Kaxovkadakı bəndin partladılması kimə SƏRF EDİR?


Dünya 08 İyn 2023 11:55:00 274 0

Kaxovkadakı bəndin partladılması kimə SƏRF EDİR?

Ukrayna ilə Rusiya arasında iki ilə yaxındır davam edən müharibənin gedişində ən ağlasığmaz hadisələr yaşanır. Bu dəfə dəhşətli hadisə Kaxovka su elektrik stansiyası bəndinin dağılması olub. Ukrayna prezidenti Vladimir Zelenski buna görə Rusiyanı günahlandırıb və bəndin dağıdılmasından sonra 80 şəhər və kəndin su altında qala biləcəyini deyib. Dağılan bəndin üzərində olduğu Dnepr çayının aşağı axarında yerləşən Xerson şəhəri üçün bu daşqın fəlakətlə nəticələnə bilən risk hesab olunur. Rusiya nəzarəti altında olan bəndin dağıdılmasında rolunu inkar edib, əvəzində Ukraynanı atəş açaraq bəndi partlatmaqda günahlandırıb.

Son.az xəbər verir ki, BBC nə Ukrayna, nə də Rusiyanın iddiasını təsdiqləyə bilməyib. Stratpoints Fondunun hərbi eksperti, Polşa hərbi əks-kəşfiyyatının keçmiş rəis müavini Maciej Matysiakın sözlərinə görə, Kaxovka SES bəndinin dağılması nəticəsində Rusiya qoşunları Ukraynanın gözlənilən əks-hücumuna qarşı müdafiə mövqelərini yaxşılaşdırıblar. Ekspert hesab edir ki, cəbhə xəttində yerləşən nəhəng bəndin dağıdılması nəticəsində yaranan daşqın Ukrayna silahlı qüvvələrinin bir aya qədər ərazidə tank və ya piyada döyüş maşınları kimi ağır silahlardan istifadə etməsinə mane olacaq. "Hər zaman faydalananı axtarın. Hazırda qazanc Rusiya tərəfindədir, çünki Kaxovkada bəndin partlaması Ukrayna ordusundan hücum hərəkəti gözləyən ruslar üçün çox yaxşı müdafiə mövqeləri yaradır", - Maciej Matysiak deyib.

"Reuters"ə müsahibəsində analitik bildirib ki, Rusiya qoşunlarının daşqın səbəbindən ciddi təchizat problemi olmayacaq. "Ruslar öz nəzarətlərində olan cənub dəhlizinə - Rusiya ilə Krım arasındakı quru dəhlizinə nəzarət edirlər, orada onlar xeyli ərazini işğal ediblər, həmin bölgədə çoxlu yollar, körpülər var. Ona görə də onlar üçün problem olmamalıdır", - Maciej Matysiak deyib. "Reuters" yazıb ki, Dnepr çayı üzərindəki bəndin dağıdılması nəticəsində Ukraynanın gözlənilən əks-hücumunun mənzərəsi indi bulanıqdır və müharibə zonasında yaşayan mülki əhalini ekoloji fəlakət riski qarşısında qoyub. Bununla belə, Maciej Matysiak güman edir ki, hücum zamanı Ukrayna qoşunları çayı şimaldan, Dnepr şəhəri yaxınlığından keçərək su basmış ərazilərdən yan keçə biləcəklər. O inanır ki, daşqın Ukrayna xüsusi əməliyyat qüvvələrinin əks-hücumuna heç bir şəkildə mane olmayacaq, çünki "yüngül silahlanmış mobil birləşmələr Dneprdən və ya su basmış ərazilərdən kifayət qədər asanlıqla keçə bilər". Dnepr üzərindən keçidlər tikmək və Rusiyanın müdafiə xətlərini yarmaq üçün lazım olan ağır texnika və silahlardan istifadəyə gəlincə, ekspertin fikrincə, hava şəraitindən asılı olaraq, torpaq kifayət qədər tez quruya bilər ki, tırtıllı maşınlar onun üzərində təxminən 10 dəqiqə hərəkət etsin. Ukrayna prezidenti Vladimir Zelenski bəndin dağıdılmasının Ukraynanın öz ərazisini azad etmək üçün əməliyyatını davam etdirməsinə təsir etmədiyini və Ukrayna Silahlı Qüvvələrinin hərbi komandanlığının hesabatlarından belə nəticə çıxardığını bildirib.

