“Aktyorun pulunu da yeyib, üstündən su içirlər, aktyorun pulunu yeyən xeyir tapmaz...”
Şou-biznes 08 İyn 2023 11:53:00 263 0
"Özümə yarı zarafat, yarı ciddi ulduz aktrisa deyirəm. Mən ulduz aktrisayam. Hər kəs özünə nəsə bir ad qoyur, mən də ulduz deyirəm. Dünən sənətə gələnlər özləri haqda elə yüksək fikirdə olurlar ki. Dayanıb kənardan baxıram və öz-özümə deyirəm ki, "bəsdirin də". Mən də axı illərimi bu sənətə qoymuşam, heç ağzımı da açıb demirəm ki, filan şeyi etdim, bəhmən şeyi etdim. İstedadlı aktyorlar, aktrisalar qətiyyən özü haqda yüksək fikirdə olmurlar. İşlərini görüb, çıxıb gedirlər. Başı boşlar, istedadsızlar özlərini tərifləyirlər. Bir dəfə efirə çıxmaqla özlərinə ulduz deyirlərsə, mən niyə özümə ulduz aktrisa deməyim ki? Onlar ələnəcəklər, sənətdə izləri, tozları da qalmayacaq".
Bu xəbəri də oxu: Verdiyi müsahibəyə görə həbs edildi
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa, Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Mətanət Eres deyib.
"Teatr tamam başqa bir aləmdir. Səhnəyə çıxırsan, 2 saat hər şeyi unudursan. Problemləri də, borcunu da, kreditini də. Dünyanın ən xoşbəxt adamı olursan. Səni alqışlayıb, gül-çiçək dəstələri verəndə isə göylərə qalxırsan, o qədər sevinirsən ki, qanadın olsa sevincindən uça da bilərsən. 2 saatdan sonra bütün borcların, kreditlərin yadına düşür. Teatrda hər şey canlı baş verir. Film elə sənət sahəsidir ki, çəkilir, alınmayanda sən yenidən çəkilə bilərsən. Ona görə də filmdə dublların sayı çox olur. Amma teatr səhnəsində sən tamaşaçıya deyə bilməzsən ki, "gözlə, yaxşı oynamadım, gedib yenidən gəlim". Birincidən gözəl oynamalısan. Teatrda çox hallarda əvəzedici aktyor da olmur. Elə rollar var ki, rejissor məhz həmin aktrisa, aktyor üçün o tamaşanı hazırlayır. Həmin tamaşalarda dublyor da yoxdur. Ona görə də elə vaxtlar olub ki, aktyor dostlarımız ata-analarını dəfn edəndən sonra səhnəyə çıxıb, tamaşa oynayıb, lazım gəlibsə obraza uyğun qəhqəhə çəkib gülüb, lazım gəlibsə də ağlayıblar. Tamaşaçıya sənin problemin maraqlı deyil. O biletini alıb, tamaşaya gəlib" deyə sənətçi bildirib.
Mətanət Eres aktyorluq sənətinin vəfasız olduğunu da bildirib.
"Bizim sənət müəllimimiz əməkdar artist Gülşad Baxşıyeva idi. Həmişə bizə deyirdi ki, "aktyorluq sənəti çox "nebloqadarnı" sənətdir. Uzun illərdir teatrda çalışıram. Hələ də fəxri adım, evim yoxdur. Mən bu fəxri adın xəstəsi deyiləm, əsas odur ki, səni insanlar sevsin. İnsanlar var ki, illərini qoyublar bu sənətə, amma tanınmırlar. Bəzən bu sənətə gəlməyimə peşmanlığımı dilə gətirirəm. Bu sənətdə normal dolanmaq mümkün deyil. Tək teatrdan söhbət getmir. Seriallarda da vəziyyət o cürdür. 1 ilin işini 3-4 aya çəkib bitirirlər. Halbuki sponsor hər bir aktyor üçün pul ayırıb. Aktyorun pulunu da yeyib, üstündən su içirlər. Elə bilirsiniz ki, onlar xeyir tapacaqlar?! Çəkdikləri də nə baxılır, nə də ki, izlənilir. Təbii ki, söhbət bütün serial çəkən rejissorlara, prodüsserlərə aid deyil" deyə aktrisa bildirib.
Son.az
Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd
Kosova hakimiyyəti gərginliyi azaltmaq üçün polisi serblərin çoxluq təş
Hollivud ulduzu Salma Hayek makiyajsız halı ilə gündəmə gəlib.
İranda daxili siyasi gərginlik yaşanır. Yenə də gərginliyin mənbəyi m
Klassik avtomobillərə olan marağı ilə tanınan Türkiyənin Milliyyətçi H
İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi x
Yol polisi nasaz, həmçinin texniki baxışa təqdim edilməyən avtobus sürü
Bank qanunvericiliyi il bağlı gözlənilən dəyişikliklər ölkədə ilk nö
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Ent
Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosi
Gürcüstan ilin sonunda Avropa Birliyinə (AB) namizəd ölkə statusunu əldə
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət D
Bakıda avtobusdan enən şagirdi avtomobil vurub.