"Premium" deputatın "premium" çıxışları VIDEO


Siyasət 01 İyn 2023 19:30:00 167 0

"Premium" deputatın "premium" çıxışları  VIDEO

Milli Məclisin deputatlarından olan Arzu Nağıyev ölkənin ali qanunverici orqanında Tovuz-Gədəbəy bələdiyyəsini təmsil edir.

Daha doğrusu, etməyə çalışır, amma deyəsən, istəklə gerçəklik tam ziddiyyət təşkil edir.

Çünki Arzu Nağıyev "susmaq qızıl, danışmaq gümüşdür" ifadəsinin aksoimatikliyini az qala hər açıqlamasında, müsahibəsində və şərhində bariz şəkilldə sübut edir.

O, bəlkə bu qədər danışmasaydı, müdrik deputat, daxili və xarici siyasətin incəliklərinə, cəmiyyətin sosial problemlərinin həll yollarına bələd şəxs kimi tanınardı.

Lakin o danışır və hər açıqlamasından sonra sosial şəbəkələrdə ironiya obyektinə çevrilir.

Məsələn, o, 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin ölkədə ölüm hökmünü ləğv etməsindən danışarkən deyir: "Ölkəyə ölümlə bağlı basqılar vardı. Ona görə də ölümlə bağlı qanunlar ləğv edildi".

"Ölümlə bağlı qanunlar" ifadəsinin nə demək olduğunu cənab Nağıyev bir qədər geniş izah edə bilərmi?!

Yaxud digər "möhtəşəm" açıqlama: "Hətta 1941-1945-ci illər müharibə vaxtı Hitlerin faşizmi daha da qabardılanda biz müsəlman inancı adı ilə çox israillilərə köməklik göstərmişik".

İsrail dövləti 1948-ci ildə yaranıbsa, söhbət hansı "israillilər"dən gedir? Tamam, anladıq, cənab Nağyev yəhudiləri nəzərdə tutur.

Bəs yaxşı, "faşizm daha da qabardılanda", "müsəlman inancı adı ilə" ifadələrinin mənası nədir?

Cənab Nağıyev Azərbaycan-İsrail əlaqələrindən bəhs edəndə "44 günlük müharibədə yəhudi icması əsgərlər üçün 1000 ədəd paltarı məhz mənə vermişdi" söyləyir. Bu açıqlamanı şərh etmək, inanın, asan deyil.

Və ya "20 günlük 1920.. 2020-ci ildə 44 günlük müharibə" ifadəsi.

Bir sözlə, məntiq labirinti və hikmət uçurumudur cənab Nağıyevin açıqlamaları.

Bu, öz yerində, anladıq.

Bəs ölkədəki telekanallara, radiostansiyalar nə olub? Həmin media strukturlarının baş prodüserləri, rəhbərləri görmürlər ki, cənab Arzu Nağıyev bəşər övladının orta statistik təmsilçisinin əsla başa düşməyəcəyi kosmik gerçəklərdən bəhs edir?

Həmin gerçəklərin Milli Məclisin nüfuzuna necə təsir etdiyini anlayırlarmı "media kapitan"ları?

Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib like
  • 01 İyn 19:28  
Siyasət Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Ə

arrow Ətraflı
Bu xidmət də bahalaşdı  VİDEO like
  • 01 İyn 19:24  
Digərləri Bu xidmət də bahalaşdı VİDEO

Havalar isindiyindən sürücülərin kondisioner ustalarına müraciətləri ar

arrow Ətraflı
Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 01 İyn 19:10  
Siyasət Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik

arrow Ətraflı
Hamilələrin iş yerləri ilə bağlı qaydalar like
  • 01 İyn 19:04  
Digərləri Hamilələrin iş yerləri ilə bağlı qaydalar

"Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyi

arrow Ətraflı
Sabah bu ərazilərdə like
  • 01 İyn 19:02  
Digərləri Sabah bu ərazilərdə

02 iyun 2023-cü il tarixində səhər saatlarından başlayaraq gün ərzində

arrow Ətraflı
"Ford"un bu modeli yalnız Çin üçün istehsal ediləcək  FOTO like
  • 01 İyn 18:50  
Digərləri "Ford"un bu modeli yalnız Çin üçün istehsal ediləcək FOTO

Ford şirkəti sedanların istehsalından imtina edib, Avropada satılan Mondeo

arrow Ətraflı
Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edildi like
  • 01 İyn 18:48  
Digərləri Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edildi

Ermənistanda paytaxt İrəvanın Arabkir rayonunun istintaq şöbəsinin 4 müs

arrow Ətraflı
Tibbi arayışlara güzəşt tətbiq ediləcək like
  • 01 İyn 18:36  
Digərləri Tibbi arayışlara güzəşt tətbiq ediləcək

Sağlamlıq haqqında arayışlar üçün tariflər tibbi xidmətlərin maya də

arrow Ətraflı
14 xəstə Xankəndidən Ermənistana aparıldı like
  • 01 İyn 18:20  
Siyasət 14 xəstə Xankəndidən Ermənistana aparıldı

BQXK nümayəndələri bu gün növbəti dəfə Laçın yolunda Azərbaycanın n

arrow Ətraflı
Rublun dəyişdirilməsində çətinliklər yaşanır  VİDEO like
  • 01 İyn 18:12  
Digərləri Rublun dəyişdirilməsində çətinliklər yaşanır VİDEO

Rus rublunun dəyişdirilməsində çətinliklər yaşanır.

arrow Ətraflı