"Instagram"da tanış olduğu şəxs narkotik satdırdı VİDEO
Kriminal 19 İyn 2023 16:58:00 358 0
Binəqədi rayonunda "Instagram" sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxsdə 3 kiloqram heroin aşkar edilib.
Bu xəbəri də oxu: Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU
DİN-dən Son.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib. Tədbir zamanı əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunan Rəşad Quliyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni "instagram" sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiyini və narkokuryerliyə cəlb olunduğunu bildirib. Rəşad Quliyev barəsində İdarənin İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Qeyd edilib ki, Binəqədi rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 46 nəfər saxlanılıb. Onların hər biri barəsində araşdırmalar davam etdirilir. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həmçinin qeyd edilən dövr ərzində həyata keçirdikləri təxirəsalınmaz əməliyyatlar zamanı Biləcəri və ətraf ərazilərdə 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət oğurlayan Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov, Binəqədi qəsəbəsində 10-dan çox mənzildə silsilə oğurluq cinayətləri törədən əvvəllər məhkum olunmuş Əlikram Əliyev, əsasən qadınlara qarşı soyğunçuluq edərək zərərçəkənlərin mobil telefonlarını, eləcə də pul vəsaitlərini ələ keçirən Əziz Paşayev, Sadiq Əmrəliyev və sonuncunun tanışı Nofəl Ramazanov da saxlanılaraq istintaqa təqdim ediliblər. Binəqədi rayonu ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri davam etdirilir.
Ermənilərin iyun ayının 15-də Laçın sərhəd-buraxılış məntəqəsini
Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2023-cü il bü
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxm
Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin dire
Rəsmi İrəvanın indiki hərəkətləri yüksək dozalı narkotikin təsiri al
İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində müğənni Vüsal Hacıyevin ilk
Nazirlər Kabineti "Qida məhsullarının təhlükəli hesab edilməsinə �
Bakı Piano Festivalının ikinci günü tamaşaçılara Səidə Tağızadə kva
Xəbər verdiyimiz kimi, dünən Biləsuvarda keçmiş polis əməkdaşı Bayram
2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min