Serbiya Azərbaycanla bağlı AŞPAya müraciət etdi
Siyasət 05 Fev 2024 22:47:00 546 0
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.
Bu xəbəri də oxu: “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın məqsədi açıqlandı
Son.az axar.az-a istinadən müraciəti təqdim edir:
"Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq.
Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib.
Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir.
Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır.
Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz.
Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir.
Bilyana Pantiç Pilya - nümayəndə heyətinin rəhbəri
Dubravka Filipovski
Elvira Kovaks
Dunya Simonoviç Bratiç
Stefan Yovanoviç
Yelena Zariç Kovaçeviç
Aleksandar Markoviç".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bi
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbu
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyan�
Ötən gün İTV-də yayımlanan "Maska" şounun finalı maraqlı gör
95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu ol
Azərbaycan Xarici İşlər Nazirliyi Çilidə baş vermiş meşə yanğınları
Sonuncu dəfə "Adım Farah" serialında rol alan aktyor Feyyaz Duman�
Tovuz rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılo
TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin mə
Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Çin məhkəməsi avstraliyalı yazıçı Yang Hengjunu iki illik möhlətlə ö
ABŞ-ın tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şuras�
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Antalya limanı 668 gəmi q�
Maykl Ceksonun qızı Peris Cekson "Qremmi" mərasimindəki çıxış