2050ci ilədək Azərbaycanda adambaşına gəlir 40 faiz, hətta daha çox arta bilər


Digərləri 16 İyn 2023 12:56:00 273 0

2050ci ilədək Azərbaycanda adambaşına gəlir 40 faiz, hətta daha çox arta bilər

Dünya Bankı hesab edir ki, Azərbaycanda adambaşına düşən gəlir 2050-ci ilədək ölkənin indiki inkişaf sürəti ilə müqayisədə azı 40 faiz, hətta daha çox arta bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Dünya Bankının hesabatının təqdimatında deyib.

"Bu ilin ikinci yarısında qlobal artımın əhəmiyyətli dərəcədə ləngiyəcəyi proqnozlaşdırılır, 2024-cü ildə isə zəif artımın davam edəcəyi gözlənilir. İnflyasiya təzyiqi böyük ehtimalla qalmağa davam edəcək, sərt pul-kredit siyasəti isə gözlənildiyi kimi bundan sonra da iqtisadi artıma mənfi təsir göstərəcək. Bunun əvvəlki kimi inkişaf etməkdə olan ölkələr və bazarlar üçün mürəkkəb qlobal şərait yaradacağını gözləyirik", - o deyib.

O qeyd edib ki, bugünkü tədbirlərdə, xüsusən panel müzakirələrində həmçinin bu qlobal tendensiyaların Azərbaycan üçün nə anlama gələ biləcəyi konkret müzakirə olunacaq.

"Ötən il hökumət 2026-cı ilədək sosial-iqtisadi inkişaf üzrə yeni strategiya qəbul edib. Strategiya iqtisadi artımın və sosial rifahın canlanması və sürətlənməsi üçün iddialı proqramlar toplusu, investisiyalar və islahatları əks etdirir. Strategiya ÜDM-in ortamüddətli perspektivdə hər il 3 faizdən 4 faizədək artmasını hədəfləyir, lakin qeyri-neft və qaz sektorlarında ÜDM artımı 5 faizə yaxın olmalıdır. Bu məqsədlərin əldə edilməsi asan olmaya bilər. Ölkə daxilində artım neft hasilatının azalması və əhalinin yaşlanması ilə çətinləşəcək, qlobal faktorlar və tendensiyalar isə ehtimalla əlavə problemlər və qeyri-müəyyənlik yaradacaq. Bununla belə, hesab edirik ki, artımın bu hədəf göstəricilərinin əldə edilməsi mümkündür. Azərbaycan neft-qaz gəlirlərinə və dövlət investisiyalarına yönəlmiş köhnə artım modelindən keçidi davam etdirməli olacaq. Uzunmüddətli proqnozlarımız göstərir ki, hazırki artım modeli ilə növbəti 30 il ərzində adambaşına düşən ÜDM yalnız 10% civarında arta bilər. Bu cür ssenari ilə 2050-ci ilədək Azərbaycan gəlir səviyyəsi orta səviyyədən yüksək olan ölkə olaraq qalacaq və yüksək gəlir səviyyəsinə malik ölkə statusu ala bilməyəcək. Lakin yeni artım modelində dövlətin yardımı ilə dinamik özəl sektorun dəstəklənməsinə yönəlmiş daha optimist imkanlar da var.

Dünya Bankı olaraq hesab edirik ki, 2050-ci ilədək Azərbaycanda adambaşına düşən gəlir ölkənin indiki inkişaf sürəti ilə müqayisədə azı 40 faiz, hətta daha çox arta bilər. Bu ölkənin məqsədlərinə nail olmasına əhəmiyyətli dərəcədə kömək edə bilər. Ümid edirik ki, bu tədbir bu gün Azərbaycanın inkişaf sürətini müəyyən edən, həmçinin yaxın illərdə ölkənin artım imkanlarına təsir göstərəcək qlobal tendensiyaları anlamaq və onlar barəsində fikir mübadiləsi aparmağımız üçün unikal imkan olacaq", - o deyib.

