İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir


Siyasət 01 İyn 2023 21:20:00 190 0

İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident!

Azərbaycanın Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına "ACWA Power" şirkətinin adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycanın etibarlı və sadiq tərəfdaşı kimi dayanıqlı inkişafa, enerji transformasiyasına və iqtisadi tərəqqiyə nail olmaq üçün ölkənizin davamlı səylərinə dəstək göstərməkdən dərin iftixar hissi duyuruq. Azərbaycan ilə strateji tərəfdaşlığımız qarşılıqlı inam, hörmət və parlaq gələcək üçün ortaq baxış üzərində qurulub.

Sizə və Azərbaycan xalqına davamlı uğurlar və xoşbəxtlik arzulayıram. Qoy, Azərbaycanın müstəqilliyi əbədi olsun!

Bu əlamətdar bayram münasibətilə ən səmimi arzularımı və təbriklərimi qəbul etməyinizi xahiş edirəm".

XXX

İraq Respublikası Nümayəndələr Şurasının üzvü, İnsan hüquqları komitəsinin sədri Erşat Salihi Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Tarix boyunca qəhrəmanlıqlar yurdu olan Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə Sizi - "Daim irəli" şüarını söyləyən Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azadlıq mübarizəsində çətin yollardan keçən, şəhidlər verən qəhrəman Azərbaycan işğal altındakı torpaqlarını düşmən tapdağından azad edərək adını tarixin baş səhifəsinə qızıl hərflərlə yazdırdı. Qarabağ Zəfərinin qəlbimizdə doğurduğu iftixar hissi ilə Azərbaycanın bugünkü inkişafında və müstəqilliyinin möhkəmlənməsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xatirəsini sonsuz ehtiramla yad edirik.

Sizə və qardaş Azərbaycan xalqına firavanlıq, yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıram".

XXX

İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ölkənizə rifah, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq.

Azərbaycanlı qardaşlarımıza salamlarımızı və sevgilərimizi çatdırırıq".

XXX

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə davamlı uğurlar və firavanlıq, qardaş xalqınıza isə tərəqqi və rifah arzulayıram".

XXX

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatu Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanla Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı yüksək səviyyəli əməkdaşlıqdan məmnunam. 2023-cü il mayın 18-19-da ölkənizə rəsmi səfərim zamanı Zati-alinizlə məhsuldar görüş keçirmək şərəfinə nail oldum.

Mən mülki müdafiə sahəsində tərəfdaşlığımızın perspektivlərini möhkəmləndirmək istiqamətində işləmək əzmində olduğuma Sizi əmin edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib like
  • 01 İyn 21:12  
Siyasət Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Komissiyasının Bol

arrow Ətraflı
Aygün Kazımova uşaqlıq FOTOsunu paylaşdı like
  • 01 İyn 21:00  
Şou-biznes Aygün Kazımova uşaqlıq FOTOsunu paylaşdı

Xalq artisti Aygün Kazımova Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasi

arrow Ətraflı
Bu rayona dolu düşdü  VİDEO like
  • 01 İyn 20:49  
Digərləri Bu rayona dolu düşdü VİDEO

Oğuzun kəndlərinə yağan leysan və dolu təsərrüfatlara ciddi ziyan vurub

arrow Ətraflı
Razi Əliyevanı döyən sevgilisi həbs edildi like
  • 01 İyn 20:38  
Digərləri Razi Əliyevanı döyən sevgilisi həbs edildi

Vətəndaş Razi Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki z

arrow Ətraflı
"Ben bu cihana sığmazam" izləyicilərinə pis xəbər like
  • 01 İyn 20:30  
Digərləri "Ben bu cihana sığmazam" izləyicilərinə pis xəbər

"Ben bu cihana sığmazam" serialı ilə bağlı mövsüm finalı qər

arrow Ətraflı
Bu rayonda 3 tona yaxın saxta yağ aşkarlandı like
  • 01 İyn 20:09  
Digərləri Bu rayonda 3 tona yaxın saxta yağ aşkarlandı

Masallı rayonunda polisin keçirdiyi tədbirlələ saxta kərə yağı istehsal

arrow Ətraflı
İranda “Bəsic” üzvü hicab bəhanəsi ilə tələbə qızı like
  • 01 İyn 20:00  
Digərləri İranda “Bəsic” üzvü hicab bəhanəsi ilə tələbə qızı

İranda radikal "Bəsic" qruplaşmasının üzvü hicab bəhanəsi il�

arrow Ətraflı
İlham Əliyev, Paşinyan və Şarl Mişel arasında növbəti üçtərəfli görüş Brüsseldə baş tutacaq like
  • 01 İyn 19:56  
Siyasət İlham Əliyev, Paşinyan və Şarl Mişel arasında növbəti üçtərəfli görüş Brüsseldə baş tutacaq

İyulun 21-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın

arrow Ətraflı
Van Dammın gəlininə irad: “Azərbaycan dilində danış ki, səni anlayaq”  FOTO like
  • 01 İyn 19:36  
Şou-biznes Van Dammın gəlininə irad: “Azərbaycan dilində danış ki, səni anlayaq” FOTO

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada

arrow Ətraflı
"Premium" deputatın "premium" çıxışları  VIDEO like
  • 01 İyn 19:30  
Siyasət "Premium" deputatın "premium" çıxışları VIDEO

Milli Məclisin deputatlarından olan Arzu Nağıyev ölkənin ali qanunverici o

arrow Ətraflı
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib like
  • 01 İyn 19:28  
Siyasət Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Ə

arrow Ətraflı
Bu xidmət də bahalaşdı  VİDEO like
  • 01 İyn 19:24  
Digərləri Bu xidmət də bahalaşdı VİDEO

Havalar isindiyindən sürücülərin kondisioner ustalarına müraciətləri ar

arrow Ətraflı
Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 01 İyn 19:10  
Siyasət Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik

arrow Ətraflı