Bölgədən minlərlə sakin təxliyə edilib

Xerson vilayətinin cənubunda yerləşən, hazırda Rusiya işğalı altında olan Novaya Kaxovka şəhərində minlərlə ev su atında qala bilər. Ukraynanın Baş prokuroru Andrey Kostin bildirib ki, su elektrik stansiyasının bəndinin dağıdılmasından sonra su basmış ərazilərdən 17 mindən çox insan təxliyə edilir. Andrey Kostinin sözlərinə görə, Dnepr çayının Rusiya tərəfindən işğal olunmuş tərəfində daha 25 min insan təxliyə edilməlidir. Bundan əvvəl Xersonun regional qubernatoru bəndin dağılmasından sonra ərazidəki azı səkkiz müxtəlif yaşayış məntəqəsinin su altında qaldığını deyib. Oleksandr Prokudin rəsmilərin daha çox daşqınlara hazırlaşdığını deyib. Prokudin Telegram-da qeyd edib ki, risk altında olan bölgələrdə yaşayan sakinlər avtobuslarla Xersona təxliyə olunur, daha sonra onlar paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərinə köçürüləcəklər. O əlavə edib ki, təxliyə qatarı günorta Xersondan Mykolayv şəhərinə yola düşəcək. BMT-nin atom energetikasına nəzarət idarəsinin rəhbəri bildirib ki, Zaporojye nüvə stansiyasında soyuducu suyun olmaması onun dizel generatorunun sıradan çıxmasına səbəb ola bilər. Atom stansiyasının ətrafı - dağıdılmış bəndin yaxınlığındakı sahə - Rusiyanın nəzarətində olan Ukrayna ərazisindədir. "Əsas soyutma su sistemlərində uzun müddət soyuducu suyun olmaması yanacağın əriməsinə və qəza dizel generatorlarının sıradan çıxmasına səbəb ola bilər", - Beynəlxalq Atom Energetikası Agentliyinin rəhbəri Rafael Grossi deyib. Lakin onun sözlərinə görə, "stansiyanın təhlükəsizliyi üçün dərhal risk" yoxdur və ərazidə iri soyuducu hovuz da daxil, bir sıra alternativ su mənbələri var.

Kaxovka bəndi niyə vacibdir?

Kaxovka bəndi çayyuxarı yerləşən yaşayış məntəqələrini su ilə təmin edən böyük su anbarını saxlayır və bu o deməkdir ki, insanların su təchizatına təsir göstərə bilər. Bəndin saxladığı su anbarı həm də Rusiyanın nəzarəti altında olan, çayyuxarı 160 kilometrlik ərazidəki Zaparojye AES-i suyu ilə təmin edir. O, Avropanın ən böyük atom elektrik stansiyasıdır. Kaxovka bəndi sovet vaxtı tikilib və ölkənin şimalından cənubda, dənizə qədər uzanan Dnepr çayı boyunca tikilmiş altı bənddən biridir.

Azər Son.az

“Aktyorun pulunu da yeyib, üstündən su içirlər, aktyorun pulunu yeyən xeyir tapmaz...” like
  • 08 İyn 11:53  
Şou-biznes “Aktyorun pulunu da yeyib, üstündən su içirlər, aktyorun pulunu yeyən xeyir tapmaz...”