Son.az 

Şənbə gününün HAVAsı like
  • 16 İyn 12:47  
Digərləri Şənbə gününün HAVAsı

İyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Gənc qadının öldüyü parkda qərənfillər düzüldü like
  • 16 İyn 12:45  
Digərləri Gənc qadının öldüyü parkda qərənfillər düzüldü

Xəbər verdiyimiz kimi, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Minay�

arrow Ətraflı
Tuğ kəndinin tarixi ərazisi Qoruq elan edilib  SƏRƏNCAM like
  • 16 İyn 12:44  
Siyasət Tuğ kəndinin tarixi ərazisi Qoruq elan edilib SƏRƏNCAM

Prezident İlham Əliyev "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində II Bakı Beynəlxalq Piano Festivalının təntənəli açılışı olub like
  • 16 İyn 12:34  
Kriminal Heydər Əliyev Mərkəzində II Bakı Beynəlxalq Piano Festivalının təntənəli açılışı olub

İyunun 15-də Heydər Əliyev Mərkəzində II Bakı Beynəlxalq Piano Festival

arrow Ətraflı
“Həyat yoldaşım Aybəniz Haşımovanı, Zaur Rzayevi, Manananı dinləyir...” like
  • 16 İyn 12:25  
Şou-biznes “Həyat yoldaşım Aybəniz Haşımovanı, Zaur Rzayevi, Manananı dinləyir...”

"Estrada janrında da mahnılar ifa etmişəm. "Dağlar məndən küs�

arrow Ətraflı
Torpaq davası qətliamla bitdi  9 ölü like
  • 16 İyn 11:30  
Digərləri Torpaq davası qətliamla bitdi 9 ölü

Türkiyənin Diyarbəkir şəhərində iki ailə arasında ərazi üstündə ba�

arrow Ətraflı
“Ona dedim ki, oxumaq sənlik deyil, get özünə başqa bir sənət tap...” like
  • 16 İyn 10:55  
Kriminal “Ona dedim ki, oxumaq sənlik deyil, get özünə başqa bir sənət tap...”

"Mən heç vaxt şou əhli olmamışam. Allah mənə o boyda sənət verib,

arrow Ətraflı
İrəvan və Bakı ilə hər gün əlaqə saxlayırıq like
  • 16 İyn 10:44  
Siyasət İrəvan və Bakı ilə hər gün əlaqə saxlayırıq

Moskva Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini açmaq ü

arrow Ətraflı
TƏCİLİ: Dünənki döyüşdə Ordumuz düşmənə belə zərbələr endirdi like
  • 16 İyn 10:39  
Siyasət TƏCİLİ: Dünənki döyüşdə Ordumuz düşmənə belə zərbələr endirdi

Xəbər verdiyimiz kimi, ötən gün Zəngilan istiqamətində düşmən təxri

arrow Ətraflı
Türkiyə əsri gənclik və texnologiya əsri olacaq like
  • 16 İyn 10:37  
Digərləri Türkiyə əsri gənclik və texnologiya əsri olacaq

Türkiyə əsri gənclik və texnologiya əsri olacaq.

arrow Ətraflı
Tanınmış hakimin vəziyyəti pisləşdi like
  • 16 İyn 10:31  
Digərləri Tanınmış hakimin vəziyyəti pisləşdi

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətin

arrow Ətraflı
Laçın postu bağlandı like
  • 16 İyn 10:24  
Siyasət Laçın postu bağlandı

Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayı

arrow Ətraflı
Yekun sülh sazişinə açıq şəkildə mane olmağa çalışan qüvvələr var like
  • 16 İyn 10:17  
Siyasət Yekun sülh sazişinə açıq şəkildə mane olmağa çalışan qüvvələr var

Danışıqlar prosesində irəliləyişi dayandırmaq və yekun sülh sazişinin

arrow Ətraflı
“Toyota Prius”dan 5 kiloqramdan artıq narkotik aşkarlandı like
  • 16 İyn 10:11  
Kriminal “Toyota Prius”dan 5 kiloqramdan artıq narkotik aşkarlandı

"Toyota Prius"dan 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

arrow Ətraflı
Naxçıvan istiqamətindəki mövqelərimiz də like
  • 16 İyn 10:10  
Siyasət Naxçıvan istiqamətindəki mövqelərimiz də

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri

arrow Ətraflı