Heydər Əliyev Mərkəzində II Bakı Beynəlxalq Piano Festivalının təntənəli açılışı olub
Kriminal 16 İyn 2023 12:34:00 305 0
İyunun 15-də Heydər Əliyev Mərkəzində II Bakı Beynəlxalq Piano Festivalının təntənəli açılışı olub.
Bu xəbəri də oxu: Məscidin imamını öldürmək istəyən şəxsin cəzası bilindi FOTO
Son.az Trend-ə istinadən bildirir ki, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub.
Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepianoda və klavişli alətlərdə virtuozların sehirli oyunu deyil, hər şeydən əvvəl ən tələbkar melomanları ilhamlandıracaq və heyrətləndirəcək, parlaq emosiyalar bəxş edəcək möhtəşəm ab-havadır. Burada rok, klassika, caz, pop, flamenko və hətta tanqo da olmaqla musiqi janrlarının geniş spektri təqdim olunub. Festivalın ecazkarlığı və ahəngdar, unudulmaz improvizasiya ab-havası Bakı Beynəlxalq Piano Festivalının "May Piano Inspire You!" (Qoy piano səni ruhlandırsın) şüarını əks etdirir.
Azərbaycan, Almaniya, Avstriya, Braziliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Norveç və Türkiyənin tanınmış musiqiçiləri iyunun 29-dək paytaxtın müxtəlif platformalarında konsert proqramları ilə çıxış edərək təkcə yüksək incəsənət nümayiş etdirməyəcək, həm də müxtəlif ölkələrin nümayəndələrini birləşdirəcək mədəniyyət körpüsünün yaradılmasına səbəb olacaqlar.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin nümayəndəsi Rəna Məmmədova Bakı Beynəlxalq Piano Festivalının melomanlar üçün böyük bayram olacağını bildirib.
"Uzun illər ərzində Azərbaycanda Bakı Caz Festivalı, İpək Yolu, Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyli Festivalı, Bakı Müasir Musiqi Günləri və digər festivallar uğurla keçirilir. Heydər Əliyev Mərkəzi ənənəyə sadiq qalaraq layihələrin icrasında birbaşa iştirak etməklə təkcə milli musiqini deyil, həm də dünya mədəniyyətini inkişaf etdirərək təbliğ edir. Bu səbəbdən festivalın açılışının Heydər Əliyev Mərkəzində keçirilməsi əlamətdardır. Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək II Bakı Beynəlxalq Piano Festivalı ölkənin və xarici qonaqların mədəni həyatında növbəti parlaq hadisə olacaq", - Rəna Məmmədova deyib.
Festivalın təsisçisi və direktoru, beynəlxalq müsabiqələrin laureatı, virtuoz pianoçu, Azərbaycanın əməkdar artisti Şahin Növrəsli sayca ikinci olan festivalın maraqlı konsert proqramları ilə yadda qalacağını qeyd edib. Musiqinin vəhdəti və hər bir ifaçının tərzinin individuallığı Bakı Beynəlxalq Piano Festivalının maraqlı nüansları olmaqla istənilən izləyicini valeh edə və onda unudulmaz xatirələr buraxa bilər.
"Mənim üçün Bakı Beynəlxalq Piano Festivalını təşkil etmək və keçirmək böyük şərəfdir. Festivalın təşkil olunmasında göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin əsas sponsorumuz "PASHA Holding"ə və digər tərəfdaşlarımıza minnətdarlığımı bildirirəm, onların sayəsində böyük musiqi bayramı bəxş edəcəyik", - Şahin Növrəsli deyib.
Dünyaca məşhur fransız pianoçusu Helen Mersyer Bakının, Heydər Əliyev Mərkəzinin gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən və xeyirxahlığından danışıb və bütün bunların onda ən xoş təəssüratlar yaratdığını bildirib.
"Böyük musiqi sənətkarlığının, klassik və caz sənətinin məktəbini keçmiş Şahin Növrəslinin yaradıcılığını çox bəyənirəm. Biz onunla ilk dəfə orkestr və caz ifaçılarının müşayiəti ilə duet şəklində çıxış edərək müxtəlif müsiqi istiqamətlərinin harmoniyasını nümayiş etdirəcəyik. Çox təəssüf ki, konsertdən sonra Bakıdan getməli olacağam, lakin mütləq burada yenidən görüşəcəyimizə ümid edirəm", - Helen Mersyer qeyd edib.
Festivalda Azərbaycan Dövlət Simfonik və Azərbaycan Dövlət Kamera orkestrlərinin müşayiəti ilə istedadlı gənc nəslin nümayəndələri olan yerli pianoçular və digər musiqiçilər də iştirak edəcəklər. Festival çərçivəsində ictimaiyyət üçün bir sıra interaktiv master-klasslar və Kino günləri təşkil olunacaq.
Rəsmi hissədən sonra konsert təqdim edilib. Konsert proqramı Türkiyənin Çukurova Dövlət Konservatoriyasının doktoru Validə Ağanın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin "Yeddi gözəl" baletindən valsla açılıb.
Sonra tamaşaçılara pianoçular Şahin Növrəsli və Helen Mersyerin ifasında və orkestrin və caz musiqiçilərinin, əməkdar artist Ruslan Hüseynovun (bas gitara) və Elvin Bəşirovun (zərb alətləri) məşhur Amerika klassiki, bəstəkarı və pianoçusu Corc Gerşvinin "Mavi rapsodiya"sı ("Rhapsody in Blue") səsləndirilib. Musiqiçilərin möhtəşəm ifası görkəmli pianoçu, caz-muğam musiqi üslubunun banisi, bəstəkar, əməkdar artist Vaqif Mustafazadənin "Düşüncə" əsəri ilə başa çatıb.
Çıxışlar gurultulu alqışlarla müşayiət olunub, sonda tamaşaçılar ayağa qalxaraq artistləri sonsuz alqışlarla salamlayıb və onlara gül-çiçək hədiyyə ediblər.
Son.az
"Estrada janrında da mahnılar ifa etmişəm. "Dağlar məndən küs�
Türkiyənin Diyarbəkir şəhərində iki ailə arasında ərazi üstündə ba�
"Mən heç vaxt şou əhli olmamışam. Allah mənə o boyda sənət verib,
Moskva Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini açmaq ü
Xəbər verdiyimiz kimi, ötən gün Zəngilan istiqamətində düşmən təxri
Türkiyə əsri gənclik və texnologiya əsri olacaq.
Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətin
Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayı
Danışıqlar prosesində irəliləyişi dayandırmaq və yekun sülh sazişinin
"Toyota Prius"dan 5 kiloqramdan artıq narkotik aşkarlanıb.
İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi p
"Kızılcık şerbeti" serialında "Çimen" obrazına həyat