“Həyat yoldaşım Aybəniz Haşımovanı, Zaur Rzayevi, Manananı dinləyir...”
Şou-biznes 16 İyn 2023 12:25:00 275 0
"Estrada janrında da mahnılar ifa etmişəm. "Dağlar məndən küsüb" adlı mahnıda muğam da oxumuşam. Bu mahnının sözlərini bizim ölməz şairimiz Məmməd Araz yazıb. Mahnının klipini də o vaxt gedib Naxçıvanda, Məmməd Arazın yaşadığı Nurs kəndində, onun evində lentə aldıq. Hətta xalq artistimiz Mənsum İbrahimovdan oxuduğum muğamla bağlı məsləhət də aldım. Gözəl bəstəkarların əsərlərini də oxuyuram. Musiqi məni yaşadır. Sevimli sənətlə məşğul olanda, insan öz yerində olanda, cavan qalır. Mən xoşbəxtəm ki, klassik musiqi ilə məşğulam".
Bu xəbəri də oxu: Məşhur türkiyəli aparıcıya 4 illik həbs, 5 milyonluq təzminat... FOTO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Fidan Hacıyeva deyib.
"Sənətə gəlməyimdə ailə tərəfdən heç bir maneə olmayıb. Atam da, anam da istəyirdi ki, musiqiçi olum. Atam mühəndis olsa da, pianoda gözəl ifa edirdi. Anamın da gözəl səsi olub. Atamın operaya böyük həvəsi var idi. Mən sonradan Opera və Balet teatrında çalışanda atam bir dəfə də olsun gəlib məni səhnədən izləmədi. Həmişə həyəcanlanırdı, deyirdi ki, "səni evdə gözləyirəm". Teatrdan evə gələndə mənə çay dəmləyirdi. Amma anam həmişə gəlib məni səhnədən izləyirdi. Özü də xoşlayırdı ki, birinci sırada otursun", - deyə sənətkar bildirib.
Sənətkar əcnəbi həyat yoldaşı Filipdən də danışıb.
"Elə bir müddət oldu ki, həyat yoldaşım Filipin Azərbaycanda kontraktı bitdi, sonra yenə də müqavilə ilə işə başladı. Nə mən, nə də ki, o ölkəmizdən kənar heç bir yerə getmədik. Filip "Koroğlu" operasından xanəndə qızı Saqi obrazımı çox sevir. Tofiq Quliyevin "Axşam" mahnısını da mənim ifamda sevir. Bir də bundan başqa Aybəniz Haşımova, Zaur Rzayev, Manana və s. sənətçilərimizi dinləyir, həmişə maşınında onların disklərini gəzdirir", - deyə xalq artisti bildirib.
Xalq artisti çoxuşaqlı ana olmasından da danışıb.
"Bu Allahın bir qismətidir. Bacının qardaşı, qardaşın qardaşı, bacının bacısı olmalıdır. Çox uşaq saxlamağın da öz çətinliyi var. Sənətdə olmaq, həm də çoxuşaqlı ana olmaq, övladlarla məşğul olmaq, onların qayğısına qalmaq asan deyil. Mən də çoxuşaqlı ailəni sevirəm. İngiltərədə olanda bir də görürdün ki, ana gedir, 5-6 uşaq da onun arxasınca. Nə qədər işim çox olsa da onlara diqqət və qayğı göstərirəm, yeməklərini də hazırlayıram", - deyə sənətkar bildirib.
Son.az
Türkiyənin Diyarbəkir şəhərində iki ailə arasında ərazi üstündə ba�
"Mən heç vaxt şou əhli olmamışam. Allah mənə o boyda sənət verib,
Moskva Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini açmaq ü
Xəbər verdiyimiz kimi, ötən gün Zəngilan istiqamətində düşmən təxri
Türkiyə əsri gənclik və texnologiya əsri olacaq.
Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətin
Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayı
Danışıqlar prosesində irəliləyişi dayandırmaq və yekun sülh sazişinin
"Toyota Prius"dan 5 kiloqramdan artıq narkotik aşkarlanıb.
İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi p
"Kızılcık şerbeti" serialında "Çimen" obrazına həyat
İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələri