“Ona dedim ki, oxumaq sənlik deyil, get özünə başqa bir sənət tap...”


Kriminal 16 İyn 2023 10:55:00 311 0

“Ona dedim ki, oxumaq sənlik deyil, get özünə başqa bir sənət tap...”

"Mən heç vaxt şou əhli olmamışam. Allah mənə o boyda sənət verib, şou əhli mənim yanımda nə edə bilər?! Bu gün əksər müğənnilər əllərinə mikrofon alan kimi məşhurlaşmaq istəyirlər. Bəziləri kimlərəsə söz atır, qalmaqal yaşamaq istəyir. Fikirləşmirlər ki, biri çıxıb sənə elə cavab verər ki, heç özün də bilməzsən. Qalmaqal yox, sənət göstərmək lazımdır. O dövrdə mahnılara əlavələrə icazə vermirdilər. Bəstəkar necə yazıbsa, elə də oxumalı idin. Sənin nə ixtiyarın var ki, o mahnını bəstəkarın yazdığı kimi yox, öz yazdığın kimi oxuyasan?! Yenilik etmək istəyirsənsə, yeni bir əsər yazıb, ifa edə bilərdin. Efirə buraxmırdılar, qadağa qoyurdular. İndiki sənətçilər həqiqətən də azad dövrə düşdülər".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Zaur Rzayev deyib.

"Dilbərim" mahnısı o illərdə mənə uğur gətirən mahnılardan, əsərlərdən biri oldu. Bu mahnı mənim şəxsiyyət vəsiqəm, şah əsərim, kimliyimdir. Bir gün Əhməd Bakıxanov mənə dedi ki, "Zaur, "Dilbərim" adlı bir xalq mahnısı var, onu sən oxu". Mahnını oxudum, 1 il efirə qoymadılar ki, orada sən xarici nəfəslər etmisən. Əhməd Bakıxanovun tapşırığı ilə bu mahnını efirə qəbul etdilər. Müasir dildə trend deyirlər, o vaxt bu mahnı trendə düşdü. Konsertlərdə mənə 50 gül verilirdi, hər gülün içində bir məktub olurdu. Biri sevgi məktubu yazırdı, can sağlığı arzu edirdilər. Nə qədər qız övladları doğuldu, hamısının da adını Dilbər qoydular. Mənim oxuduğum mahnıları heç kəs oxumayıb. Mən istərdim oxusunlar, amma mahnını hörmətsiz edib oxuyacaqlarsa, oxumasalar ondan yaxşı. Görünür hiss edirlər ki, hələ o səviyyəyə çatmayıblar ki, oxusunlar" deyə sənətkar bildirib.

Sənətkar müğənni oğlu Azər Rzayevdən də danışıb.

"Oğlum əvvəl idmançı idi, Azərbaycanın bayrağını yüksəklərə qaldırıb. Dünya çempionu idi. Günlərin bir günü dedi ki, "ata, istəyirəm oxuyum". Dedim ki, "oxumaq sənlik deyil, get özünə bir başqa sahə tap". Oxumaqda israrlı idi. Bir gün onu özümlə studiyaya zapisə apardım. İtalyan əsəri oxudu, onu bir bilsəniz necə oxudu. Məni heyrət bürüdü" deyə sənətkar bildirib.

Zaur Rzayev "Cavanlığım" mahnısından da danışıb.

"Cavanlığım" mahnısı Oqtay Kazımi və Cabir Novruz yaradıcılığının ortaq nöqtəsidir. Zeynəb xanım Xanlarova da bu mahnını gözəl oxuyub. Mən bu mahnını oxuyanda cavan oğlan idim, saçım qapqara idi, saçlarımı bu mahnı ilə ağartdım. Hərçənd ki, indi ağaran saçların çoxunu qara rəngləyirlər. Bu da olmaz. Elə bil ki, bu mahnını mənim özümə yazıblar. O vaxt Oqtay Kazımı deyirdi ki, "Zaur, bu mahnını mütləq sən oxu". Çünki bu mahnıda oğlanın dilindən sözlər deyilir. Bu mahnını oxuyan adamın da saçı ağ olmalıdır, məzmun düz gəlməlidir. İnsan nəyi əldə edirsə, cavanlıqda əldə edir. Cavanlıq Allah tərəfindən insana verilən gözəl nemətdir. Necə ki, cavan yaşlarında sən hər şeyi əldə edə bilirsən. İnsan var ki, 50 ildir sənətdədir, üst-üstə yığsan heç 10 il oxummayıb" deyə sənətkar bildirib.

