Mirzoyanın ABŞa İlham Əliyevdən "yalan xəbərçiliyi", bəlkə Prezident deməli idi ki...
Siyasət 08 İyn 2023 12:42:00 282 0
Bu günlərdə Ermənistan XİN Ararat Mirzoyanla ABŞ Dövlət katibinin müavini Hoqan arasında telefon danışığı barədə məlumatlarda bir nüans diqqətimi cəlb etdi. Mirzoyan Azərbaycan prezidentindən Hoqana sözün həqiqi mənasında şukayətlənib. Nazir deyib ki, azərbaycanın ali rəhbərliyi hədələyici ritorika ilə davranır ki, bu da güc tətbiqi ilə hədələləməkdən çəkinmək barədə daha öncəki razılaşmalarımıza ziddir və sülh dialoquna maneçilik törədir. Mirzoyanın Hoqana "yalan xəbərçiliyi" Azərbaycan XİN Ceyhun Bayramovun ATƏT şurasında Ermənistanın Azərbaycan əleyhinə müxtəlif beynəlxalq qurumlarda qara piar kampaniyası aparması barədə çıxışı ilə eyni vaxtda təsadüf edir. Ceyhun Bayramov Daimi Şurada haqlı olaraq Ermənistanın bu siyasətini Azərbaycanla normallaşmaya ən pis təsir göstərən amillərdən biri kimi təqdim etdi.. Təbii ki, Mirzoyanın Hoqanla söhbətdə İlham Əliyevdən "yalan xəbrçiliyi" Ceyhun Bayramovun təqdimatı ilə bağlı deyildi. O, əsasən Azərbaycan Prezidentinin müəyyən bəyanatlarını nəzərdə tuturdu. Ceyhun Bayramovun ATƏT-dəki çıxışını isə ona görə qeyd etdim ki, Ermənistanın qaralama kampaniyalarının ifşa olunmasını Azərbaycan diplomatiyasının çoxillik daimi prioritetlərindən biri olduğunu göstərim. Ancaq nə edəsən? Dünya siyasətində yalan detektorları hələ quraşdırılmadığı üçün Mirzoyanlar qara kompaniyalardan əl götürmürlər. Məntiqli əks-arqumentlərlə bu qara kampaniyalar ifşa edilməyincə Mirzoyanların yalanlarının sonu gəlməyəcək. Ancaq gərək bəşəri mənafelər naminə Hoqan kimi dünya diplomatları da yalanların toruna asan düşmək kimi zəif üz göstərməsinlər. Göstərdikcə, Mirzoyanların "yalan bazarı" qızışır...
Bu xəbəri də oxu: Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı yeni AÇIQLAMA
Mirzoyanın "yalan xəbərçiliyinə" ABŞ rəsmilərinin inanıb-inanmadıqlarını öz vicdanlarına buraxaq.
Ondan başlayaq ki, Mirzoyan İlham Əliyevdən şikayətlənəndə sözlərini və sözlərdəki məzmunu yarımçıq ifadə etdi. Bu taktika ermənilərin hamısına xasdır. Necə deyərlər, bu müstəvidə ermənilərin hamısı birdir, dürüst və ya nadürüst erməni yoxdur, "qara piarçı ermənilər" var. Qara piarın ustaları İlham Əliyevin hədə kimi yozduqları sözlərini kontekstdən çıxardır, öndəki və sonra gələn cümlələri "yeyir", Azərbaycan Prezidentinin əsaslı və qanuni ön şərtlərini görməzlikdən gəlirlər. Məsələn, Əliyev deyəndə ki, Ermənistan qanunsuz hərbiçilərini ərazimzidən çıxarmasa, təsirli tədbirlər görəcəyik, erməni piarçı diplomatlar bu cümlənin 1-ci hissəsini öz aləmlərində sərf-nəzər edir, sadəcə belə deyirlər ki, Əliyev Ermənistanı təsirli əks tədbirlərlə hədələyir. Necə ki, 30 illik işğal dövründə Azərbaycan Prezidentinin "sülh yolu ilə ərazilərimizdən çıxmasalar, müharibə yolu ilə həll edəcəyik" bəyanatının üstündə oxşar əcaibliklə cərrahi əməliyyatlar aparırdılar, torpaqlarla bağlı hissəni sərf-nəzər edirdilər, tək müharibə yoluna aid hissəni tutaraq Azərbaycanı müharibə ritorikasına görə qınayırdılar, eynilə bu gün də həmin uğursuz taktika ilə gedərək Əliyevin normal "səbəb- nəticə, tezis-antitezis məzmunlu" bəyanatlarının yalnız bir hissəsi üzərində piar oyunları qururlar. Ancaq piar oyunlarının uğursuz olduğunu göstərmək üçün Azərbaycan bu dəfə 30 il gözləyə bilməyəcək. Ya qara piarın uğurlu taktika olmadığını qısa zamanda özləri başa düşməlidir, ya da Azərbaycan daha 30 il gözləmədən çox qısa zaman kəsiyində özü onları" yıxıb ağzına-ağzına döyərək" başa salacaq.
Bəs Mirzoyan Prezident İlham Əliyevin hansı bəyanatlarını hədə-qorxu kimi dəyərləndirərək ABŞ rəsmisinə şikayətlənib?
İlham Əliyevin ən yaxın dövr bəyanatlarından bir neçə seçməni təkrarlayaq.
Prezidentin bu seçmə frazaları "tezis-antitezis" sxemində qurulub, yəni "onlar bunu etməsələr, biz onu edəcəyik" formasında. Nümunələr...
