Tuğ kəndinin tarixi ərazisi Qoruq elan edilib SƏRƏNCAM
Siyasət 16 İyn 2023 12:44:00 282 0
Prezident İlham Əliyev "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: “Minsk Qrupu ləğv edilməlidir”
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir.
"Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır", - Sərəncamda bildirilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu (bundan sonra - Qoruq) elan edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Turizm Agentliyi qoruğun idarə olunmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməlidir.
Son.az
İyunun 15-də Heydər Əliyev Mərkəzində II Bakı Beynəlxalq Piano Festival
"Estrada janrında da mahnılar ifa etmişəm. "Dağlar məndən küs�
Türkiyənin Diyarbəkir şəhərində iki ailə arasında ərazi üstündə ba�
"Mən heç vaxt şou əhli olmamışam. Allah mənə o boyda sənət verib,
Moskva Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini açmaq ü
Xəbər verdiyimiz kimi, ötən gün Zəngilan istiqamətində düşmən təxri
Türkiyə əsri gənclik və texnologiya əsri olacaq.
Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətin
Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayı
Danışıqlar prosesində irəliləyişi dayandırmaq və yekun sülh sazişinin
"Toyota Prius"dan 5 kiloqramdan artıq narkotik aşkarlanıb.
İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi p
"Kızılcık şerbeti" serialında "Çimen" obrazına həyat