Son.az  

İrəvan və Bakı ilə hər gün əlaqə saxlayırıq like
  • 16 İyn 10:44  
Siyasət İrəvan və Bakı ilə hər gün əlaqə saxlayırıq

Moskva Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini açmaq ü

arrow Ətraflı
TƏCİLİ: Dünənki döyüşdə Ordumuz düşmənə belə zərbələr endirdi like
  • 16 İyn 10:39  
Siyasət TƏCİLİ: Dünənki döyüşdə Ordumuz düşmənə belə zərbələr endirdi

Xəbər verdiyimiz kimi, ötən gün Zəngilan istiqamətində düşmən təxri

arrow Ətraflı
Türkiyə əsri gənclik və texnologiya əsri olacaq like
  • 16 İyn 10:37  
Digərləri Türkiyə əsri gənclik və texnologiya əsri olacaq

Türkiyə əsri gənclik və texnologiya əsri olacaq.

arrow Ətraflı
Tanınmış hakimin vəziyyəti pisləşdi like
  • 16 İyn 10:31  
Digərləri Tanınmış hakimin vəziyyəti pisləşdi

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətin

arrow Ətraflı
Laçın postu bağlandı like
  • 16 İyn 10:24  
Siyasət Laçın postu bağlandı

Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayı

arrow Ətraflı
Yekun sülh sazişinə açıq şəkildə mane olmağa çalışan qüvvələr var like
  • 16 İyn 10:17  
Siyasət Yekun sülh sazişinə açıq şəkildə mane olmağa çalışan qüvvələr var

Danışıqlar prosesində irəliləyişi dayandırmaq və yekun sülh sazişinin

arrow Ətraflı
“Toyota Prius”dan 5 kiloqramdan artıq narkotik aşkarlandı like
  • 16 İyn 10:11  
Kriminal “Toyota Prius”dan 5 kiloqramdan artıq narkotik aşkarlandı

"Toyota Prius"dan 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

arrow Ətraflı
Naxçıvan istiqamətindəki mövqelərimiz də like
  • 16 İyn 10:10  
Siyasət Naxçıvan istiqamətindəki mövqelərimiz də

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri

arrow Ətraflı
Sürücülərə müraciət edildi: like
  • 16 İyn 09:51  
Digərləri Sürücülərə müraciət edildi:

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi p

arrow Ətraflı
Məşhur serialın aktrisası onunla eşq yaşayır like
  • 16 İyn 09:44  
Şou-biznes Məşhur serialın aktrisası onunla eşq yaşayır

"Kızılcık şerbeti" serialında "Çimen" obrazına həyat

arrow Ətraflı
Zərdabda azyaşlı su kanalında boğularaq ölüb like
  • 16 İyn 09:21  
Digərləri Zərdabda azyaşlı su kanalında boğularaq ölüb

Zərdabda azyaşlı kanalda bataraq ölüb.

arrow Ətraflı
Düşmən sülhməramlıların yerləşdiyi ərazimizdən atəş açdı like
  • 16 İyn 09:18  
Siyasət Düşmən sülhməramlıların yerləşdiyi ərazimizdən atəş açdı

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələri

arrow Ətraflı
“O qadın ki, ərə gedib, fiqurası yaxşı olsun deyə uşaq doğmur...” like
  • 16 İyn 09:09  
Şou-biznes “O qadın ki, ərə gedib, fiqurası yaxşı olsun deyə uşaq doğmur...”

Xalq artisti Afaq Bəşirqızı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın

arrow Ətraflı
ABŞda tornado, ölənlər və yaralılar var like
  • 16 İyn 09:00  
Dünya ABŞda tornado, ölənlər və yaralılar var

ABŞ-ın Texas ştatının Perriton şəhərində baş verən tornado üç nəf�

arrow Ətraflı