1.Azərbaycan Prezidenti dünyanın eşitdiyi tərzdə bəyan edib ki, Xankəndi ermənilərini iki dəfə müzakirə üçün Bakıya dəvət etdik, gəlmədilər, gəlməsələr 3-cü dəvət olmayacaq, "əlləri ətəklərindən uzun" vəziyyətdə özləri yalvara-yalvara gələcəklər.
Burada hədə-qorxu deyilən nə var ki?! Prezident tezisi də dedi - 2 dəfə Bakıya dəvət etdik, antitezisi də dedi- 3-cü dəvət olmayacaq, özləri yalvarıb gələcəklər. Hədə-qorxu məzmunlu bir şey gördünüzmü? Hədə-qorxu o vaxt olardı ki, Əliyev hansısa qanunsuz və ya beynəlxalq hüquqa uyğun olmayan tələblər səsləndirəydi...
2.Sərhədlərin delimitasiyasına getməsələr, biz diplomatik təzyiqlərimizi davam etdirəcəyik, başqa planlarımız hələlik yoxdur. Diplomatik təzyiqlər nə vaxtdan hədə-qorxu sayılır?
3.Sərhədlərin müəyyənləşməsi yönümündə əməli addımlar atmasalar, biz sərhəddi özümüz indi dayandığımız yerlərdən çəkəcəyik. İlham Əliyev həqiqətən bu məzmunda bəyanat səsləndirib. Lakin bunun harası hədə-qorxu siyasətidir? Prezident demədi ki, Ermənistanın ərazisinə girəcəyik. Dedi ki, dayandığımız mövqelərdə sərhəd xətləri çəkəcəyik. Bu, hədə yox, qeyri-konstruktiv və pozucu siyasətə qarşı beynəlxalq və milli hüquq legitimliyinə uyğun dinc mövqe nümayişidir...
4.Azərbaycan Prezidenti deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, ərazi iddialarından həmişəlik imtina etməsə, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və Ermənistandakı tarixi torpaqlarımızla bağlı hüquqlarımızı gündəmə gətirəcəyik. Burada normal olmayan nə var ki?! Haradadı hədə qorxu?! Buyurun, Azərbaycanın ərazi bütövlüyünü tanıyın ki, Azərbaycan çar-bolşevik qardaşlarınızın sizlərə bağışladığı öz tarixi torpaqları üzərində haqlarını bir gün qaldırmaq zorunda qalmasın... Mirzoyan parlamentdə ən yeni çıxışında populistcəsinə deyir ki, biz 86,6 min kv.kilometr çərçivədə Azərbaycanın ərazi bütövlüyünü tanıdıq, ancaq Əliyev 29,8 kv.kilometrdə Ermənistanın ərazi bütövlüyünü tanıdığını dilə gətirməyib. Bəh bəh, nə böyük "irad" imiş?!.. 2022-ci il oktyabrın 6-da Praqada 1991- ci ilin Alma-Ata sazışınin hüquqi baza kimi qəbul edilməsi və bu il mayın 14-də üçtərəfli Brüssel görüşündə ərazi bütövlüyünün qarşılıqlı rəqəmli tanınması kifayət deyilmi, Murzoyan? Siz tərəfdən bunun adı işi pozmaq üçün bəhanə gəzməkdən başqa şey deyil...
5.İlham Əliyev deyib və deyir ki, Ermənistan xüsusilə Naxçıvanla əlaqələrin bərpasına getməsə, təcrid vəziyyəti daha sərtliklə davam etdiriləcək. Burada da hədə məzmununun nədən ibarət olduğu görünmür. Bəlkə Azərbaycan Prezidenti deməlidi ki, Naxçıvansız sizə nəfəslik açacağıq?!
6.İlham Əliyev deyib ki, separatçıların bu gün də fəaliyyət göstərdikləri bölgədə hər vaxt istənilən əməliyyatı apara bilərik, ancaq hələ dinc həll şanslarının keçərliyini tanıyırıq...Yenə də erməni piarçılardan fərqli olaraq hər cür hədə tonundan uzaq konstruktiv bir yanaşma görürük. Bəlkə Prezident deməli idi ki, heç bir əməliyyat - filan keçirmək imkanımız və planımız yoxdur, 10 minlik qanunsuz erməni ordusu Qarabağda kefini sürməkdə davam edə bilər?!
Bunu da gözləməyin...!
Aydın Quliyev Son.az
Son illərdə sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformas
Kaxovka SES-in rus işğalçıları tərəfindən dağıdılması kütləvi qır
Qarabağda biznes fəaliyyəti üçün bugünədək KOBİA-ya 1400-dən artıq m
2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356.0
"Roseark" zərgərlik mağazasının nümayəndələri Niki Minajı m�
ABŞ Müdafiə Nazirliyi gizli hərbi proqram çərçivəsində Yerdənkənar m�
Ukrayna ilə Rusiya arasında iki ilə yaxındır davam edən müharibənin gedi
"Özümə yarı zarafat, yarı ciddi ulduz aktrisa deyirəm. Mən ulduz akt
Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd
Kosova hakimiyyəti gərginliyi azaltmaq üçün polisi serblərin çoxluq təş
Hollivud ulduzu Salma Hayek makiyajsız halı ilə gündəmə gəlib.
İranda daxili siyasi gərginlik yaşanır. Yenə də gərginliyin mənbəyi m
Klassik avtomobillərə olan marağı ilə tanınan Türkiyənin Milliyyətçi H