"Özümə yarı zarafat, yarı ciddi ulduz aktrisa deyirəm. Mən ulduz akt

arrow Ətraflı
Azərbaycanın qeyrihökumət təşkilatları Arazdəyənlə bağlı bəyanat yaydı: like
  • 08 İyn 11:46  
Siyasət Azərbaycanın qeyrihökumət təşkilatları Arazdəyənlə bağlı bəyanat yaydı:

Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd

arrow Ətraflı
Əgər Kosova AB üzvü olmaq istəyirsə... like
  • 08 İyn 11:42  
Dünya Əgər Kosova AB üzvü olmaq istəyirsə...

Kosova hakimiyyəti gərginliyi azaltmaq üçün polisi serblərin çoxluq təş

arrow Ətraflı
Makiyaj etməyən Salmanın qırışları üzə çıxdı like
  • 08 İyn 11:31  
Şou-biznes Makiyaj etməyən Salmanın qırışları üzə çıxdı

Hollivud ulduzu Salma Hayek makiyajsız halı ilə gündəmə gəlib.

arrow Ətraflı
Rot İrəvanda: like
  • 08 İyn 11:20  
Digərləri Rot İrəvanda:

Ermənistan Avropa dövlətidir və əgər Avropa Birliyinə üzv olmaq istəyin

arrow Ətraflı
İran daxildən çat verir like
  • 08 İyn 11:12  
Digərləri İran daxildən çat verir

İranda daxili siyasi gərginlik yaşanır. Yenə də gərginliyin mənbəyi m

arrow Ətraflı
Baxçalının klassik avtomobili ilə Ankaranı gəzdiyi anlar like
  • 08 İyn 11:09  
Dünya Baxçalının klassik avtomobili ilə Ankaranı gəzdiyi anlar

Klassik avtomobillərə olan marağı ilə tanınan Türkiyənin Milliyyətçi H

arrow Ətraflı
İrana müalicəyə gedənlərə XƏBƏRDARLIQ: like
  • 08 İyn 11:04  
Digərləri İrana müalicəyə gedənlərə XƏBƏRDARLIQ:

İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi x

arrow Ətraflı
Yol polisi avtobuslara qarşı reydlərə başladı: like
  • 08 İyn 11:00  
Digərləri Yol polisi avtobuslara qarşı reydlərə başladı:

Yol polisi nasaz, həmçinin texniki baxışa təqdim edilməyən avtobus sürü

arrow Ətraflı
Yeni dəyişikliklər başqa bankların da bağlanmasına səbəb olacaq? like
  • 08 İyn 10:56  
Digərləri Yeni dəyişikliklər başqa bankların da bağlanmasına səbəb olacaq?

Bank qanunvericiliyi il bağlı gözlənilən dəyişikliklər ölkədə ilk nö

arrow Ətraflı
Hakan Fidan və Blinken AzərbaycanErmənistan normallaşma prosesini müzakirə ediblər like
  • 08 İyn 10:54  
Siyasət Hakan Fidan və Blinken AzərbaycanErmənistan normallaşma prosesini müzakirə ediblər

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Ent

arrow Ətraflı
Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır like
  • 08 İyn 10:52  
Digərləri Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosi

arrow Ətraflı
AB Tiflisə vaxt qoydu: like
  • 08 İyn 10:49  
Digərləri AB Tiflisə vaxt qoydu:

Gürcüstan ilin sonunda Avropa Birliyinə (AB) namizəd ölkə statusunu əldə

arrow Ətraflı
Ölümlə HƏDƏLƏDİLƏR like
  • 08 İyn 10:38  
Şou-biznes Ölümlə HƏDƏLƏDİLƏR

Bir neçə gün öncə "Twitter" sosial şəbəkəsində bir neçə xa

arrow Ətraflı
Sakinlərdən sayğaclara görə pul istəyən MTKlara like
  • 08 İyn 10:30  
Digərləri Sakinlərdən sayğaclara görə pul istəyən MTKlara

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət D

arrow Ətraflı