İran daxildən çat verir
Digərləri 08 İyn 2023 11:12:00 231 0
İranda daxili siyasi gərginlik yaşanır. Yenə də gərginliyin mənbəyi molla rejimində təmsil olunmuş keçmiş rəhbər şəxslərdir. Ölkənin əbədi problemi kimi göstərilən "islahatçı-mötədillər" gərginliyi belə getsə rejimin sonunu yaxınlaşdıracaq. Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın siyasi mətbəxi ilə bağlı silsilə açıqlamalar verməklə gündəmi dəyişib. İslahatçılar düşərgəsinə mənsub olan təqaüdçü diplomat açıq şəkildə bildirib ki, Tehranın son illərdə üzləşdiyi bir çox problemə görə hakim elitanın məsuliyyəti var. Zərifin çıxışı keçmiş rəhbəri, eks-prezident Həsən Ruhaninin siyasətə qayıdışı ilə bağlı şayiələrlə səsləşir. Ekspertlər etiraf edirlər ki, daxili böhran və xarici təzyiqlər hakimiyyətin şərti liberalların səslərinə ehtiyacını artırır.
Bu xəbəri də oxu: Cənazələr və xəsarət alanlar Bakıya gətiriləcək
Zərif idarəçiliyi və diplomatik yanaşmaları şübhə altına alıb
Zərifin son çıxışlarından birinin platforması səsli sosial şəbəkə - "Clubhouse" olub. Təxminən 40 min dinləyicinin qatıldığı beş saatlıq söhbətdə keçmiş nazir Tehranın bir çox idarəçilik və diplomatik yanaşmalarını şübhə altına alıb. Belə ki, o bildirib ki, İran rəhbərliyi ABŞ-ın "iqtisadi və hərbi gücünə qarşı çıxmaq" iqtidarında olmadığından xəbərdar olmalıdır. Zərif İslam Respublikası üçün yeganə təsirli müqavimət taktikası kimi Avropa ölkələrinə siyasi təzyiqi göstərib. Onun qənaətincə, Avropa "nüvə sazişi" üzrə danışıqlarda kifayət qədər zəif davranıb. Səbəb kimi də Amerikanın iqtisadi təzyiqinə məruz qaldıqlarını göstərib.
Qərbpərəstlər aktivləşir
Zərif ötən həftə müxtəlif sosial platformalardan istifadə edərək açıqlamalarını paylaşmağa başlayıb. Bu, bir tərəfdən keçmiş xarici işlər nazirini ənənəvi olaraq qərbyönlü və həddən artıq yumşaq hesab edən mühafizəkar düşərgənin tənqid dalğasına səbəb olub, digər tərəfdən isə tənqidin arxasında hakimiyyətin siyasətinin olması qənaətini yaradıb. Məsələn, "Amwaj media" nəşri 2024-cü ilə planlaşdırılan yerli parlament seçkiləri ilə əlaqədar olaraq, ali dini lider Əli Xamneyinin müəyyən planının olduğu qənaətindədir. Dini lider "siyasi sistemi yenidən balanslaşdırmaq üçün güclü daxili stimullara sahib olduğunu" təklif edir. Hesab edilir ki, bu, islahatçı fraksiyaya mənsub şəxslərin qanunverici orqana namizədliyinə icazə veriləcəyi ilə bağlı şayiələri gücləndirir.
Tehran Vaşinqtonla məxfi danışıqlar aparır?
Zərif ətrafında mövcud vəziyyətin mühüm fonunda müşahidəçilər Vaşinqton arasında dolayı yolla aparılan məxfi danışıqlara dair hesabatları nəzərdən keçirirlər. Söhbət Tehranın Amerika vətəndaşlığı olan məhbusların azad edilməsi və Cənubi Koreyada İslam Respublikasına məxsus 7 milyard dollar məbləğində aktivlərinin açılmasının nəzərdən keçirilməsindən gedir. Rusiya Xarici Əlaqələr Şurasının eksperti Nikita Smaqin mediaya müsahibəsində təsdiq edib ki, İran daxili siyasi böhran vəziyyətindədir: "İran elitasının əksəriyyəti bunu başa düşür. Vəziyyət ötən il etirazların başlaması ilə bağlıdır ki, onlar intensivliyi səngitsə də, ümumilikdə dayanmayıb. Eyni zamanda, İran xarici siyasət arenasında ciddi problemlərlə üzləşir. Bunların necə həll olunacağı bəlli deyil". Bununla belə, əsas narahatlıq mənbəyi iqtisadi göstəricilərdir. Elitanın əhəmiyyətli hissəsinin fikrincə, bunu ancaq xaricdən investisiya axını ilə həll etmək olar. "Bunun fonunda da islahatçı siyasətçilər önə çıxır", - Smagin qeyd edib.
Onu da qeyd edək ki, Zəriflə yanaşı, keçmiş prezident Ruhani son vaxtlar aktivlik nümayiş etdirməyə başlayıb. Bundan əvvəl isə hakimiyyətin etirazlar zamanı islahatçı düşərgənin nümayəndələri ilə görüşlər keçirdiyi dialoq imkanı tapması ilə bağlı məlumatlar yayılıb. Ümumiyyətlə, hər şey elə görünür ki, mühafizəkar elita böhranı həll etmək üçün heç olmasa əvvəllər istifadə olunan üsullarla - başqa düşərgədən olanları özünə cəlb etməklə potensial həll variantı tapmağa çalışır. Bunu da daxili siyasi vəziyyət diktə edir. Lakin liberalların mühafizəkar düşərgəyə cəlb etmək planı baş tutacaqmı? Bu sual açıq qalır.
Azər Nuriyev Son.az
Klassik avtomobillərə olan marağı ilə tanınan Türkiyənin Milliyyətçi H
İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi x
Yol polisi nasaz, həmçinin texniki baxışa təqdim edilməyən avtobus sürü
Bank qanunvericiliyi il bağlı gözlənilən dəyişikliklər ölkədə ilk nö
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Ent
Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosi
Gürcüstan ilin sonunda Avropa Birliyinə (AB) namizəd ölkə statusunu əldə
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət D
Bakıda avtobusdan enən şagirdi avtomobil vurub.
"Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir".
Azərbaycanın yeganə regional bankı - "Naxçıvan Bank" ASC-nin yen
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi y
"Əziz Şuşa" beynəlxalq velosiped turnirinin ikinci mərhələsi il
Müğənni Roza Zərgərli növbəti addımı ilə diqqət çəkib.