanan hərbçimiz  FOTO like
  • 19 İyn 16:52  
Digərləri Düşmən atəş açarkən biz silahsız idik Laçın postunda yaralanan hərbçimiz FOTO

Ermənilərin iyun ayının 15-də Laçın sərhəd-buraxılış məntəqəsini

arrow Ətraflı
Bu Qanuna dəyişiklik təsdiqləndi like
  • 19 İyn 16:50  
Siyasət Bu Qanuna dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2023-cü il bü

arrow Ətraflı
DSMFnin gəlir və xərcləri artırıldı like
  • 19 İyn 16:48  
Digərləri DSMFnin gəlir və xərcləri artırıldı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan�

arrow Ətraflı