Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib
Siyasət 01 İyn 2023 21:12:00 270 0
BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən 68-ci iclasında Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.
Son.az xəbər verir ki, Avropa regionu üzrə üzvlüyə ayrılmış 5 vakant yerə Azərbaycanla birgə Türkiyə, İsrail, Albaniya, Bolqarıstan, Çexiya, İtaliya, Litva, Slovakiya, Ukrayna və Özbəkistan öz namizədliklərini irəli sürüb.
Gərgin keçən seçkilərdə namizədliklərini irəli sürmüş 11 ölkədən qalib olaraq Azərbaycanla yanaşı, Avropa İttifaqına üzv 4 ölkə (Litva, Çexiya, İtaliya, Bolqarıstan) seçilib.
İcraiyyə Şurasının ickasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsvermədə iştirak edən hər kəsə təşəkkürünü bildirərək Azərbaycanın hər zaman olduğu kimi, bərabərliyə və ədalətli yanaşmaya üstünlük verəcəyini qeyd edib.
Agentlik sədri Azərbaycanın 2001-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatının tamhüquqlu üzvü olmasından etibarən təşkilata üzv dövlətlərlə uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirdiyini, gələcək fəaliyyətində də İcraiyyə Şurasının işinin səmərəliliyinə öz töhfəsini verəcəyini bildirib.
Fuad Nağıyev qlobal turizmin gələcəyinin zəruri tədbirlərin birgə həyata keçirilməsindən asılı olduğunu diqqətə çatdırıb.
İclasda Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov və Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov iştirak ediblər.
Xalq artisti Aygün Kazımova Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasi
Oğuzun kəndlərinə yağan leysan və dolu təsərrüfatlara ciddi ziyan vurub
Vətəndaş Razi Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki z
"Ben bu cihana sığmazam" serialı ilə bağlı mövsüm finalı qər
Masallı rayonunda polisin keçirdiyi tədbirlələ saxta kərə yağı istehsal
İranda radikal "Bəsic" qruplaşmasının üzvü hicab bəhanəsi il�
İyulun 21-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın
Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada
Milli Məclisin deputatlarından olan Arzu Nağıyev ölkənin ali qanunverici o
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Ə
Havalar isindiyindən sürücülərin kondisioner ustalarına müraciətləri ar
Tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun qəza zamanı oğlu Nurlan
Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik
"Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyi