"Ford"un bu modeli yalnız Çin üçün istehsal ediləcək FOTO


Digərləri 01 İyn 2023 18:50:00 152 0

"Ford"un bu modeli yalnız Çin üçün istehsal ediləcək  FOTO

Ford şirkəti sedanların istehsalından imtina edib, Avropada satılan Mondeo modelinin buraxılışı isə bu ilin mart ayında dayandırlacaqdır. Lakin amerikan şirkəti Çin üçün istisna edib: Səma İmperiyasında Mondeo modeli ənənəvi iri sedan formatında buraxılacaqdır.

Xüsusi olaraq bu bazar üçün beşinci nəsil Ford Mondeo modeli hazırlanıb. Bu gün amerikan şirkəti modeli rəsmi olaraq təqdim edib. Lakin sedanın interyeri üzərindəki sirr pərdəsi hələlik götürülməyib.

Son.az autograph.az-a istinadən bildirir ki, çinli Mondeo keçən il təqdim edilmiş Evos kross-liftbekinin və Lincoln Zephyr premium sedanının yaxın qohumudur. Üçlüyün hazırlanması ilə amerikan markasının Çindəki elmi-texniki mərkəzi məşğul olub.

Ön ötürməli platforma Focus modeli ilə unifikasiya edilib, lakin platforma uzadılıb və gücləndirilib. Arxada çoxqollu asqı quraşdırılıb. Mondeo sedanı Evos liftbekindən ön hissənin ikimərtəbəli dizaynını miras alıb, fənərlər isə standart olaraq işıqdiodlarındandır.

Yeni sedan bizə məlum olan sələfindən daha iridir. Onun uzunluğu 4935 millimetrə (+ 62 millimetr), eni - 1875 millimetrə (+ 23 millimetr), hündürlüyü isə 1500 millimetrə (+30 millimetr) qədər artıb. Təkər bazası isə 95 millimetr artaraq 2945 millimetrə çatıb.

Təkər disklərinin maksimal diametri 19 düymüdür. Sedanın xüsusiyyətləri arasında irəli çıxan qapı tutacaqları və Mustang modelinin üslubunda dişciklərə malik olan arxa fənərlər var. Aqressiv ST-Line versiyası da olacaqdır.

Hələlik Ford Mondeo üçün bir güc aqreqatı bəyan edilib - bu, 246 at qüvvəli 2,0-litrlik EcoBoost turbomühərrikidir. Güc aqreqatı səkkiz pilləli "avtomat" ilə tandemdə çalışır. Hibrid və elektrik versiyaları barədə məlumat verilməyib. Təchizata kruiz-kontrol da daxildir. Sedanın interyerinin Evos modelindəki kimi olacağı gözlənilir - yəni, mediasistemin 1,1 metrlik nəhəng ekranı ilə.

Yeni Ford Mondeo modeli bu ilin birinci rübünün sonuna qədər tam şəkildə təqdim edilməlidir. Sedanın istehsalı ilə Changan-Ford birgə müəssisəsi məşğul olacaqdır. Sedan yalnız daxili bazarda satılacaqdır.

Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edildi like
  • 01 İyn 18:48  
Digərləri Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edildi

Ermənistanda paytaxt İrəvanın Arabkir rayonunun istintaq şöbəsinin 4 müs

arrow Ətraflı
Tibbi arayışlara güzəşt tətbiq ediləcək like
  • 01 İyn 18:36  
Digərləri Tibbi arayışlara güzəşt tətbiq ediləcək

Sağlamlıq haqqında arayışlar üçün tariflər tibbi xidmətlərin maya də

arrow Ətraflı
14 xəstə Xankəndidən Ermənistana aparıldı like
  • 01 İyn 18:20  
Siyasət 14 xəstə Xankəndidən Ermənistana aparıldı

BQXK nümayəndələri bu gün növbəti dəfə Laçın yolunda Azərbaycanın n

arrow Ətraflı
Rublun dəyişdirilməsində çətinliklər yaşanır  VİDEO like
  • 01 İyn 18:12  
Digərləri Rublun dəyişdirilməsində çətinliklər yaşanır VİDEO

Rus rublunun dəyişdirilməsində çətinliklər yaşanır.

arrow Ətraflı
İraqda məhbus həyatı sürmüş 3 qadın like
  • 01 İyn 18:06  
Siyasət İraqda məhbus həyatı sürmüş 3 qadın

Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əl

arrow Ətraflı
İmran Xanın partiyasının prezidenti like
  • 01 İyn 18:04  
Dünya İmran Xanın partiyasının prezidenti

Pakistanın sabiq Baş naziri İmran Xanın Pakistan Ədalət Hərəkatı Partiy

arrow Ətraflı
BMWnin bu modeli 324 km/saat sürətlə hərəkət edir  FOTOlar like
  • 01 İyn 18:02  
Digərləri BMWnin bu modeli 324 km/saat sürətlə hərəkət edir FOTOlar

Alpina şirkəti təkmilləşdirdiyi BMW 8 Series modelini bir il bundan əvvəl

arrow Ətraflı
İran ABŞ hərbçilərinə qarşı hücumların yeni mərhələsini planlaşdırır? like
  • 01 İyn 17:58  
Digərləri İran ABŞ hərbçilərinə qarşı hücumların yeni mərhələsini planlaşdırır?

İran Suriyadakı ABŞ hərbçilərinə qarşı ölümcül hücumların yeni mə

arrow Ətraflı
NATOnun nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib  FOTO like
  • 01 İyn 17:56  
Digərləri NATOnun nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib FOTO

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun

arrow Ətraflı
Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək like
  • 01 İyn 17:24  
Digərləri Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3-4 iyun tarixlərində paytaxtda

arrow Ətraflı
"Kurtlar Vadisi"nin əfsanəvi aktrisası illər sonra ekranlara qayıtdı  FOTO like
  • 01 İyn 17:12  
Şou-biznes "Kurtlar Vadisi"nin əfsanəvi aktrisası illər sonra ekranlara qayıtdı FOTO

Kurtlar Vadisi serialında Laz Ziyanın qızı Meralı canlandıran Müge Ulusoy

arrow Ətraflı
İlham Əliyev Kişineuda işçi lançda iştirak edib like
  • 01 İyn 16:56  
Siyasət İlham Əliyev Kişineuda işçi lançda iştirak edib

İyunun 1-də Kişineuda "Avropa siyasi birliyi"nin 2-ci Zirvə toplan

arrow Ətraflı